______________________________________________________ Poetika.izm
90
The archetype of shadow always longing for freedom and being in the balance
with the archetype of person have been reflected in the literature in different forms.
Archetype of "similar" is one of forms of the shadow archetype of Yung and it related
with both private and collective unconsciousness. From this point of view the
comparative analysis of the works by K.Abdulla and L.Feuchtwanger like "The
unfinished manuscript" and "False Nero" is quite interesting. In L.Feuchtwanger's novel
"False Nero" potter Terensy who is similar with the emperor Neron denies himself like
and he obeys to the archetype of shadow. But in K.Abdulla's novel "The unfinished
manuscript" Khizir, the double of Shah Ismayil, loves and admires the ruler, but he
protect his individuality and never want to be the copy of shah.
In this paper we researched the reflecting of the double image in these two works
belonging to the literature of different nations which was written in different periods and
try to show appearance details and the modification of the same archetype.
Şükufə
VƏLİYEVA
Gəncə Dövlət Universiteti
shukufe_1987@.gmail.com
AMERİKA İDEYASI, TƏZAHÜRÜ, FORMALAŞMASI
VƏ ƏDƏBİYYATDA İNİKASI
Açar sözlər: Amerikan ədəbiyyatı, Oldos Xaksliç, Pol Oster, mif, ideya, model
Key words: American literature, Aldous Huxley, Paul Auster, myth, idea, model
İngilis publisisti və filosofu Oldos Xaksli 1962-ci ildə “Amerikan
mədəniyyətinə baxış” adlı essesində yazırdı ki, “amerikan həyat tərzi –
fizioloji mövcudluğun poeziyasıdır və elmin bütün gücündən məhz bu
tipli insanları ərsəyə gətirmək naminə istifadə edilir”. İkinci ABŞ prezi-
denti Adamsın nəticəsi Ceyms Truslou “Bizim biznes mədəniyyətimiz”
adlı kitabında belə bir yeni insan tipinin meydana gəlməsini onunla izah
edirdi ki, “Amerika biznes sivilizasiyasıdır. Biznesmen kimdir? Bu, bütün
dünyaya yalnız gəlir gözü ilə baxan insandır, o, həyatın yerdə qalan his-
səsini görmür, çünki kordur [1, s.238]. Onun üçün füsunkar peyzaj olsa-
olsa yaşayış evlərinin inşa edilməsi üçün çox əlverişli bir məkandır, şəlalə
isə onun beynində yalnız bənd və elektrik stansiyası ilə bağlı ideyalar
doğurur. Onun həyatını dolğun həyat adlandırmaq mümkün deyildir. Bu
həyatın dərindən-dərinə kasıblığı göz qabağındadır” [2, s.236].
Amerikan ədəbiyyatının klassiki Henri Ceyms Adams kimi hesab
edirdi ki, biznes sivilizasiyası “işgüzar maraq dairəsinə daxil olmayan hər
______________________________________________________ Poetika.izm
91
şeyi kökündən qazıyır və həyatın məzmunu hər şeyi udub həzm-rabedən
keçirən monoton yeknəsəkliyə çevrilir”.
XX əsrin əvvəllərində yaşayan yazıçı Lyus Memford yazırdı:
“müasir insan yeknəsək işi icra etmək üçün əhliləşdirilib, onun bayramları
da elə yeknəsəkdir ... həyat getdikcə marağını itirir, darıxdırıcı bir şeyə
çevrilir”.
Klassik amerikan sosioloqu 1967-ci ildə nəşr edilən “Amerika sivi-
lizasiyası” kitabında yazırdı: “günlər, aylar, illər fabrikdə, yaxud ofisdə
gündəlik işlərin icrası prosesində yeknəsək keçir. Ofisdə lanç, evdə na-
har... hər şey yeknəsəqdir, işdəki əməliyyatlar da o cümlədən. Baxırsan,
onlarla fərqli qəzet var, ancaq hamısının məzmunu eyndir, standartdır.
İnsanlar standart geyimlərdə kluba, bara gedirlər. Həyatdan köçdükdə on-
ları standart tabutlara qoyub standart mərasimlə yola salırlar, yerli qəzetdə
standart nekroloqlar çıxır”.
Amerikan meqapolisləri milyonlarla insanın yaşaması üçün ideal
mexanizmdir, bu, elə bir nəhəng və standart infrastrukturdur ki, burada
yalnız işçi və istehlakçının ehtiyacları nəzərə alınıb. Rus şairi Mayakovski
ABŞ səfərindən qayıtdıqdan sonra yazırdı: “Amerikda tikililər nə qədər
möhtəşəm olsa da, orada inşaat işlərinin Avropa ilə müqayisədə nə qədər
sürətli və ağılçaşdıran olsa da, Amerika göydələnləri nə qədər qəlbi olsa
da, onlar qəribə müvəqqətilik hissi doğurur. Hətta ən böyük və yeni tiki-
lilərin də alnında “müvəqqətidir” yazılıb. Çünki bütün Amerika, xüsusən
Nyu-York daim sökülüb-tikilir. On mərtəbəli evləri sökürlər ki, on iki
mərtəbəli evlər tiksinlər, sonra on üç mərtəbəli, sonra... qırx mərtəbəli...”
[3, s.102].
Avropada həqiqiliyin meyarlarından biri münasibətlərin uzunömür-
lülüyüdür, o şey dəyərlidir ki, zamanın sınağından keçib. Qədim müdrik-
lər də elə bunu deyirdilər: “həqiqət zamanın bacısıdır”. Amerika isə mü-
vəqqəti peyzajdır, “keçiciliyin landşaftıdır”.
Amerikan həyatının anti-estetikliyi, təbii ki, estetikaya, həyatın hər
bir anının gözəlliyinə laqeydlik yaradır. Daimi narahatlıq, uğur qazanmaq
şansının əldən buraxılması qorxusu hardasa milyonlarla insanı hərəkətə
gətirir, onlar daim yerdəyişmə edirlər, amerikan şəhərlərinin miskin görü-
nüşü buradan irəli gəlir.
Amerikan həyatının anti-estetikliyi bir tərəfdən spontan şəkildə,
problem içində çabalayan miqrantların ümumi atmosferinin nəticəsi kimi,
hər şeydən əvvəl yeni ölkədə sağ qalmaq zərurəti əsasında yaranmışdı. Bu
insanların estetikaya meyli yox yerdən ola bilməzdi.
Keçən əsrin 50-70-ci illərində amerikan ədəbiyyatına ekzisten-
sializm fəlsəfəsi böyük təsir etmişdi. İnsanın özgələşməsi problemi o za-
manlar ingilis dilində “beat generation” (...a movement of young people
in the 1950s who rejected conventional society and favored Zen
Dostları ilə paylaş: |