Patent haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 249,53 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix11.04.2018
ölçüsü249,53 Kb.
#37874
1   2   3   4   5   6   7   8   9   ...   12

bilavasitə özü; 

müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmış patent müvəkkili vasitəsilə. 

Xarici hüquqi və fiziki şəxslər iddia sənədini müvafiq icra hakimiyyəti orqanına, Azərbaycan 

Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, 

yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmış 

patent müvəkkilləri vasitəsilə verirlər. 

Patent müvəkkillərinin səlahiyyətləri iddiaçı tərəfindən verilən etibarnamə ilə təsdiq edilir. 

3.  İxtira və ya faydalı model barəsində iddia sənədi bir ixtiraya və ya faydalı modelə, yaxud 

öz aralarında vəhdət təşkil edən bir qrup ixtiraya və ya faydalı modelə aid edilməlidir. İddia 

sənədinə aşağıdakılar daxil edilir: 

müəllif (müəlliflər) və adına patent verilməsi xahiş edilən hüquqi və ya fiziki şəxs (şəxslər), 

həmçinin onların yerləşdiyi və ya yaşadığı yer göstərilməklə patent verilməsi barədə ərizə; 

ixtiranın və ya faydalı modelin mahiyyətini tam açıqlayan və həyata keçirilməsi üçün kifayət 

qədər aydınlıq yaradan təsviri; 

ixtiranın və ya faydalı modelin təsvirinə əsaslanan və mahiyyətini ifadə edən düsturu; 

iddia obyektinin mahiyyətinin başa düşülməsi üçün zəruri olan çertyojlar və başqa materiallar

referat. 

4.  Sənaye nümunəsi barəsində iddia sənədi bir sənaye nümunəsinə aid edilir. 

Bir neçə əşya birləşərək vahid bədii-konstruktiv forma yaradarsa, onlar bir sənaye nümunəsi 

kimi qəbul edilir. 

Bir neçə sənaye nümunəsi təsnifatın eyni sinfinə aiddirsə, onlar bir sənaye nümunəsi sayılır. 

Sənaye nümünəsi barəsində iddia sənədinə aşağıdakılar daxil edilir: 

müəllif (müəlliflər) və adına patent verilməsi xahiş edilən hüquqi və ya fiziki şəxs (şəxslər), 

həmçinin onların yerləşdiyi və ya yaşadığı yer göstərilməklə patent verilməsi barədə ərizə; 

məmulatın zahiri görkəmi barədə müfəssəl təsəvvür yaradan fotoşəkil dəsti, maket və ya 

rəsm; 


sənaye nümunəsinin mahiyyətini açıqlamaq zəruri olduqda məmulatın ümumi görkəminin 

çertyojları, erqonomik sxemi, konfeksiya xəritəsi; 

sənaye nümunəsinin mühüm əlamətlərini əks etdirən təsviri. 

5. İddia sənədi daxil olduğu gündən 3 aydan gec olmayaraq müəyyənləşdirilmiş məbləğdə 

dövlət rüsumunun ödənildiyini təsdiqləyən sənəd təqdim edilə bilər. 

6.  Patentin alınması barədə iddia sənədinə aid tələblər müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən müəyyən edilir. 

7.  Patent verilməsi barədə ərizə Azərbaycan dilində tərtib olunur. İddia sənədinin digər 

materialları Azərbaycan dilində və ya başqa dildə verilə bilər. İddia sənədinin başqa dildə 



verilmiş materiallarının Azərbaycan dilində tərcüməsi iddia sənədinin verildiyi gündən 2 ay 

müddətində təqdim olunmalıdır. 

İddia sənədi ilə bağlı kargüzarlıq Azərbaycan dilində aparılır. 

8.  İddia sənədinin verildiyi gündən 1 ay ərzində iddiaçının hüququ var ki, barəsində iddia 

sənədi verdiyi ixtira, faydalı model və sənaye nümunəsinin mahiyyətini dəyişmədən iddia 

sənədinin materiallarına düzəlişlər və əlavələr etsin. 

Müvafiq icra hakimiyyəti orqanı iddia sənədi materiallarının rəsmi bülletendə dərcinə dair 

qərar qəbul edənədək iddiaçı müəyyənləşdirilmiş rüsumu ödəmək şərtilə düzəlişləri və 

əlavələri 1 aylıq müddət keçəndən sonra da edə bilər. 

Dəyişikliklər ekspertin təklifi ilə də edilə bilər. İddia sənədində göstərilmiş ixtira, faydalı 

model və sənaye nümunəsinin mahiyyətini dəyişən və iddia sənədinin əvvəlki materiallarında 

olmayan əlamətlərə malik əlavə materiallar iddia sənədinə baxılarkən nəzərə alınmır və 

iddiaçı tərəfindən müstəqil iddia sənədi kimi tərtib edilə bilər. 

Maddə 28. 



ixtira, faydalı model və sənaye nümunəsinin ilkinliyi 

1.  ixtira, faydalı model və sənaye nümunəsinin ilkinliyi bu Qanunun 27-ci maddəsinə 

müvafiq rəsmiləşdirilmiş iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına daxil olduğu 

tarixdən müəyyənləşdirilir. 

İlkin hüququ ixtira üzrə bu Qanunun 7-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə, faydalı model 

üzrə bu Qanunun 8-ci maddəsinin 3-cü bəndinə, sənaye nümunəsi üzrə isə bu Qanunun 9-cu 

maddəsinin 3-cü bəndinə uyğun olaraq iddia sənədinin verildiyi tarixdən yaranır. 

2.  ixtira, faydalı model və sənaye nümunəsi üzrə ilkinlik ilk iddia sənədinin Sənaye 

mülkiyyətinin mühafizəsinə dair Paris konvensiyasının və ya Ümumdünya Ticarət 

Təşkilatının iştirakçısı olan dövlətdə verilməsi tarixindən müəyyənləşdirilə bilər (konvensiya 

ilkinliyi), bu şərtlə ki, ixtira və faydalı model barəsində iddia sənədi həmin tarixdən etibarən 

12 ay ərzində, sənaye nümunəsi barəsində iddia sənədi isə 6 ay ərzində müvafiq icra 

hakimiyyəti orqanına verilmiş olsun. 

Paris konvensiyasının və ya Ümumdünya Ticarət Təşkilatının iştirakçısı olan dövlətin 

ərazisində təşkil edilən beynəlxalq rəsmi sərgidə nümayiş etdirilmiş obyektin ilkinliyi həmin 

obyektin sərgidə açıq nümayiş etdirildiyi tarixdən xahiş edilə bilər, bu şərtlə ki, ərizə həmin 

tarixdən ən geci 6 ay keçənədək verilmiş olsun (sərgi ilkinliyi). 

Bu müddət konvensiya ilkinliyi müddətini uzatmır. 

3.  Faydalı model və ya sənaye nümunəsi üçün konvensiya ilkinliyi hüququndan istifadə 

etmək istəyən iddiaçı bu istəyini iddia sənədini verərkən və ya iddia sənədi müvafiq icra 

hakimiyyəti orqanına daxil olduğu gündən 2 ay ərzində bildirərək iddia sənədinin müvafiq 

icra hakimiyyəti orqanına daxil olduğu tarixdən 3 ay ərzində əvvəlki iddia sənədinin 

təsdiqlənmiş surətini təqdim etməlidir. İxtira üçün konvensiya ilkinliyi hüququndan istifadə 

etmək istəyən iddiaçı bu istəyini iddia sənədini verərkən və ya iddia sənədi müvafiq icra 

hakimiyyəti orqanına daxil olduğu gündən 2 ay ərzində bildirərək birinci iddia sənədinin 

təsdiqlənmiş surətini Paris Konvensiyasının iştirakçısı olan dövlətin patent idarəsinə verildiyi 

tarixdən 16 ay ərzində təqdim etməlidir. 



Yüklə 249,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə