______________________________________________________ Poetika.izm
88
yuxularında əsl Şah İsmayıl onu öz yanına çağırır və Taclı xanımın bu
yuxularından xəbər tutan Xızır narahat olur. İllər sonra əsirlikdən dönən
Hüseyn Lələ bəy taxtın sahibini əsl Şah İsmayıl olmadığını anlayır və onu
xəyanətdə ittiham edərək qətlə yetirir.
Xızır Şah İsmayılı əvəz edərək Şah mərtəbəsinə yüksəlsə də, yenə
öz fərqliliyini qoruyur, özünəməxsusluğu ilə seçilir. O, əsl şah olmadığını
daim xatırlayır və müəyyən narahatlıq keçirir. Düzdür, bəzi məqamlarda
onda da hakimiyyətə sevgi, bu hökmranlıqdan məhrum olma qorxusu hiss
olunur. Bu onun Taclı xanımın Şah İsmayılla bağlı yuxularından narahat-
lığında da öz əksini tapır. Lakin bu, Terensidəki kimi çılğın hakimiyyət
ehtirası deyil. Xızır özünü daha çox taleyinə boyun əymiş insan kimi apa-
rır. Sirrin açılmasından qorxmasının səbəblərindən biri də Şah İsmayıla
verdiyi sözdür, ona “Mən sənə bu boyda məmləkət qoyub gedirəm. Ha-
mıdan gizli. Bir şəxs bunu bilməyəcəkdir” – deyən Şah İsmayılın tap-
şırığını yerinə yetirmək məsuliyyətidir.
Terensi isə öz taleyindən hədsiz razı qalır. Hətta imperatorun
oyuncağı olmaq belə onun üçün xoşbəxtlik olur. İmperatorun ölümündən
sonra o, daim keçmiş günləri yadına salıb kədərlənir, həsrət çəkir. İkinci
dəfə Neron olmaq şansı ona həyatının zirvə nöqtəsi kimi təsir bağışlayır.
Xızırdan fərqli olaraq, Terensinin hərəkətləri necə deyərlər “Allah dəvəyə
qanad versəydi” məsəlinə uyğun gəlir. O, sıxışdırılmış kölgədir, hər
vəchlə məngənədən çıxıb əl – qol açmağa çalışır. Ona nəhayət, meydan
verildikdə özünü bütün “çılpaqlığı” ilə nümayiş etdirir. L.Feyxtvangerin
“Yalançı Neron” əsərində Terensi Varron və Artaban çarı tərəfindən
istifadə edildikdən sonra onu Roma əsgərlərinə təhvil verirlər və o, yalan-
çı Neron kimi qətlə yetirilir. “Sübh açılanda Maksimus Terensi – milyon-
larla insan üçün uzun illər Neron olmuş şəxs öldü” [10, s. 183].
Fikrimizcə, hər iki oxşarın – Xızırın və Terensinin ölümü arasındakı
fərq onların oxşar (kölgə) rolunu oynadıqları
zaman həm də daxillərindəki
kölgələri ilə apardıqları mübarizənin yekunu kimi qiymətləndirilə bilər.
Qeyd etmək lazımdır ki, Xızırın varlığı yalnız Hüseyn bəy Lələyə və
vəzirə məlum olduğundan onun ölümü Şah İsmayılın ölümü kimi qəbul
olunur. Xızır xəyanətdə ittiham olunub qətlə yetirilsə də, şah kimi şərəflə
və hörmətlə dəfn olunur. Terensi yalançı Neron kimi rüsvayçılıqla dar
ağacından asılır. O, kölgə rolunu oynayarkən öz kölgəsinə məğlub oldu
və bu səbəbdən oxucu onun ölümünü mənliyindən imtina etmiş kuklanın
səhnədən çıxması kimi qarşılayır. Hüseyn Lələ bəy Xızırı xəyanətdə
günahlandırsa da o, sadəcə Şah İsmayıla verdiyi vədi yerinə yetirmişdi.
Terensidən fərqli olaraq, ucuz şöhrətə görə şəxsiyyətini alçaltmamışdı və
bu səbəbdən ölümü onu oxucunun gözündən salmır, hətta Hüseyn Lələ
bəyə etirazını bildirmək istəyi oyadır.
Beləliklə, müxtəlif dövrlərdə yazılmış və müxtəlif xalqların ədəbiy-