______________________________________________________ Poetika.izm
97
Şükufə Vəliyeva
AMERİKA İDEYASI, TƏZAHÜRÜ,
FORMALAŞMASI VƏ ƏDƏBİYYATDA İNİKASI
XÜLASƏ
Məqalə müəyyən nəzəri və ədəbi əsərlər əsasında yaranan XX əsr Amerika
ədəbiyyatının inkişafında meydana çıxan əsas tendensiyaların təhlilinə həsr olunub.
Qeyd etmək lazımdır ki, ədəbi mifologiyanın klassik istiqamət və tendensiyalarını təmsil
edən əsərlərdə ənənəvi mifoloji modellər və elementlərin istifadəsi bizim tədqiqat üçün
səciyyəvi haldır. Mətnlərin strukturunun təhlilində ikili-məntiqi sxemlər mövcuddur: bu,
xeyir və şər (biz müsbət qəhrəmanla müqayisədə mənfi obrazın rəqibini görürük), həyat
və ölüm (ölüm qorxusu və həyat sevgisi), cavanlıq və qocalıq (uşaqlar və yaşlı insanlar)
dixotomiyasına (budaqlanmasına) təsir edir.
Shukufe Valiyeva
AMERICAN IDEA, APPEARANCE, FORMATION
AND ITS REFLECTION IN THE LITERATURE
SUMMARY
This article deals with the analysis of the main tendencies revealed in the
development of the XX century of American Literature that is carried out based on
concrete theoretical and literary works. It is to be noted that using the traditional
mythological models and elements in the works representing the classical direction or
tendencies of the literary mythology is typiical for our research. In the structure analysis
of the texts there are revealed the binary-logical schemes: it reflects the dichotomy of
good and evil (we see the competitor of negative nature in comparison with the positive
hero); life and death (fear of death and love for life); youth and old age (Children and
elderly people are involved).
______________________________________________________ Poetika.izm
98
Leyla ƏLİYEVA
Sumqayıt Dövlət Universiteti
aliyevaleyla74@mail.ru
YUSİF SƏMƏDOĞLUNUN ƏSƏRLƏRİNDƏ
ƏDƏBİ MƏTN YADDAŞI
Açar sözlər: ədəbi mətn, mifopoetika, millilik, tarixi yaddaş, Y.Səmədoğlu
Key words: literary text, mytho-poetics, nationality, historical memory, Y.Samedoglu
Müasir ədəbi mətnləri şərh edərkən özündə ictimai dünyagörüşü
daşıyan mətnlər və mətn ənənəsindən çıxış etmək vacib məsələlərdəndir.
Bu mənada ədəbi şərhdə bir mətn həmişə digər mətnlə və ya mətn ənənəsi
kontekstində şərh olunur. Mətnin şərh olunduğu mətn kontekstini sonsuz
genişləndirmək olar və bu sonsuzluğun ölçüsü mətn mədəniyyətinin sər-
hədsizliyi ilə üst-üstə düşər. Mətnin əsas əlamətlərindən biri də məhz
özündən sonrakı mətnlərin kodu, əsası, bazası olmasıdır. Ədəbi variant-
yaratmada janr yaddaşı, süjet yaddaşı, ədəbi forma yaddaşı, obraz və
vəziyyət yaddaşından istifadə mühüm funksiya daşıyır. Azərbaycan nəs-
rinin görkəmli nümayəndəsi Yusif Səmədoğlu da öz yaradıcılığında yad-
daş faktoruna üstünlük verən yazıçılardan biridir. Belə ki, müəllifin mü-
rəkkəb kompozisiyası ilə seçilən hər iki romanının mətnlərinin yaddaş
strukturunda təqdimi nəzərə çarpır. Həm “Qətl günü”, həm də “Deyilənlər
gəldi başa..” romanlarında təhkiyəçi-qəhrəmanlar öz daxili dünyası, şəxsi
yaddaşı ilə iç-içə təqdim olunur. Bu əsərlərin qəhrəman və personajları
daima öz keçmişlərindən, yaddaşlarına yığılıb qalmışlardan, xatirə və
artıq ötüb-getmiş anlardan bəhs etmək, bütün bunları oxucuya nəql etmək
vəzifəsi daşıyırlar. Bu da bədii mətndə hadisələrin öz gerçək xronoloji
ardıcıllığından uzaqlaşmasına, hadisələrin ənənəvi əvvəldən sona doğru
gedişatına əks düzümünə səbəb olur. Yusif Səmədoğlunun roman və he-
kayələrində ədəbi mətn yaddaşı qarşımıza iki şəkildə çıxır. Birincisi, mətn
mədəniyyətinin sərhədsizliyi amili ilə əlaqədar olaraq, müəllifin istənilən
mətni özünəqədər mövcud mətnlərlə müəyyən bağlantı qura bilir. Bu
özünü mətnin müxtəlif qatlarında büruzə verə bilir. Məsələn, “Qətl günü”
romanında istər mifoloji, istər etno-psixoloji yaddaş vasitəsilə daha qədim
mətnlərlə əlaqələrin qurulmasının şahidi oluruq. Hətta bu bağ “Oğuz
xaqan” dastanına qədər gedib çıxır. “Qətl günü” romanında dünyadakı
bütün yaradılışları fövqəltəbii, qeyri-adi, fantastik şəklə salmaq funksiyası
daşıyan mif ilə dünyada baş vermiş real hadisələrə əsaslanan tarixi həqi-
qətlər sintez olunur. Yusif Səmədoğlunda mifopoetik düşüncənin sahəsinə
düşən miflər öz ilkin başlanğıcında olduğu kimi “təmiz” deyil, bu miflər
saf irreal strukturunu real, məntiqəuyğun çalar və rənglərə bürünməklə