ÖZÜ VƏ ustadi haqda məlumat



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə39/204
tarix25.06.2018
ölçüsü5,35 Mb.
#51160
1   ...   35   36   37   38   39   40   41   42   ...   204

158

 

 



158

 

iran aşıqlarının dastanları    



 

 

 



Yandırıb bağrımı oda yaxırsan 

Günahkar üzümə niyə baxırsan 

Salıb mənı min bəlayə qaşların. 

 

Ovçu olan durar dağ damənində 



Dərdli olan durar dərdlı yanında 

Sən durubsan seryağubun yanında 

Ömrümü verıbdı zayə qaşlarun. 

 

Mən yarın quluyam boynumda tuqu 



Bülbülün gül üstü artırar zovqu 

Məclısı bürüyüb camalın şovqu 

Salmıekı üstümə sayə qaşların. 

 

Bir xalın bəzirgan , bir xalın xacə 



Ləbindən bir busə mən təkin acə 

Abbas gəlməzidi şaha iltica 

Gətdi mənı ilticayə qaşların. 

 

Bu sözləri eşidən şah abbas cəhənnəm kimi zəbanə çəkdı . 



cəllad, vəzir dedı  şah  nə  iş  görüsən?  Dedı  vəzir  görmüsən 

mənə  diyir  iltica.  Vəzir  dedı  şah  bir  kəlmədə  ağzından 

sənun  xoşun  gəlmiyən  bir  kəlmədə  dedi  ki  dediday 

günahınan  keç  öldürmə  qoy  aparsınlar  salsınlar  siyah 

çalların birində qalsın orda öz özünə bir neçə günə çürüyər.  

Abbası siyah çal quyunun başında aparırlar zindana . burda 

Abbasın gözləri dolur əlindən nə gələr bir sözünən ürəyini 

başaldsin . burda görək fələyin əlindən necə dad çəkir. 

 

Ay ariflər qanlı fələk hicrindən 




159

 

 



159

 

iran aşıqlarının dastanları    



 

 

 



Qohumdan qardaşda eldən ayrıldım. 

Fərhad kimi şirin qəhrin çəkməkdən 

Cığa pərvaz etdı teldən ayrıldım. 

 

Bir canım var yar yolunda sadağa 



Baldolanıb dilə dişə dodağa 

Bağbanıdım həsrət qaldım o bağa 

Qonçasın dərmədim güldən ayrıldım. 

 

Abbas diyər yar ayrısı ymandı 



Allah heç bir yara vermə amandı 

Bax siz Allah qınamayın amandı 

Dodağ qaymağ dili baldan ayrildim. 

 

Şahın  əmrinən  calladlar  abbası  quyuya  salanda  abbas 



ağladı.  Calladlar  dedilər  abbas  niyə  ağladin  abbas  dedı 

calladlar  görduz  o  mənim  əmim  qızını  məndən  ayrdıla. 

Calladlar dedilər bəli gördük. Abbas dedi bax o tək qaldı o 

bilmir mən harda qaldı sizi and verrəm o bir allaha mənim 

bu siyah çal quyusunda olmağımi ona deyin. 

Ama  Şah  abbasında  yanına  gələn  tacirlərinən  oqədər  başı 

qarışıb ki Abbas Gülgəz tamamilə yaddan çıxıb. 

Aşıq  Abbasda  quyuda  Gülgəzin  yolunu  gözlədi  ama 

Gülgəzdəndə  bir  xəbər  olmadı  Aşıq  Abbas  nigarandı  ki 

görəsən  cəlladlar  mənim  sözümü  gülgəzə  dedilər  ya  yox. 

Bu quyuda Aşıq Abbas nə deyir. 

 

Həsrət yollara baxmaxdan  



Bağrım qan oldu yar gəlməz 

Ağlamağdan gözüm yaşı  




160

 

 



160

 

iran aşıqlarının dastanları    



 

 

 



Sel umman oldu yar gəlməz. 

 

Mənim yarım boyu bəstə 



Dərdindən olmuşam xəstə 

Yəqin çıxıbdı təxt üstə 

Yəqin xan oldu yar gəlməz. 

 

Dağların qarı söküldü 



Gedib ummana töküldü 

Abbas diyər bel büküldü 

Qəd kaman oldu yar gəlməz. 

 

Abbasbu  sözləri  quyuda  dedı  genə  çox  gözlədi  ama  gənə 



gülgəzdən bir xəbər olmadı. Dedi ey pərvərdiqar axı bu nə 

işidi  mənim  başıma  gəldi  axı  mənim  əlimdən  gələ 

yaxşılıxları  camaata  elədim  mənim  başıma  niyə  belə 

zulumlar  gəlir.  Gənə  Abbasın  ürəyi  dərdə  gəlib  burda 

götürüb daha nə deyir. 

 

Dəli gönlüm pərvaz edıb 



Dolanırdı göy altında. 

Dustaq edıb qoyarmş ha 

Sənı bir gün yer altında. 

 

Naz nemətlər yiyərdim 



Al yaşıla naz eylərdim 

Hətmən məndə zor eylərdim 

Məndə qaldım zor altında. 

 

Abbas baxmır bu şah haqqa 




161

 

 



161

 

iran aşıqlarının dastanları    



 

 

 



Dəryalarda olar naqqa 

Başına qoyubdu cıqqa 

Özü qalar tor altında. 

 

Sözlər  qutardı  ama  nə  gülgəzdən  bir  xəbər  oldu  nədə  bir 



insan  evladindan  abbasn  yadina  düşdü  ku  mən  niyə  o 

Kərəm  sahabının  özünü  imdadıma  çağırmıram.  Burda 

görək Abbas kimi yad eyliyir. 

 

Qırxlar şahı özun yetış imdada 



Bəlkə mən yetişəm yar ayaqına. 

Gözüm görə könlüm tapa təsəlli 

Həna tək yaxılam yar ayaqına. 

 

Səmada ulduzlar sana gəlibdi 



Yüz illik xəstələr cana gəlibdi 

Mən bilirəm bəd zamana gəlibdi 

Yoxsullar düşüblər var ayağına. 

 

Abbas bu sözləri diyər özündən 



Doymamışam nazlı yarın üzündən 

Aəlamağdan nəm quruyub gözümdən 

Gülgəzim düşübdü tor ayağına. 

 

Abbas bu quyuda qlmax 



Da  olsun  ama  sizə  xəbər  verim  cəlladdan.  Cəllad 

narahatıydı abbasın quyuda qalmasına. Bir yol axdarırdı ki 

Gülgəz  pərini  bu  işdən  agah  eləsin.  Cəllad  bir  gün  özünü 

verdı  gülgəz  qalan  zindanın  başçısının  yanına  dedi  ay 

qardaş məni bir ədalətsizdik yaman sıxır . dedi nə olub dedı 



162

 

 



162

 

iran aşıqlarının dastanları    



 

 

 



nə  olacax  biz  nə  vaxda  qədər  bu  işlərinə  məşğul  olacıyıx. 

Bu  zindanban  dedi  ay  cəllad  vallah  məndə  işimdən 

bezmişəm.  Bu  zaman  callad  gördü  bu  zindanbana  sözünü 

demək olar. Callad dedı ay qardaş gələsən bu gün bir xeyir 

iş görək. Dedı nə eliyək? Callad dedi sən bilirsən ki sənun 

zindanunda bir Azərbaycandan bir qız gətiribər salıblar və 

onunda  heç  bir  günahı  yoxdu.  Və  onun  sevgilisi  Aşıq 

Abbasıda  veriblər  mən  aparmışam  salmışam  siyahçalda 

zindandadı.  Gələsən  bir  şərayit  yaradax  bu  yazıx  və 

bigünahlar heç olmasa bir-birlərini görsünlər. 

Zindanban  dedi  mən  sabah  qıza  bir  gün  icazə  yazaram  ki 

gülgəz xəstələnib onun gəzməyə ehtiyacı var . o bahaneylə 

Gülgəzi bir gün sənun ixtiyarunda qoyum sən onu apar oz 

nişanlısı  Aşıq  Abbasınan  görüşsün.  Bular  bu  şərayiti 

yaratmağda olsunlar sizə xəbər verim Aşıq Abbasdan. 

Aşıq Abbasda bu quyuda üz tutub Kərəm kanına görək bu 

quyuda nə deyir. 

 

Xalıqil ləmyəzəl vahidəl yektay 



yetiş imdadıma ay ağa haray. 

əhədsən səmədsən ey müşgül quşa 

yetiş imdadıma ay ağa haray. 

 

Ayrılmışam vətənimdən elimdən 



Bulbul kimi gülşənimdən gülümdən 

Şahlar şahı özun yapış əlimdən 

yetiş imdadıma ay ağa haray. 

 

 



 


Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə