Patent haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 249,53 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix11.04.2018
ölçüsü249,53 Kb.
#37874
1   ...   4   5   6   7   8   9   10   11   12

Məlumatda iddiaçı əvvəlki iddia sənədi obyektinə biblioqrafiya göstəricilərini təqdim edir. 

Zərurət olduqda müvafiq icra hakimiyyəti orqanı təqdim edilmiş məlumat üzrə əlavə 

informasiyanı həmin iddia sənədini qəbul etmiş təşkilatdan istəyə bilər. 

4.  İlkinlik barəsində ərizə bu maddənin 2-ci bəndində göstərilən müddətdə verilmədikdə və 

bu maddənin 3-cü və 8-ci bəndlərində göstərilən şərtlər yerinə yetirilmədikdə ilkinlik iddia 

sənədinin müvafiq icra hakimiyyəti orqanına daxil olduğu tarixdən müəyyən edilir. 

5.  İlkinlik Azərbaycan Respublikasının iştirak etdiyi sənaye mülkiyyətinin mühafizəsinə dair 

beynəlxalq sazişlərə uyğun olaraq eyni iddia sənədinin verilməsi tarixindən də müəyyən edilə 

bilər, bu şərtlə ki, iddiaçı həmin iddia sənədini geri götürmüş olsun və onun ilkinliyi tarixi ilə 

indiki iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına daxil olduğu tarix arasında ixtira və 

faydalı model üçün ən çoxu 12 ay, sənaye nümunəsi üçün ən çoxu 6 ay keçsin. 

6.  İlkinlik əlavə materialların verildiyi tarixdən də müəyyən edilə bilər. 

Əlavə materiallar iddia edilən texniki həllərin mahiyyətini dəyişdiyi üçün onların nəzərə 

alınmasının mümkün olmadığı barədə müvafiq icra hakimiyyəti orqanı iddiaçıya bildiriş 

göndərmişsə, iddiaçının həmin bildirişi aldığı gündən 3 ay müddət ötənədək təqdim etdiyi 

müstəqil iddia sənədi üzrə ilkinlik əlavə materialların daxil olduğu tarixdən müəyyən edilə 

bilər. 

7.  İlkinlik iddiaçının daha da əvvəl verdiyi və bu ixtira, faydalı model və sənaye 



nümunəsinin mahiyyətini açıqlayan iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına daxil 

olduğu tarixdən də müəyyən edilə bilər, bu şərtlə ki, ilkinliyi istənilən ixtira və faydalı model 

barəsində iddia sənədi əvvəlki iddia sənədinin daxil olduğu tarixdən ən geci 12 ay keçənədək, 

sənaye nümunəsi barəsində əvvəlki iddia sənədinin daxil olduğu tarixdən isə ən geci 6 ay 

keçənədək daxil olsun. Bu zaman əvvəlki iddia sənədi geri götürülmüş sayılır. 

İlkinlik daha əvvəl verilən bir neçə iddia sənədi üzrə müəyyən edilə bilər. 

İlkinlik bundan əvvəl ilkinliyi istənilmiş iddia sənədinin daxil olduğu tarixdən müəyyənləşdirilə bilməz. 

8.  Konvensiya ilkinliyi və ya daha əvvəl verilmiş iddia sənədi üzrə ilkinlik istəyən iddiaçı 

ilkinlik istədiyi tarixdən 2 ay müddətində müvafiq icra hakimiyyəti orqanına 

müəyyənləşdirilmiş rüsumu ödədiyi barədə sənəd təqdim etməlidir. 

9. Konvensiya ilkinliyi xahiş edilən iddia sənədi iddiaçıdan asılı olmayan səbəblərdən 

müəyyən edilən müddətdə verilmədikdə, dövlət rüsumu ödənilməsi şərtilə bu müddət 2 

ayadək uzadıla bilər. 

10. Ekspertiza prosesində oxşar ixtira, faydalı model və sənaye nümunələrinin ilkinlik 

tarixlərinin eyni olduğu müəyyənləşdirildikdə ilkinlik daha əvvəl müvafiq icra hakimiyyəti 

orqanına göndərilmiş iddia sənədi üzrə müəyyən edilir. Bu tarixlər də eyni olarsa, müvafiq 

icra hakimiyyəti orqanında daha əvvəl qeydiyyat nömrəsi almış iddia sənədi (iddiaçılar 

arasında müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa) birinci sayılır. 

11. İddiaçıların ilkinlik barəsində mübahisələrinə Apellyasiya şurasında baxılır. İddiaçı 

Apellyasiya şurasının qərarı ilə razı olmadığı halda məhkəməyə müraciət edə bilər. 

Maddə 29.

 İddia sənədinin ekspertizası 

1. Müvafiq icra hakimiyyəti orqanı ixtira, faydalı model və sənaye nümunəsi barədə iddia 

sənədinin ekspertizasına dair müəyyənləşdirilmiş məbləğdə rüsumun ödənildiyini təsdiqləyən 



sənədi aldığı tarixdən etibarən 1 ay ərzində onun bu Qanunun 27-ci maddəsinin 3-cü, 4-cü, 5­

ci və 6-cı bəndlərinə uyğun ilkin ekspertizasını aparır. İlkin ekspertiza zamanı tələb olunan 

sənədlərin mövcudluğu və düzgün tərtib olunması yoxlanılır. 

2.  Bu Qanunun 27-ci maddəsinin 3-cü, 4-cü, 5-ci və 6-cı bəndlərinin tələblərinə uyğun tərtib 

olunmamış iddia sənədi barəsində iddiaçıya sorğu göndərilir. İddiaçı sorğunu aldığı gündən 2 

ay ərzində düzəliş aparılmış və ya qaytarılmayan sənədləri (materialları) təqdim etməlidir. 

İddiaçı tələb olunan materialları və ya müddətin uzadılması barədə vəsatəti (rüsum ödəmək 

şərti ilə) müəyyənləşdirilmiş müddətdə təqdim etməzsə, iddia sənədi verilməmiş sayılır. 

3.  İddia sənədi vaxtında baxılmaq üçün qəbul olunduqda müvafiq icra hakimiyyəti orqanı 

ixtira, faydalı model və sənaye nümunəsinin aşağıda göstərilənlərə uyğunluğu baxımından 

iddia sənədinin ekspertizasını keçirir: 

ixtiralar üçün –– bu Qanunun 3-cü maddəsinin 3-cü abzasının, 7-ci maddəsinin 1-ci, 6-cı, 7-ci, 

8-ci bəndlərinin tələblərinə; 

faydalı model üçün –– bu Qanunun 3-cü maddəsinin 3-cü abzasının, 8-ci maddəsinin 1-ci, 5­

ci, 6-cı bəndlərinin tələblərinə; 

sənaye nümunəsi üçün –– bu Qanunun 3-cü maddəsinin 3-cü abzasının, 9-cu maddəsinin 1-ci, 

5-ci, 6-cı və 7-ci bəndlərinin tələblərinə. 

ixtira, faydalı model və sənaye nümunələrinin yeniliyi baxımından iddia sənədlərinin 

ekspertizası bu Qanunun 7-ci maddəsinin 3-cü bəndinin 2-ci abzası və 4-cü bəndinə, 8-ci 

maddəsinin 3-cü bəndinin 3-cü abzasına, 9-cu maddəsinin 3-cü bəndinin 2-ci abzasına uyğun 

olaraq və Azərbaycan Respublikası ərazisində qüvvədə olan mühafizə sənədləri üzrə aparılır. 

İddia sənədində göstərilən obyektin bu maddənin tələblərinə uyğunluğu ekspertiza nəticəsində 

müəyyənləşdirildikdə iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının rəsmi bülletenində 

dərc olunması barədə qərar qəbul edilir və iddiaçı müvafiq rüsumu ödədikdən sonra iddia 

sənədi üzrə materiallar dərc olunur. 

4.  İddia sənədində göstərilən obyektin bu maddənin tələblərinə uyğun olmadığı ekspertiza 

nəticəsində müəyyənləşdirildikdə patent verilməsindən imtina barəsində qərar qəbul edilir. 

5.  İxtira və ya faydalı model barəsində bir neçə iddia obyektindən ibarət olan və vəhdət 

tələblərini təmin etməyən iddia sənədi verildikdə iddiaçıya təklif edilir ki, müvafiq bildirişi 

aldığı gündən 2 ay müddətində iddia obyektlərindən hansı birinə baxılmalı olduğunu bildirsin. 

İddiaçı göstərilən müddətdə bildirişə cavab vermədikdə müvafiq icra hakimiyyəti orqanı 

ixtiranın və faydalı modelin düsturunun birinci bəndində göstərilən iddia obyektinə baxır. 

İddia sənədində göstərilən ixtira və ya faydalı model üçün qalan iddia obyektləri müstəqil 

şəkildə ayrılmış iddia sənədi kimi verilə bilər. 

Ayrılmış iddia sənədi üzrə ixtira və ya faydalı model üçün iddia obyekti əvvəl verilmiş iddia 

sənədinin məzmunundan kənara çıxmamalı və onun tərkib hissəsi kimi iddiaçı tərəfindən 

dəqiq səciyyələndirilməlidir. Ayrılmış iddia sənədi müvafiq icra hakimiyyəti orqanına ixtira 

üçün əvvəlki iddia sənədinin verildiyi tarixdən 12 ay keçənədək, faydalı model üçün isə 

əvvəlki iddia sənədinin verildiyi tarixdən 6 ay keçənədək təqdim edilməlidir. 



Yüklə 249,53 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə