Patent haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 249,53 Kb.
Pdf görüntüsü
səhifə10/12
tarix11.04.2018
ölçüsü249,53 Kb.
#37874
1   ...   4   5   6   7   8   9   10   11   12

Maddə 33. 

Patent barəsində məlumatın dərci 

1.  Müvafiq icra hakimiyyəti orqanı ixtira, faydalı model və sənaye nümunəsini qeydə 

aldıqdan və patent verdikdən sonra 3 ay ərzində patent barəsində məlumatı rəsmi bülletenində 

dərc edir. Məlumata aşağıdakılar daxil edilir: 

patentin sahibinin (sahiblərinin) adı, müəllif kimi göstərilməkdən imtina etməyibsə, müəllifin 

(müəlliflərin) adı; 

ixtira, faydalı model və sənaye nümunəsinin adı; 

iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına daxil olduğu tarix

ilkinlik tarixi; 

ixtiranın və faydalı modelin düsturu; 

sənaye nümunəsinin mühüm əlamətlərinin siyahısı və onun təsviri. 

2.  ixtira, faydalı model və sənaye nümunəsi üçün verilmiş patentin bu Qanunun 7-ci 

maddəsinin 3-cü bəndində, 8-ci maddəsinin 3-cü bəndinin 1-ci və 2-ci abzaslarında, 9-cu 

maddəsinin 3-cü bəndinin 1-ci abzasında müəyyənləşdirilmiş tələbləri uyğun olmamasına 

görə patent sahibi qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 

Maddə 34. 



Verilmiş patentə etiraz 

1.  Bu Qanunun 3-cü maddəsinin 3-cü abzasının, 7-ci maddəsinin 1, 6, 7, 8-ci bəndlərinin, 8­

ci maddəsinin 1, 5, 6-cı bəndlərinin, 9-cu maddəsinin 1, 5, 6-cı bəndlərinin, 27-ci və 29-cu 

maddələrinin tələbləri pozulduqda, yaxud ixtiranın, faydalı modelin düsturunda və sənaye 

nümunəsinin mühüm əlamətləri məcmusunda əvvəlki iddia sənədində göstərilmiş əlamətlər 

olmadıqda istənilən hüquqi və ya fiziki şəxs patent barəsində məlumatın dərc edildiyi tarixdən 

6 ay ərzində patentin verilməsinə qarşı əsaslandırılmış etirazla Apellyasiya şurasına müraciət 

edə bilər. 

2.  Etiraz vermiş hüquqi və ya fiziki şəxs, həmçinin patent sahibi Apellyasiya şurasında ona 

baxılmasında iştirak edirlər. 

3.  Patent obyekti barəsində məlumatın dərc olunduğu tarixdən 6 ay keçdikdən sonra 

Apellyasiya şurası verilmiş patent barəsində etirazları qəbul etmir. 

4.  Apellyasiya şurasının qərarından məhkəməyə şikayət edilə bilər. 

Maddə 35. 



Patentdə və ixtira, faydalı model və sənaye nümunəsinə dair Dövlət  

reyestrində dəyişikliklər edilməsi  

1.  Patent sahibinin vəsatətinə əsasən müvafiq icra hakimiyyəti orqanı verilmiş patentdə aşkar 

və texniki səhvləri düzəltməlidir. 

2.  Patent sahibi patentdə hüquqi şəxsin adını, fiziki şəxsin soyadını, adını, atasının adını 

dəyişdirdiyi halda bu barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına bildirməlidir. 

Patent sahibi verilmiş patentdə dəyişikliklər barədə vəsatət qaldırıqda və müəyyənləşdirilmiş 

rüsumu ödədikdə müvafiq icra hakimiyyəti orqanı ixtira, faydalı model və sənaye 

nümunələrinin Dövlət reyestrində dəyişikliklər edir. 




Maddə 36. 

Patentin_qüvvəsinə_vaxtından_əvvəl_xitam_verilməsi'>Patentin qüvvəsinə vaxtından əvvəl xitam verilməsi 

1.  Aşağıdakı hallarda patentin qüvvəsinə vaxtından əvvəl xitam verilir: 

patent sahibinin müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizə əsasında; 

patentin qüvvədə saxlanması üçün rüsumun ödənilməsi üçün müəyyən edilmiş müddətdən 12 

aylıq möhlət müddəti keçənədək ödənilmədikdə; 

bu Qanunun 37-ci maddəsinə uyğun olaraq patent tamamilə etibarsız sayıldıqda. 

2.  Müvafiq icra hakimiyyəti orqanı patentə vaxtından əvvəl xitam verilməsi barədə məlumatı 

rəsmi bülletenində dərc edir. 

Maddə 37. 

Patentin etibarsız sayılması 

1. İxtira, faydalı model və sənaye nümunəsinin patenti onun qorunduğu bütün dövrə şamil 

olunmaqla aşağıdakı hallarda bütövlükdə etibarsız sayıla bilər: 

bu Qanunun 7, 8, 9-cu maddələrinə uyğun olmadığı təsdiq edildikdə; 

patentin təsviri mütəxəssis tərəfindən həyata keçirilməsi üçün aydın və tam açıqlanmadıqda; 

patentlə verilən hüququn həcmi ilkin iddia sənədinin hüdudlarından kənara çıxdıqda; 

bu Qanunun 12-ci maddəsinə uyğun patent onu almaq hüququna malik olmayan şəxsə  

verildikdə. 

2.  Bu maddənin 1-ci bəndində göstərilən şərtlər patentə tamamilə aid olmadıqda patent 

qismən etibarsız sayıla bilər. 

3.  Patentin etibarsız sayılmasına dair yaranan mübahisələrə Apellyasiya şurasında və ya 

məhkəmədə baxılır. 

Maddə 38. 

Ötürülmüş müddətlərin bərpası 

1.  Bu Qanunun 29-cu maddəsinin 6-cı bəndində, 31-ci maddəsinin 3-cü bəndində və 34-cü 

maddənin 1-ci bəndində nəzərdə tutulan müddətlər üzürlü səbəbdən ötürüldükdə və 

müəyyənləşdirilmiş rüsum ödənildikdə müvafiq icra hakimiyyəti orqanı ötürülmüş müddəti 

bərpa edə bilər. 

2.  İddiaçı və ya etiraz edən şəxs ötürülmüş müddətin bərpası barədə vəsatəti ötürülmüş 

müddətin qurtardığı tarixdən etibarən 3 ay ərzində verə bilər. 

3. İxtira, faydalı model və sənaye nümunəsi patentinin qüvvədə saxlanılması üçün müəyyən 

edilmiş illik rüsumu vaxtında ödəməyən patent sahibi, ötürülmüş tarixdən 5 il müddətindən 

gec olmayaraq müvafiq dövlət rüsumunu ödəməklə, patentin qüvvəsi bərpa edilə bilər. Patent 

sahibinin vəsatətinə ötürülmüş illər üzrə rüsumun ödənildiyini təsdiqləyən sənədin surəti 

əlavə olunur. 

VII fəsil 

Yekun müddəaları 

M a d d ə  3 9 .  Dövlət rüsumları 



Bu Qanunla müəyyən edilmiş patentlə bağlı hüquqi əhəmiyyətli işlərin yerinə yetirilməsi, 

patent müvəkkillərinin attestasiyası, qeydiyyatı, şəhadətnamələrin verilməsi və onlara dair 

məlumatın dərci üçün dövlət rüsumları ödənilir. 

Maddə 40. 



Mübahisələrə məhkəmə qaydasında baxılması 

Bu Qanundan irəli gələn patentlə bağlı mübahisələrə Azərbaycan Respublikasının 

qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmədə baxılır. 

Maddə 41. 



ixtira, faydalı model və sənaye nümunəsinin xarici dövlətlərdə 

patentləşdirilməsi  

Sənaye mülkiyyəti obyekti barədə iddia sənədi müvafiq icra hakimiyyəti orqanına verildikdən 

sonra xarici dövlətdə patentləşdirilə bilər. 

ixtira, faydalı model və sənaye nümunəsi barəsində iddia sənədinin müvafiq icra hakimiyyəti 

orqanına daxil olduğu tarixdən etibarən 3 ay ərzində həmin orqan patent alınması üçün iddia 

sənədinin xarici dövlətə verilməsinin mümkünlüyü haqqında müvafiq qərar qəbul edir və 

iddiaçıya bildiriş göndərir. 

Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə əlaqədar mübahisələrə Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəmədə baxılır. 

Maddə 42. 



Xarici hüquqi və fiziki şəxslərin patentlə bağlı hüquqları 

Xarici hüquqi və fiziki şəxslər bu Qanunla nəzərdə tutulmuş hüquqlardan Azərbaycan 

Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrə və ya qarşılıqlı prinsipinə əsasən 

Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər istifadə edirlər. 

Maddə 43. 

Beynəlxalq müqavilələr 

Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdə müəyyənləşdirilən 

qaydalar bu Qanunda nəzərdə tutulan qaydalardan fərqləndikdə beynəlxalq müqavilənin 

qaydaları tətbiq olunur. 

Maddə 44. Keçid müddəaları 

Bu Qanun qüvvəyə minənədək ixtira, faydalı model və sənaye nümunəsi barədə verilən və 

barələrində qərar qəbul edilməmiş iddia sənədlərinin ekspertizası bu Qanunun tələblərinə 

uyğun aparılır. 

Azərbaycan Respublikasının Prezidenti 

Heydər ƏLİYEV 




Yüklə 249,53 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə