yollarını ölkədən kənarda axtaracaqlar. Son illər xar‐
icdə təhsillə bağlı proqramlara maraq birə‐beş artıb.
Mən, xaricdə təhsili Azərbaycan üçün müsbət
qiymətləndirirəm. Çünki xaricdə təhsil alıb ölkəyə
qayıdan tələbələr, orada, ölkələrində tətbiq edə
biləcəkləri bilik və təcrübələr qazanırlar. Hökümət,
2007 və 2015‐ci illər arasında magistratura və
bakalavr dərəcələri üzrə xaricdə təhsil almaq üçün
5 min azərbaycanlı tələbəni qismən və tam təqaüdlə
təmin etmək məqsədli Dövlət Təqaüd Proqramı va‐
sitəsilə həyata keçirilən xarici təhsilin faydalarını
qəbul edir. Bu, daha bacarıqlı işçilərin təlimi va‐
sitəsilə ölkənin kapital axınını artıra bilmək üçün çox
möhtəşəm bir təşəbbüsdür. Eyni zamanda, Azərbay‐
can oxşar ölkədaxili imkanlar yaradan və xaricdə təh‐
sil alıb qayıdan tələbələrin ideya və təkliflərini əhatə
edə biləcək bir təhsil sistemi qurmağa çalışmalıdır.
Yerli və xarici təhsil arasında paralel inkişaf olmadan
xaricdə təhsil alan elit təbəqə ilə sıravi tələbələr
arasında gördüyüm uçurum artmaqda davam
edəcək.
Әgər təhsil sistemi çərçivəsində bir şey edəcək ol‐
saydım, bu, tələbələrin kritik düşünən gənclər kimi
yetişdirilməsi üçün lazımi mühitin yaradılmasını ‐
inkişaf prosesini dəstəkləməyim olardı. Hazırda yerli
təhsilin məhdud imkanlarından kənarda bu mühiti
xaricdə təhsil təklif edir. Hazırki vəzifəmdə mən bir
çox azərbaycanlı gənclərə özlərini qiymətləndirməyə
və yeni bir ölkəni, təhsil sistemini, vətəndaş cəmiyyə‐
tini kəşf edərkən tənqidi düşünmə bacarıqları qazan‐
malarına kömək edirəm.
Mən, öz vətənlərinə qayıdıb məqsədyönlü bir
cəmiyyətdə və professional işlə təmasda olan
tələbələrdə bir sıra müsbət dəyişikliklər görürəm.
Mən, həmçinin düşünürəm ki, eyni özünüdərk pros‐
esinə sərhədləri keçmədən də şərait yaradıla bilər.
Xaricdə təhsil tələbənin dünyagörüşünü artıra bilər,
lakin bu yerli qüvvənin dəyərini əvəz etməməlidir.
Mən düşünürəm ki, “Kimlərə ki, çox verilib, on‐
lardan da çox gözlənilir” aforizmi daha uğurlu yer‐
lərdə olanların bunun əvəzini cəmiyyətə qaytarması
deməkdir. Düşünürəm ki, insanlar bu aforizmlə
yaşasalar, bura ilk gəldiyim vaxt mənim iradəmi
sındıran bir sıra paradoksları asanlaşardı. Ona görə
də, dəyişikliklər etmək üçün irəliləyən insanlar, təhsil
sistemi düzəltmək və dialoq qurmaq üçün, bir‐birinə
dəstək olmaq məqsədilə şəbəkələr yaratmalıdır. Xar‐
icdə əzəmətli təhsil imkanları olan məzunlar böyük
dəyişikliklər etmək üçün bir‐biriləri ilə əlaqəli şəkildə
fəaliyyət göstərməlidirlər. İşimdə gənc qruplardan
müəllimlərə, könüllülərə, biznesmenlərə kimi bir sıra
insanların bu cür əməkdaşlıq etdiyini görürəm. Mən,
təhsil sistemini bəlaya salan paradoksların mənfi
təsirini qəbul edən və təcili dəyişikliklərin labüd
olduğunu bildirən böyük bir kütləni görürəm. Belə‐
liklə, bu səbəb və gələcəyi vəd edən göstəricilərlə əsl
inkişafa mane olan ziddiyyətləri azalda biləcək
imkanları yalnız xəyalımda canlandıra bilərəm.
Azərbaycandakı təhsili daim düşünərək, mən bir
fakta qayıdıram‐Azərbaycanda möhtəşəm işlər görən
möhtəşəm insanlar var. Müzakirəmi korlayan
paradoksları aradan qaldırmaq üçün mən, öz təhsil
sistemi daxilində dəyişikliklərə məğrur vasitəçilər
olan o möhtəşəm insanlardan çox görmək istərdim.
İstərdim ki, Talış dağlarındakı kənddən olan bir gənc
qızın məktəbəqədər təhsil sistemindən universitetə
kimi gedəcəyi aydın bir yolu ölkədə hər bir insan
görə bilsin. Elə bir yol ki, orada, o gənc qızın
valideynləri onun lazımi sinifdə oxuması və ya lazım
olan qiymətləri alması, həm ailəsinə, həm də ölkəsinə
dəstək olacaq karyerası üçün lazım olan bilik və
bacarıqları verəcək universitet təhsili üçün rüşvət
verməyə məcbur olmasın. Mən, inkişaf üçün lazım
olan imkanlarla tələbə arzularını tarazlaşdırmaq
üçün deyilənlərlə görülənlər arasındakı paradoksu
yox etmək istəyirəm. Mənim buradakı təcrübəm,
həyatım və işimi paylaşdığım insanlar, paradokslar‐
dan da yüksəkdə bu sistemdəki tələbələrin uğur
qazanmaları üçün potensialın olduğuna ümid verib.
Mən bunun mümkün olduğuna inanıram. Bəs sən?
Rüblük Jurnal
35
20 il bundan əvvəl mən, Amerikanın kasıb mək‐
təblərinin birində orta məktəbdə ibtidai sinif müəllimi
kimi işə başladım
2
. Həmin dövrdə dərsliklər hələ pay‐
lanılmamışdı, sinif otaqlarında isə materiallar çatışmırdı.
Mən gündə altı saat 30 nəfərdən ibarət 12 yaşlı mək‐
təblilərə dərs keçirdim. Azərbaycanda tez‐tez eşitdiyim
“Nə edək?” sualını mən də özümə verirdim . Bizim
kağız, qələm və dərs dediyim sahələr üzrə bilikilərimdən
başqa heç nəyimiz yox idi.
Xoşbəxtlikdən, mən dərs zamanı praktiki
məşğələlərin aparılması üzrə yaxşı təlim proqramı
keçmişdim. Mən həmin ildə dərs dediyim tələbələrə tə‐
dris edəcəyim fənlərin gündəlik həyatla
əlaqələndirilməsi üçün vaxtilə işlədiyim müəllimlərin
metodologiyasına xüsusilə əsaslanırdım. Xoşbəxtlikdən
tədris ilindən qısa bir müddət öncə müəllimlərin inkişafı
üzrə həftəlik elmi seminarda iştirak etmişdim. Orada
təcrübəli müəllimlər bizə, öz sevimli dərs vahidləri və
strategiyaları üzrə məlumat verirdilər. Həmin seminar
ərzində mən özüm kimi digər gənc, həmçinin orta yaşlı
və təqaüdə çıxmaq üzrə olan daha yaşlı müəllimlərlə
görüşüb, onlardan zəngin təcrübə, maraqlı hadisələr və
sonralar mənə yardımçı ola biləcək bir sıra məsələlər
öyrəndim. Әn əsası odur ki, bizim bu proqramda işti‐
rakımız dövlət təhsil sistemi tərəfindən təklif olunmuş‐
dur və nəticədə məvaciblərimizin artırılmasına kömək
edəcəkdi və həm də nəticədə “peşəkar inkişaf krediti”
əldə etdik.
Hazırda mən universitetdə müəllim işləyirəm. Ancaq
indi də həmin tədrisdə inkişaf və əməkdaşlıq prosesi o
zaman olduğu kimi mənim işimə dəstək olur. ABŞ‐da
çalışdığım universitetdə mən vaxtaşırı yazı
bacarıqlarının tədrisi üzrə elmi konfranslarda iştirak
edirəm. Hər il iştirak etdiyim konfranslarda xüsusi yeri
müxtəlif fənn və tələbə qrupları üçün yeni tədris strate‐
giyalarına həsr olunmuş sessiyalar tutur. Әfsuslar olsun
www.aaa.org.az
36
AZӘRBAYCANDA PEDAQOJİ
HEYӘTİN TӘKMİLLӘŞDİRİLMӘSİ:
ÇӘTİNLİKLӘR VӘ İMKANLAR
1
AZӘRBAYCANDA PEDAQOJİ HEYӘTİN TӘKMİLLӘŞDİRİLMӘSİ: ÇӘTİNLİKLӘR VӘ İMKANLAR