______________________________________________________ Poetika.izm
103
çömbəlmiş qoca canavara heybəsindəki çörəkdən yedizdirirdi. Canavarı
yedizdirib, özü də bir qismət yeyib, soyuqdan və qorxudan əsə-əsə
uzaqdakı küləyin uğultusunu dinləyə-dinləyə, zülmət və rütubətli gecənin
ulduzları iriləşib-iriləşib alma boyda olduğu vədəsində yuxuya getdi” [6,
s. 59]. Doğrudur, burada mifik obrazın ilkin mənasından kifayət qədər
böyük fərqlərin və transformasiyaların olduğunu görürük ki, bunlardan
birincisi “gavur qızı” məsələsindədir. Canavarı öz kökündəki əzəmətdən,
“bozqurdluqdan” uzaqlaşdırıb, “qoturlaşdıran” müəllifin Türk mifoarxaik
düşüncəsinin əsas fiqurlarından biri olan Umay Ananı deformasiyaya
uğratması təbii qarşılanmalıdır. Arxeoloji qazıntılar zamanı Altaylarda
tapılmış keramik əşyalar üzərində üç buynuzlu Umay Ana şəkillərinə rast
gəlinmişdir. Orta Asiyada əldə edilmiş tapıntılarda Umay Ana motivi, bə-
yaz saçlı və bəyaz geyimli, insan formalı təsvir olunmuşdur. Altay türkləri
onu göylərdən enmiş gümüş rəngli saçları, gözəl sifətli bir qadın kimi
düşünmüşlər. Yusif Səmədoğlu yaratdığı gavur qızı obrazını da bəyaz saçlı
təsvir edir. Gavur qızının bəyaz rəngi, canavarı yedizdirməsi, ən başlıcası
ağacla bağlılığı kimi cəhətləri onun Umay Ana mifo-arxaik obrazı ilə
səsləşməsinə, bənzəməsinə şərait yaradır. Qoca canavarın yuxuda sarı-sarı
yarpaqlar görməsinin özünün mifoloji inanc sistemlərində maraqlı izahı
var. Mifoloji inama görə, o biri dünyada bir ağac var ki, onun hər yarpağı
bu dünyadakı bir adamındı və həmin yarpaq saralıb yerə düşən zaman o
adam ölür” [7, s. 18].
Ümumiyyətlə, romandakı ağac motivi ilə bağlı məqamların şərhin-
dən aydın olur ki, roman mətni arxaik-epos yaddaşının təzahür forması
kimi çıxış edir. “Kitabi-Dədə Qorqud”, “Oğuz Xaqan” dastanlarında və
dolayısı ilə də qədim Şumer-Akkad mətnlərində yaradılış aktı, sakral baş-
lanğıc, müqəddəs himayədar kimi funksionallıq daşıyan ağac obrazı ilə
sələf-xələf münasibətləri yaradır. “Oğuz Xaqan”dakı ağacın sakral mahiy-
yəti ilə bağlı F.Bayat yazır: “Türk mifologiyasında Göy Tanrıdan qopub
ayrılmış ağac bir sıra etnoqonik miflərdə ilk ana kimi xatırlanır.
Mifə görə
dağın üstündə bitən ağaca göydən işıq düşmüş, bu ağac gövdəsi şişmişdir.
Bir müddətdən sonra gövdə yarılmış, oradan beş uşaq çıxmışdır. Onların
ən kiçiyi olan Buğu Təkin sonradan bir çox xalqları özünə tabe edərək
böyük dövlət yaratmışdır” [8, s. 123].
Yusif Səmədoğlunun yaradıcılığına xüsusi rəng qatan əlamətlərdən
biri də müəllifin yaşadığı dövrün tarixinin öz yaddaşındakı inikasını bədii
mətnə ötürmək qabiliyyəti ilə bağlıdır. Müəllifin roman və hekayələrində
yazıçının uşaqlıq və gənclik dövrlərinin koloritinin yaddaşdan süzülüb
mətnə axması səciyyəvi haldır. Y.Səmədoğlunun öz şəxsi yaddaşı əsərlə-
rindən hadisələrin zaman və məkan seçimində xüsusi rol oynayır. Zama-
nın və məkanın yaddaşı, daha aydın desək, müəyyən zaman mərhələsinin
və hər hansısa məkanın özündə ehtiva etdiyi yaddaşın bədii mətndə oxucu