ÖZÜ VƏ ustadi haqda məlumat



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə37/204
tarix25.06.2018
ölçüsü5,35 Mb.
#51160
1   ...   33   34   35   36   37   38   39   40   ...   204

148

 

 



148

 

iran aşıqlarının dastanları    



 

 

 



Söz bir olsa dağ oynadar yerindən 

El bir olsa zərbi kərən sındırı. 

 

Bu  sözlərdan  sonra  abbası  salladılar  quyuya  abbas  dolları 



dal-badal  doldurdu  verdi  adamlar  heyvanlar  sirab  olandan 

sora  bir  birlərinə  işarə  edirlər  ki  nə  iş  görək  mirza  dedı 

çəkək  quyunun  başına  çatanda  mən  qılıncınan  birdənə 

boynundan vırram baş bədənnən ayrılar abası çəkdilər başa 

bir  az  qalanda  mirza  qılıncı  çəkdı  abbas  başını  bir  balaca 

tərpəddi  qılınc  ipi  tutdu  abbas  düşdü  aşağı.    Bunu  gülgəz 

gördü  əl  atdı  üzgözün  diddi  lala  qan  oldu  ay  namərdlər  o 

sizi ölümdən qurtardı sir onu niyə o günə saldız. Sarı Xoca 

dedı  kecavə  yola  düzülsün  gülgəz  dedı  yox  mən  özümü 

öldürrəm  gərək  mən  abbasadan  xəbərim  ola  görəm  abbas 

öldü  qaldı  sonra  gedəm.  Gülgəz  gəldı  quyunun  başına 

çağırdı  abbas  ,  abbas  ,  abbas  ama  abbasdan  bir  xəbər 

olmadı.  Gülgəz  əlləriynən  yerin  daşın  qumun  öz  başına 

əliyəndə bu daşlardan biri düşdü quyuda abbasın başına. 

Bu  zaman  abbas  belə  bildi  ki  gülgəzdə  bunun  başına  daş 

saldı abbasdan bir nalə çıxdı bunu gülgəz eşitdı. Tez özün 

verdı  quyunun  başına  kı  görüm  nəsəsdı  abbas  quyunun 

içindən baxıb belə dedı. 

 

 

Duman gəl get bu dağlardan 



Dağa təzə qar əylənsib. 

Nə gözüm bir yarı görsün 

Nə gözüm qubar eyləsin. 

 

Haşa sevdicəyim haşa 




149

 

 



149

 

iran aşıqlarının dastanları    



 

 

 



Eşidilən gəlır başa 

Bir yandan  özün bas daşa    

Bir yandan el car eyləsin. 

 

Qoy abbas quyuda qalsın 



Muxənəslər kamın alsın 

Nə daşın başımı yarsın 

Nə təbib tumar eyləsin. 

 

Abbas ağlar  zarı- zarı 



Getməz könlünün qubarı 

Ilqarından dönən yarı 

Xudam ba azar eyləsin. 

 

Sarı xoca əmir verdı kecavə yola düzüldü. Bular getməkdə 



olsun amma sizə xəbər verim abbasadan. 

Abbasın  əzay  bədənı  sızılayır  ah  nalası  asmana  qalxıb 

birdən yadina düşdüki ay baba mən nələrı unutmuşam mənı 

bu  yollara  çəkən  var  axı  mənə  mövlam  demışdı  harda 

giriftar  oldun  mənı  çağır  mən  niyə    ərənlər  sərvərin 

çağırmıram  dadıma  çatsın  burda  abbas  görək  kimi  yad 

edırkı bunu bu dardan qurtara. 

 

Gecə gündüz çağırdığım ərənlər 



Gəl yetiş dadıma mevla ha mevla. 

Girdabda qalmıyıb sizi sevənlər 

Gəl yetiş dadıma mevla ha mevla 

 

Hicran atəşindən belə qəmlərdə 



Sinəm şan-şan olub belə nəmlərdə 


150

 

 



150

 

iran aşıqlarının dastanları    



 

 

 



Sizi sevən qaydı nədı qəmlərdə 

Gəl yetiş dadıma mevla ha mevla 

 

 

Abbasın başına əndı bir duman 



Daha sağalmağa eyləməm güman 

Zülfüqar sahibi ya şah mərdan 

Gəl yetiş dadıma mevla ha mevla. 

 

Bu  sözlərı  qutaran  kimi  abbas  gördü  qulağına  bir  insanın 



varlığını  titrədin  bir  səs  gəldı.  Abba  .  dedı  bəlı  ağa  dedı 

oğul  əluvu  ver  mənə  dedı  ağa  əllərim  yerbəyerdən  sınıb 

əlım  gəlmir.  Dedı  sən  əlu  vermənə  abbas  əlin  qovzadı 

gördü əlındə -qıçında bir ağrı fılan hiss eləmir . əlini uzadıb 

abbas  o  dəyqə  özünü  quyunun  kənarında  gördü.  Dedı  ağa 

mən yorulmuşam mən daha o qızı istəmirəm mənı özundan 

ayırma  mənə  sən  lazımsən.  Ağası  dedı  mən  elə  həmişə 

sənun  yanunduyam  sən  sevgilinin  dalıyca  get  bir  birizə 

çatacaxsız.  Burda  abbasın  gözlərı  dolub  ammad  başın 

qovzuyub  ağasının  üzünə  baxmağa  utanır.  Dedı  ağa  onda 

icazə ver sənə bir neçə sözüm var. Burda abbas nə deyir. 

 

 



Məhşər əcayibsən talıb həmta 

Behiştə malıksən saqi kovsər. 

Natiq quransan sahibi dəftər 

Vəkil kainat kəlamun aşkar. 

 

Adinla bu yer – göy tutubdu qərar 



Aləmlər xəlq olun küllü hərnə var 


151

 

 



151

 

iran aşıqlarının dastanları    



 

 

 



Sənə bağışladı bir pərvərdiqar 

Fatimə zülfüqar düldül qənbər. 

 

Yüz yirmimin nəbidən peyğəmbər ola 



Haq yolunda dedı lövla kı lövla 

Bir ismin yasindi bir ismin taha 

Bir ismin qulkəfa , bir ismin heydər. 

 

Abbas bu sözləri kim bilər allah 



Qumbəz xizrada zikr iləllah 

Betil müqəddəsdə vallah-billah 

Gəlmiyim aləmə zat pür hünər. 

 

 



Oğul mənən nəistirsən ? sənə naha nə olub de dur yoluva 

davam et. Abbas dedı ağa dərdim çoxdu dir dayan dərdimi 

sənə deyim. Burda daha abbas nə dedı. 

 

Ağa mənən xəbər alma 



Mənım dərdim bidərmandı. 

əgər sən təbib olmasan 

mənim halım pərişandı. 

 

Işlərimiz olub bica 



Yatamıram günez gecə 

Qul abddulla sarı xaca 

Apardı yarı amandı. 

 

əldən gedıb gülgəz həmdəm 



dərd əlındən çəkirəm qəm 


152

 

 



152

 

iran aşıqlarının dastanları    



 

 

 



bir ismin şah qəşəm şəm 

bir ismin şir yəzdandı. 

 

Abbasam qəhrə dolmuşam 



Çox saralıb, çox solmuşam 

Mənki girdabda qalmışam 

Dünya başıma tufandı. 

 

Bu  sğzlər  qutaran  kimi  ağa  dedı  oğul  bir  neçə  gündü  bu 



quyuda  qalıbsan  gülgəzində  kecavəsi  az  qalıb  isfahanın 

dərvazasına istısən olardan  tez  çatasan isfahana?  Dedı  ağa 

olar?  Dedı  gözeve  yum  əluvu  ver  mənə  sən  bir  salavat 

çövür. Abbas bir salavat çövürdü dedı abbas gözuvu aç bir 

bax  sağa  gör  nə  görürsən?  Abbas  gözlərini  açdı  sağa 

çövrüldü  dedı  ağa  bura  yazılıb  isfahanin  dərvazası.  Dedı 

bax  bir  aya    gülgəzin  kecavəsi  gələcək.  Abbas 

sevincəyindən  qayıtdı  ki  ağasının  ayaxlarında  öpsün 

dönəndə gördü heç kim yoxdu. 

 

Abbas  narahat  olduku  mən  ağanın  əllərin  niyə  opmədim. 



Götürüb burda öz özün necə danlıyır. 

 

Kor olaydin a gğzlərım 



Mənım ağam hara getdi. 

Altı gündə gəhvarədə 

əjddər bölən hara getdı. 

 

Zülfüqarı çaldı daşa 



Bir cüt bulaq çıxdı qoşa 

əjdahanı başdan başa 




Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə