Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
47
zamanının diktatoru olub. Ancaq tarixə baxsaq görərik ki,
bütün xalqların inkşaf tarixi imperiyadan keçir. İmperiyanı
qoruyub saxlayan isə tiran hakimiyyəti olub. Məncə inkşa-
fa nail olmaq, ideyalarını həyata keçirtmək üçün o mütləq
diktator olmalıydı. Toplumu arxanca aparmaq mümkün-
dür, ancaq bəlli nöqtəyə qədər. Kütləni idarə etmək üçün
sərt hakimiyyətin olması vacib şərtdir. Bu ki, aksiomadır.
Sözlərimin həqiqət olmadığını isbatlamağa çalışmayın.
Mətinin çöhrəsində təbəssüm yarandı. O, cavabı kecik-
dirmədi:
– Axı siz də bilirsiz ki, insanlar yaranışdan eyni olub,
sonra dinlər, xalqlar və dövlət anlayışı ilə bölünüblər. Bu,
insanların seçimi olub. Tarix boyu insanlar necə qüdrət-
li imperiyalar qursalar da belə indiyə qədər dağılmayanı,
daimi olanı olmayıb. İnan ki, heç olmayacaq da. Bir düşün
insan öz yaradanına belə sona qədər tabe olmayıb.
Mətin qarşısındakına səhv etdiyini başa sala biləcə-
yinə əmin idi. Ancaq hazırki vəziyyətdə birinci dəfə qonaq
olduğu evdə uzun-uzadı mübahisə etməyi qeyri-etik say-
dığından artıq mübasiyə davam etməmək qərarına gəldi.
İlk başdan söhbətin bu məcraya yönəlməsinə imkan ver-
diyi üçün özünü danladı. O, Culiyə fikrini toplayıb yenidən
hücuma keçməyə imkan vermədi.
– Bilirsiz insanların idarə edilməsi mövzusu həqiqətən
mübahisə olunmalı mövzudur, ancaq başınızı ağrıtmaq
istəmirəm. Düşünürəm ki, sizin yaşınıza uymayan mövzu-
ları dartışmanız ağıllı olmanızın göstəricisidir. Məncə bu
kifayətdir ki, sizin haqqınızda nə düşündüyümü biləsiniz.
Etiraz etmirsinizsə, gəlin mövzunu dəyişək. Məsəl üçün
deyin görək harda oxuyursunuz? Hobbiniz nədir? Əlbəttə
əgər sirr deyilsə?
Xoş sözlər Culidə həqiqətən ona qarşı əvvəlki fikrini
dəyişsə də, yox mən özüm haqqımda danışmaq istəmirəm,
Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
48
deyərək, ayağa qalxdı və hirslə otağı tərk etdi. Bu gün artq
necənci dəfə idi ki, bu gəşəng qız onu pərt eləyirdi.
Söhbət əsnasında mətbəxə keçən Emma yeməyə ha-
zırlıq görürdü. O, söhbətin yarımçıq kəsildiyini və Culinin
öz otağına çıxdığını görəndə narahat oldu. Qızının kobud
olduğunu bildiyindən məsələnin nə yerdə olduğunu öy-
rənmək üçün yuxarı qalxdı. Qapını döyüb, Culidən yeməyə
düşməli olduğunu bildirdiyini bəhanə edib nə baş verdiyi-
ni soruşdu.
Culi heç bir şey baş vermədiyini, sadəcə ac olmadığı
üçün onu gözləməməyi bildirib, açdığı kitabı vərəqləməyə
başladı. Emma: “Qızım kimliyindən asılı olmayaraq evin-
dəki qonağa ehtiram göstərməlisən. Bu borcumuzdur.
Xahiş edirəm sən də buna əməl edəsən” deyərək onu göz-
ləmədən aşağı düşüb qonaq otağına keçdi. Mətin sakit
oturmuş, nə isə fikirləşirdi. Onu görüb, qəddini düzəlt-
di. Hiss olunurdu ki, pərt olmuş vəziyyətdədir, ancaq bi-
ruzə vermək istəmir. Sahibənin əlindəki qabda buğlanan
yeməyi görəndə təəcübləndi. Gözlərinə inanmaq istəmədi.
Amma həqiqətən bu onların milli yeməyi dolma idi. Bir
alman evində öz milli xörəyini görmək onu həm təəccüb-
ləndirdi, həm də sevindirdi. Bu ona əsl sürpriz olmuşdu.
Yemək masasına əyləşmə dəvətinə həvəslə razılaşdı. Gör
nə vaxtdır, ev yeməyi yemirdi, özü də öz mətbəxindən.
Ema bir az gec qayıtdı, görünür Culini gətirə bilməmişdi. O,
baxışları ilə Mətinə başlamaq işarətisi verdi. Dadına bax-
dı. Həqiqətən əla bişirilmişdi. Üzünü döndərəndə onların
baxışları toqquşdu. Hər ikisi gülümsədi. Mətin barmaqla-
rının uclarını bir yerə yığaraq yeməyin dadlı olduğunu
bildirdi. Çoxdandı belə dadlı yemək yeməmişdi. Evlərini
tərk etdikdən bəri ilk dəfəydi onu kimsə belə qonaq edir,
qulluğunda dururdu. İnternatda belə bişirmirdilər. Emma
yemək arxasında danışmazdı. Ancaq onun lazzətlə yediyi-
Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
49
ni görüb, özünü saxlaya bilmədi.
– Doğrusu sizin mətbəx çox xoşuma gəlib, xüsusi ilə
dolmanız. Ona görə bişirilmə qaydasını öyrəndim, bəzən
bişirirəm. Oğlum da xoşlayır. Yeri düşmüşkən, o Humbol-
dt adına Berlin Universitetində oxuyur, yəqin eşitmisən o
universitet haqqında? Bu il hazırlığındadır.
Əslində Emma belə yaşda iki övladı olmasına şübhə
doğuracaq qədər gənc görünürdü. Bu səbəbdən Mətinin
çaşqınlığı başa düşülən idi.
O, təccübünü gizlətmədi:
– Doğrusu sizə o yaşı vermək olmur və bunu kompli-
ment kimi qəbul etməyin. Ciddi sözümdür.
Emma ona bir az şişirtdiyini deyərək, gülümsədi.
– Sizi başa düşürəm. Tanışlarım da bunu mənə deyirlər.
Hər halda qadın üçün bu sözləri eşitmək xoşdur, çox sağ olun.
Hə ikisi susdu. Bu zaman Culi qapıda peyda oldu.
– Hə deyəsən fikrimi dəyişdim. Yaxşısı budur, nə isə ye-
yim. Qonağımız sonra bizdən inciyər ki, onu tək qoyduq və
milli mətbəxindən dadmadıq.
– Hiss olunurdu ki, Culi onu sancmaq istəyir.
Mətin heç bir söz demir. Artıq Culinin özünə qarşı hansı
mövqedə olmasını bildiyindən cavab verməyi düşünmür-
dü. Birgə axşam yeməyini yedilər. Mətin həqiqətən çoxdan
idi ki, belə yeməmişdi. Qərib ölkədə tələbə üçün belə ax-
şam yeməyi ələ düşən deyildi. Zarafat deyil. Onun şərəfinə
milli xörəyini bişirmişdilər. Buna görə o, həqiqətən min-
nətdar idi.
Yeməkdən sonra söhbət əsnasında məlum oldu ki, sən
demə onlar eyni yerdə Hamburq Tibb Universitetində təhsil
alırlar. Sadəcə, Culi ondan bir yaş kiçik də olsa məktəbə tez
getmiş, bu səbəbdən ondan bir kurs yuxarı kursda oxuyur.
Sadəcə onlar qarşılaşmamışdılar. Bu xəbər Mətini sevindir-
sə də, görünürdü ki, qız buna sevinmədi. O, sağollaşıb öz
Dostları ilə paylaş: |