Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə23/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   ...   49

Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
72
diklərini gördü. Onu araya alanların içində bir-neçə qız da 
vardı. Yəqin qrup yoldaşlarıdır, deyə düşünən Culi Məti-
nin əlini sıxmaq fikrindən vaz keçdi. Geri dönüb qayıtmaq 
istəsə də, onu çağıran Mətin hamıdan ayrılaraq ona tərəf 
gəldi. Qız gülümsəyərək Mətinin əlini sıxdı. 
– Salam. Sizi təbrik edirəm. Məncə bugünkü qalib siz-
siniz, çünki, zaldakılar heç kimi sizin qədər alqışlamadılar. 
Heç vaxt deməmisiz ki, belə gözəl çala bilirsiz. 
– Yox əşşi. Nə yaxşı çalmaq, mən sadəcə arada elə-belə 
dınqıldadıram. 
– Təvəzökar olduğunuzu bilirəm. Ancaq həqiqət odur 
ki, siz qəlblərə toxunmağı bacarırsınız. Səmimi deyirəm. 
– Çox sağ olun təşəkkür edirəm. Sizdən ünvanıma xoş 
sözlər eşidəcəyimə inanmazdım. 
Culi bir az özündən utanmış kimi oldu. Axı yazıq oğla-
na nələr deməmişdi. Həmişə sancmış, onu həmişə aşağıda 
görmüşdü. 
– Sizə doğrusunu deyim ki, anam sizi görüb-görmədi-
yimi bir-neçə dəfə soruşub, sadəcə mən isə sizi axtarma-
mışam. Şərəf lövhəsində şəklinizi görəndə, dedim sevindi, 
sizi mənə nümunə göstərdi. 
– Zəhmət olmazsa salamlarımı çatdırarsınız. 
– Salam çatdırmağın nə əziyyəti, əlbəttə deyərəm. 
Mətinə işarə elədilər ki, onu içəri çağırırlar. Sağollaşdılar. 
Yağış kəsmişdi. Dayanacaqda avtobus gözləsə də musiqi-
nin təsirindən çıxa bilməmişdi. İohan Sebastian Bax, Frederik 
Şopen kimi bəstəkarların klassik musiqilərinə qulaq asmağı 
sevərdi. Bu gün isə o, ilk dəfə Şərq musiqisini dinləmişdi. Çox 
xoşuna  getmişdi.  Fikirləşdi  ki,  gərək  sona  qədər  otura  idi. 
Evdə anasına zaldakıların Mətini necə alqışladıqlarını danı-
şarkən onun hər iki musuqini necə məharətlə ifa etməsini 
ağısdolusu  təriflədi.  Anasından  gözlədiyi  sözləri  eşitmədi-
yinə ürəynin dərinliyində məyus oldu. Özü də bilmədi səbə-


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
73
bini. Ona nə olmuşdu. İndi o, istəyirdi ki, Mətin təşrif buyur-
sun, anasından isə səs çıxmırdı. 
– Ana, salam dedi, özüdə dedi ki, mütləq çatdırım.
Mütləq sözünü qəsdən dedi ki, bəlkə anasından göz-
lədiyi  sözü  eşidə.  Anası,  afərin,  mən  onun  həqiqətən  də 
ləyaqətli və ağıllı bir gənc olduğuna inanırdım. Mən onun 
mülahizələrində yanlış, məntiqsiz fikrə rastlaşmadım. Bu 
üzdən deyirəm, inan ki, o, həm də yaxşı həkim olacaq. Sən 
də çalış ki, cəmiyyətimizə xeyirli bir insan olasan. Birdə ki, 
qızım yeri düşüb deyirəm. Peyki olmağa çalışdığın planeti 
seçəndə, çalış orda həyat olsun. Həyat olmayan planet nə 
qədər boyük olur-olsun, kimə lazım?! 
– Haqlı olduğunu indi başa düşürəm, ana. Nə demək 
istəyirsən,  onu  da  başa  düşürəm.  Artıq  uşaq  deyiləm.  O 
mövzuda narahat olmaya bilərsən. Anacan, doğrusunu de-
yim ki, Mətinin ifası o qədər xoşuma gəlib ki, istərdim onu 
sən də dinləyəsən. Etiraz etmirsənsə görəndə deyim, bizə 
baş çəksin. 
– Əlbəttə, qızım. Mən etiraz eləmirəm. Görəndə deyə 
bilərsən. 
5 il sonra...
Ara akbercan, bu köpəyoğlu sınan qoza oxşamır. 
Qapı  ağzında  keşik  çəkən  üz-gözündən  zalımlıq  tö-
külən bədheybət onun sözünü başı ilə təsdiqləyib qəzəblə 
yana tüpürdü. O, hirslə 
– Məndən olsa bu dəqiqə bu əclafı o dünyaya göndərər-
dim. Dünən imkan versəydilər elə dünən göndərmişdim də. 
– Yox, Aşotcan. Qoy bir dindirsinlər. Onsuz da göndər-
mək əlimizdədir. Elə sözünü qurtarmışdı ki, ratsiyada on-
ları çağırdılar. 
– Dünən sağ qalan çaqqalı polkovnik özü görmək istə-


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
74
yir. Gətirin yuxarı. 
Bədheybət  yerindən  tərpənmədiyini  görən  özünü 
daha ağıllı hesab edən, dildən zirəng olanı ratsiyada qəbul 
deyib, ona çöndü. 
– Sərvaxt ol, bu itoğlu dünən qaçmaq istəyəndə beşi-
mizi yerə sərmişdi. 
–  Bəs  məni  niyə  bura  təhkim  eləyiblər,  sən  narahat 
olma.  Dünənki  döyülməyindən  sonra  onda  hey  qalıb  ki, 
bir də qaça. Onu elə islatmamışam ki, birdə qəhrəmanlıq 
eləmək fikrinə düşə. Cağır çıxsın. 
Həqiqətən tövlədən axsaya-axsaya çıxan əsir qamətini 
düzəldib şax yeriməyə çalışsa da, bacarmırdı. Üz-gözündə 
qaraltı, dodağı partlamış, geyindiyi əsgər köynəyinin boy-
nunda və üstundə qurumuş qan ləkələri aydın görünürdü. 
Hələ bu üzdə görünənləri idi. Paltar altında bədənin hər 
yeri  göm-göy  idi.  Bir  ayağını  o  birisinin  arxasınca  zorla 
sürüyən əsiri 200m aralıdakı qonşu həyətdə yerləşən iki 
mərtəbəli  böyük  evin,  yəni  qərargahın  qabağına  qədər 
müşayət edən bədheybət arada əlindəki avtomatın lüləsi 
ilə onu qabağa itələyir və donquldanırdı. 
– Əclaf, sənə görə deyəsən bu günü də bu xarabada çü-
rüməli olacam. 
O,  əslində  buradan  50km  uzaqlıqda  olan  əsirlərin 
saxlandığı  düşərgədə  əsirlərin  üstündə  duran  nəzarət-
çilərdən biri idi. Dünən bura əsiri aparmağa gəlsə də, ona 
demişdilər ki, əsiri ilkin dindirilmədən sonra apara bilər. 
Bölük komandirinin son iki gündə burda olmamasına görə 
dindirilməsi geçikən əsir saxlandığı tövlədən dün qaçma-
ğa çalışmış, ancaq buna müvəffəq olmamışdı. Əvəzində də 
indiki hala salınmışdır. Demişdilər bölük komandiri hələ 
sabah gələcək. Bu gün isə onun yerinə cavabdeh olan zabit 
əsiri dindirilməyə çağırmışdı. Bir şey öyrənə bilmədiyin-
dən bir-neçə yumruq da o vurub, geri göndərdi. O, birisi 
gün də bölük komandirinin iştirakı ilə keçirilən sorğu su-


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə