______________________________________________________ Poetika.izm
101
“sınaqlardan çıxarılaraq” yaddaşlarında möhkəmləndikcə təsəvvürlərə
çevrilmişdir” [3, s. 14-15]. Hər səhifəsində tükənməz yazıçı fantaziyası-
nın, unikal fikir və ideyaların cəmləşdiyi “Qətl günü” romanının bütöv
məzmununun, müəllif ideyasının dərki, mətnin ötürdüyü mesajların açıl-
ması üçün əsərin mifopoetik qatını müəyyənləşdirmək lazım gəlir. “Qətl
günü” romanında dünyadakı bütün yaradılışları fövqəltəbii,
qeyri-adi, fan-
tastik şəklə salmaq funksiyası daşıyan mif ilə dünyada baş vermiş real
hadisələrə əsaslanan tarixi həqiqətlər sintez olunur. Yusif Səmədoğlunda
mifopoetik düşüncənin sahəsinə düşən miflər öz ilkin başlanğıcında ol-
duğu kimi “təmiz” deyil, bu miflər saf irreal strukturunu real, məntiqə
uyğun çalar və rənglərə bürünməklə qismən pozmuş olur. Mifopoetik qat
bu romanın əsas məğzini təşkil edir, əsasən arxetip və motivlərlə ger-
çəkləşir. Bəşəriyyət öz inkişafı boyunca öz ilkin başlanğıcından nə qədər
uzaqlaşsa da, insanların yaddaşında, beyninin alt qatlarında – təhtəl-
şüurunda əski mədəniyyətdən çoxlu sayda simvollar yaşayır. Bu
simvollar
özlərini rəmzi-obrazlı formada təzahür etdirirlər ki, məhz bu təzahürləri
də K.Q.Yunq “arxetip” adlandırırdı. İnsanların ilkin təsəvvürləri – mi-
foloji dünyagörüşün element və ünsürləri sonrakı inkişafı mərhələlərində
başqa-başqa formalarda arxetiplər vasitəsilə təzahür olunur. Arxetiplər
insanın universal duyğu, düşüncə və davranış qəliblərini formalaşdırır.
“Qətl günü” romanında mifopoetik yaddaşın üzə çıxmasını səciyyələn-
dirən, mifoloji qatı ortaya çıxaran əlamət və motivlərin bir çoxu canavar
arxetipində cəmləşmişdir. Ümumiyyətlə, “Qətl günü” romanında mifo-
poetik qatın üzə çıxmasında, mətnin bədii ideyasının, əsas məzmununun
anlaşılmasında canavar arxetipinin xüsusi rolu var. Canavar/qurd arxeti-
pinin romandakı və romanaqədərki strukturunu aşkarlamaq üçün ən bö-
yük yardımçı, milli-genetik yaddaşın daşıdığı kodlar, informasiyalardır.
Yaddaş bu arxetipin var olduğu mifoloji-bədii mətnlərlə, əsatir, rəvayət,
əfsanələrlə zəngin olduğu, yazılı ədəbiyyatın canavar arxetip və motiv-
lərinə müraciət etdiyi digər mətnləri tanıya və sıralaya bildiyi təqdirdə,
oxunan mətnin sirlərini ortaya çıxarmaq, aşkarlamaq o qədər də çətin
olmur. Canavarla bağlı miflər şifahi və yazılı ədəbiyyatda simvol, arxetip,
motiv və s. şəkillərdə özünü göstərir. Cek London, Çingiz Aytmatov,
Farli Mouet, Alfredo Konde, Xoli Layl, Anna Li, Eliade Mirça, L.Vayzer,
O.Xyofler, Ş.Vikander, Q.Videnqren, X.Janmer, J.Dümezil və başqala-
rının əsərlərində canavar və canavarlıqla bağlı müxtəlifyönlü məsələlərə
rast gəlmək olar. Qərb və Şərq ədəbiyyatlarında canavarı simvol-arxetip
kimi izləyən və təhlil edən R.Qeybullayeva H.Hessenin “Yalquzaq”,
R.Kiplinqin “Mauqli”, Cek Londonun “Bəyaz diş”, Ç.Aytmatovun “Qiya-
mət”, Y.Səmədoğlunun “Qətl günü” və s. əsərlərə müraciət edir. Həmin
əsərlərdə arxetipin fərqli bədii təzahür şəkillərini Qərb və Şərq mədə-
niyyətinin oxşar və ziddiyyətli tərəflərinin müqayisəsindən doğan nəticə-