167
167
iran aşıqlarının dastanları
abbdulla bir ətrafa baxıb gəldi siyahçalın ağzını aşdı çağrdı
Aşıq abbas? Burdasan? Içəridən aləmi titrədən bir səs
gəldi! Bəlı Qul abbdulla burduyam. Bunu eşidəm
qulabbdulla əmirverdi neçənəfər ağr iş görən fəhlə gəldi.
Uzun bir ip(kəndir) saldılar abbas bu ipi bağla beluva sənı
çəkək eşıyə. Abbası çəkib qoydular quyunun kənarına. Qul
abbdulla bir adam qoydu Aşıq abbasın yanında dedi: heç
bir yana çəkilmiyin mən qayıdincan.
Qul abbdulla tez gəldi Şah Abbasın yanına dedi: Şah sağ
olsun Aşıq Abbası gətirmişəm gəlsin bir hamam eləsin
sonra gəlsin sənun huzuruva. Şah Abbasa elə bil ki aləmi
bağşladılar sevincindən dərisinə sığmırdi. əmir verdı bütün
vəzir – vəkil hamı cəm oldu hərhanada xəbər çatdırdılar ki
Azərbaycandan gələn Aşıqı ki Çah 40 gün bundan qabax
siyah çala saldırmışdı diri qalıb və bunu eşidən bilən gəlir
bu nadir bir səhnənin şahidi ola. Məclis qurulub hamı Aşıq
Abbasın yolunu gözləməkdə olsun.
Ama bu tətərəfdən Aşıq Abbası geyindirib-keçindiriblər elə
bil ki bir qızıl gül açılıb.
Aşıq Abbası gətirdilər Çahın hüzürüna .
Şah Abbas dedı oğul sənı siyahçala saldılar? Abbasdedi:
bəlı şah 40 günüdü mən siyah çalda qalmışdım. Şah dedi:
bəs bu 40 gündə nə yedin nə işdin necə ölmədin?
Aşıq Abbas burda qalıb iki yolun arasında. Deyir bu
namərd şahı pisləsəm gənə acığı tutacax gənə məni
saldıracax quyuya, tərifliyim axı bu mənə zülm elıyib
mənim gülgəzimi məndən ayrı salıb. Öz özünə dedi ay kişi
sən gəl öz şahını və onun əzəmətindən de bu ağlsızda belə
biləcək elə bunu deyirəm bu fikrinən Aşıq Abbas burda
belə deyir.
168
168
iran aşıqlarının dastanları
Sənun kimi şah xuban sevənin
Qaydı nədı qala qəmlər içində.
Gözəl şahın üzün görən çürüməz
Yüz il qalsa şeh- nəmlər içində.
Həsrətin çəkməkdən yetişdim cana
Yanıb Qara bağrım dönübdü qana
Necəki şəmlərdə yanar pərvana
Qovrulmuşam zil – bəmlər içində.
əzəldən abbasa demədin kimsən
süleyman mülkündə sərəl nişinsən
qırxlar məclisində təxtə nişinsən
məlakəsən həft asıman içində.
Bu sözlərdən şah abbasın çox xoşu gəldi tez əmir verdi
qaçın Aşıq Abbasın əmisi qızı Gülgəzidə gətirin qoyun uda
mənim kimi şad olsun. Bunu Aşıq Abbas eşitdı.
Aşıq Abbas məclisdə çalıb oxuyur amma elə gözü
pərdədeydi bilirdi ki Gülgəzi gətirsələr o pərdənin dalında
duracax və buna qulağ asacax. Ama Gülgəzi gətirdilər
Gülgəz tab gətirə bilmədi dedı qoy bu pərdəni bir balaca
kənar edim görüm mənim sevgilim bu 40 gündə nə hala
düşüb. Gülgəz pərdəni kanar edəndə Aşıq Abbasın gözü
sataşdı gülgəzə gördü Gülgəz tək deyil Gülgəzin başında
bir xeli naməhrəmlər var. burda Aşıq Abbası götürüb daha
nə deyir.
169
169
iran aşıqlarının dastanları
Sir sözümü seryəqubdan danaram
Yarı əmsəm ləblərindən qanaram
Günüz alışaram gecə yanaram
Yarı görsəm naməhrəmlər içində.
Burda Şah Abbas bildi ki Aşıq Abbas elə hiss elədiki
bunun əmisi qızı naməhrəmlər içindədı şah əmr verdi
pərdələr çəkildi.
əzəldən demədin Abbasa kimsən
süleyman milkində səndəl nişinsən
qırxlar məclisində sədir nişinsən
məlaiksən məşşatələr içində.
Bəli bu sözlər qutaran kimi Şah Abbas dedi Aşıq Abbas bə
indi sənun haq Aşıq olmağuva inandım. Sən mənən narahat
deyisən? Aşıq Abbas dedı: desəm narahatam iş burda xatab
olar öz aləmində dedı qoy mənim Şaha Abasın ki qalsın
haq divanına. Aşıq Abbas dedı yox şah sağ olsun. Şah
Abbas dedı: onda oğul mənim sənən işim yoxdu sən bir
neçəgün bu şəhərdə gəz dolan mənim bir qonaxlığım var o
qonaxlıxda sənıdə çağıracıyam və bir neçə dövlətlərdən
nimayəndələr var oların bir neçə sualları olacax elmıdən,
tarıxdən, sənətdən sənı mən ağıllı kamallı bir cavan
gördüm və sənun haq aşığı olmağuvada inanıram istirəm o
nimayəndələrin yanında başımız uca ola . olar nə soruşsalar
cavab verə bilərsən? Aşıq Abbas dedı şah sağ olsun
şahımın sayəsində heç bir çətinlik çəkməm sən narahat
olma olar nə soruşurlar soruşsunlar. Bu sözlərdən şahın çox
170
170
iran aşıqlarının dastanları
xoşu gəldi. Dedi vəzir bu oğlana yaxşı yetişin və mən
diyəndə və qonaxlar gələndə bunuda gətirin. Bunu deyib
ayrıldılar. Bir neçə günən sonra şahın qonaxları gəldilər
400 qonax yer bə yer oyurdular o 12 dövlətin
nimayəndələridə gəlib oyurdular butərəfdən Aşıq Abbasıda
gətirdilər məclisə. Şah abbas Aşıq Abbası lap gətirtirdi öz
taxtının yanında bir taxt üstündə oturtdu.
Bu tərəfdəndə bu nimayəndələr bu məclisə gələndə bir türk
ku isfəhanda yaşıyırdı bilmişdi bu nimayəndələrə bu şahın
ədalətsizdiyin desələr bu nimayəndələr gedib öz
məmləkətlərində diyəcəklər və bu şah abbasın abırı gedəcə
nə yaxşı ki elə Aşıq Abbasın başına gələn zülmü bu
nimayəndiyə desin və gülgəzin zorunan gətirilməsini
bilsələr bu zalım şahn əlindən alarlar heç olmasa yazıx
gülgəz qayıdar öz vilayəti Tufarqana. Buların hamısını
nimayəndələr bilirdilər.
Indi məclis quruldu birinci bir nimayəndə dedi şah Abbas
səndən bir sualəm var şah abbas dedı buyurun! Dedı de
görüm Azərbaycanın Tufarqan şəhrindən bir Aşıq Abbas
adli haq aşığın nə günahı varıdı onu salıbsan siyahçalda
öldürübsən? Şah lap mat qaldı! Dedi sizi alladıblar mənim
məmləkətimdə bir nəfərədə belə bir zülm olmuyub. Bax
sən diyən o haq aşığı bu mənim yanımda oturandı.
Nimayəndə Aşıq Abbasdan soruşdu şah düz deyir? Sənı
tutdurmamışdı? Abbas gördü desə yox şah yalan deyir
bular gedəndən sonra bununkun buna verəcək. Aşıq Abbas
dedı xeyir məni tutan olmuyub.
Nimayəndələrin biri qalxdı dedı Şah Abbas sən o Aşıqın
əmisi qızı Gülgəz pərini zorunan gətirtdiribsən? Dedi yox o
özü məktub yazıb və deyıb ki mən Şah Abbasa getmək
Dostları ilə paylaş: |