Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
51
dəfə də onu öz klublarında da görmüşdü. Bilirdi ki, əgər
kluba gəlirsə, deməli eyni əqidəyə qulluq edirdilər. Bu gün
onu harasa dəvət etməyi planlaşdırmışdı. Hə budur, gözəl-
çə avtobusdan düşüb həmişəki yolu ilə getməyə başladı.
Meyqer velosipedini tindən birbaşa qızın üstünə sürdü
və guya onu tapdalamamaq üçün əyləci basıb, bir kənara
yıxıldı. Qız əvvəlcə qorxdusa da, yıxılmış oğlanın ufulda-
masını, durmağa çalışdığını, ancaq bacarmadığını görüb,
köməyə yetdi. O, oğlanın qolundan tutub qaldırmağa ça-
lışdı. Deyəsən buralarda yenisiz? İnanın ki, mənim güna-
hım yoxdur. Siz sürətlə çıxdınız, mən də çaşdım. Deyəsən
əzilmisiniz? Ufuldayaraq qızın köməkliyi ilə ayağa qalxan
Meyqer öz günahı ucbatından yıxıldığını, bağışlanmaq
üçün nə edə biləcəyini soruşdu. Buralara yeni daşındıqla-
rından heç kəsi tanımadığını deyərək, onu heç yerə dəvət
edə bilmədiyini, ancaq bir yeri – neoklubu tanıdığını bil-
dirdi. Qızın da ora baş çəkdiyini bildiyindən – çəkinmədən
klubun adını söylədi. Culi xüsusi dəvətə ehtiyac olmadığını
deyərək, axşamlar bəzən ora baş çəkdiyini, qismət olarsa
orda
görüşə biləcəklərini, dedi.
O, ayrılaraq yoluna davam etdi. Ancaq Meyqer Arxadan
qıza adını söyləmədəyini deyərək, özünün adını səsləndir-
di. Culi isə öz adını deyib, sağollaşdı. Meyqer ilk addımın
atıldığını düşünərək bununla kifayətləndi.
Kluba davamlı gedərək, hər axşam qızı orada axtarır və
gəlmədiyini görüb lap dilxor olurdu. Görəsən nə vaxt gələmə-
yi planlaşdırır? İçki içir, ətrafına qoşulub mahnı oxuyur, söh-
bətlərə müdaxilə etsə də, gözləri hər zaman Culini axtarırdı.
Bir neçə gün intizarda qalsa da, növbəti axşamların birində
nəhayət ki, qızı gördü. Rəfiqəsi ilə gəmişdi. Onlar küncdəki
masaların birində oturub nə isə qızğın mübahisə edirdilər.
Meyqer qızların əyləşdikləri masaya iki bakal pivə sifariş
edərək dostlarından ayrıldı. Xarici görünüşcə yaraşıqlı gö-
Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
52
rünməsə də, hündür və enlikürək olması onda qızları cəlb
edən yeganə üstünlük idi. O, salam verib, gülərək nəyi bölə
bilmədiklərini soruşdu. Özünü çoxdanın tanışı kimi aparması
Culinin rəfiqəsini təəccübləndirdi. Göz-qaş ilə kim olduğunu
soruşdu. Səs-küydən sualının cavabını başa düşmədi. Yan
masada oturan gənclər yüksək səslə hansısa mahnının söz-
lərini oxumur, qışqırırdılar. Burda bu adi hal idi. Sonra hamı
oxuyanlara qoşulur və ahəng dəyişir. Beləliklə, xorla oxunan
mahnı milli həmrəyliyi ifadə edirdi.
İndi də elə oldu. Ona elə gəlirdi ki, burdakı insanlar
Vətəni üçün hər şey edə biləcək insanlardır. Diqqətlə baxan
olsaydı onun gözlərində parıltının görə bilərdi. Belə an-
larda onun köksü əsgərlərin himnlərini oxuduqları zaman
qabaran köksləri tək qalxıb-enirdi. Onu bura çəkib gətirən
əslində yaşadığı bu hisslər idi. Almaniyanı sevməli oldu-
ğu artıq şüuruna yeriyirdi. Millətini sevməyi və onun sivil
görmək istəyi bura gəldiyi zamanlarda bir az da artırdı.
Meyqer ciddi-cəhdlə zarafat edir, qızların xoşuna gəlməyə
çalışırdı. Culi onun xoşuna gəlirdi və o, bunu gizlətmir, ək-
sinə hiss elətdirirdi. Qızlar getmək istədiklərini bildirəndə
Meyqer onları izn verərlərsə, ötürə biləcəyini söylədi. O,
yol boyu demək olar ki, dil boğaza qoymurdu. Öncə Culinin
rəfiqəsini ötürdülər. O, qonşu məhəllədə yaşayırdı. Artıq
Meyqer danışmır, qıza deyəcəyi sözləri seçirdi. Sakitcə ya-
naşı getmələri Culini bir az darıxdırdı. O, qaranlıqda çevri-
lib Meyqerə baxdı. Qaranlıqda onun üz cizgiləri seçilməsə
də hündür və sağlam qaməti aydın görsənirdi. Bu, qıza san-
ki saktlik gətirdi. Ancaq bayaqdan susmamasına rəğmən,
indi nə isə düşüncəli görünüşü onda maraq doğurduğun-
dan, cavan oğlan nə fikirləşirsiz? cümləsi qeyri-iradi olaraq
ağzından çıxdı. Oğlan sanki bu sözü gözləyirdi:
–
Heç bilmirəm ki, necə deyim?
– Nəyi demək istəyirsən ki? – deyən Culi təəccübünü