69
Güclü kollarda ən yaxşı halda qışlayan gözcüyün əsas tumurcuğunda 10-12 və daha
çox buğum və yarpaq başlanğıcı olur. Çiçək qrupu başlanğıcı olan tumurcuq məhsulu,
çiçək qrupu yox, ancaq bığcıq olan tumurcuq məhsulsuz hesab edilir.
Üzüm tumurcuğunda üç cür məhsuldarlığı fərqləndirmək lazımdır: potensial,
embrional və faktiki. Tingdən çıxan hər bir tumurcuq təbiəti etibarı ilə generativ ola
bilər. Çiçək başlanğıcı olan tumurcuqlar birlikdə embrional məhsuldarlıq adlanır.
Faktiki məhsuldar zoğlar faktiki məhsuldarlıq deməkdir.
Potensial məhsuldarlıq tumurcuğun formalaşdığı şəraitdən aslıdır. Hər bir
tumurcuğun məhsuldar zoğa çevrilməsi üçün aşağıdakılar lazımdır:
1) tumurcuq yuxarı meristemin stadiyaca məhsul verməyə hazır hüceyrələrindən
əmələ gəlmiş olsun;
2) yaşıl zoğda tumurcuqların formalaşdığı vaxtda və onların şişdiyi vaxtda qida
maddələrinin axını və mühit şəraiti yaxşı olsun;
3) tumurcuqda embrional zoğun böyüməsi ləngimiş olsun;
Üçüncü bəndlə bağlı bizim dildə belə bir məsələ vardır: tumurcuqların şişməsi və
açılması mərhələsində yaz gecikdikdə üzüm məhsuldar olur.
A.M.Neqrula görə tumurcuğun formalaşmasında bəzi kritik dövrlər olur, bitkidə
dəyişkənlik baş verdikdə tumurcuq məhsuldar və yaxud qeyri məhsuldar olur. Daxili və
xarici şəraitdən asılı olaraq yeri dəyişmiş boy nöqtəsi çiçək qrupu və yaxud bığcıq
əmələ gətirə bilər. Üzüm bitkisində bu birinci kritik dövrdür. Sonrakı dövrləri çiçək
qruplarının oxluğu, onlardakı qönçələrin miqdarı, ikinci və üçüncü çiçək qupunun əmələ
gəlməsi təyin edir.
Tumurcuqda çiçək qruplarının formalaşması mərhələləri müxtəlif sortlarda və
müxtəlif rayonlarda eyni vaxta düşmür. Tumurcuqda embrional çiçək qrupunun
başlanğıcı mayın axırlarına düşürsə uzun vegetasiya müddətli Orta Asiya sortlarında
iyul ayının axırlarına təsadüf edir. Orta Asiya üzümlərinin tumurcuğunda ilk çiçək
qrupunun əmələ əlməsinin ləngiməsi ikinci və üçüncü çiçək qruplarının əmələ gəlməsini
ləngidir. Avropa sortlarında əksinə, ilk çiçək qrupunun əmələ gəlməsinin tezliyi sonrakı
çiçək qruplarınında əmələ gəlməsini tezləşdirir və bu sortların bar əmsalının artmasını
təmin edir.
Qışlayan gözcüklərin və tumurcuqda çiçək qruplarının formalaşması və
diferensasiyası xarici şəraitdən asılıdır. Belə ki, yazda torpağın kifayət qədər nəmliyi
kolun yaxşı qidalanmasını təmin edir və qışlayan gözcükdə çiçək qrupunun
diferensasiyasını surətləndirir. Bir çox müəlliflərin məlumatına görə may ayında orta
aylıq temperatur 16,5 və 17° C, iyunda 20-24°C temperatur çiçək qruplarının
formalaşması üçün kifayət edir.
Ədəbiyyatda (L.V.Kolesnik) belə bir fikir vardır ki, tez yetişən sortlarda ilk çiçək
qrupu tez görünür. Belə nəticə çıxarmaq olur ki, onlarda tumurcuqlarda tez açır.
Müəlliflərin fikrində reallıq vardır, ancaq sortların hamısına aid etmək düzgün olmazdı.
Məsələn, Respublikamızın şəraitində gec yetişən Bayanşirə və İzabella sortlarında
tumurcuqlar tez açır. Əgər tumurcuqlar tez açırsa, deməli ilk çiçək qrupu da tez görünür.
70-ə qədər sortdan ibarət genefondda quru bağlamanı qabağa salmağa həmişə cəhd
göstərmişik. Gec yetişən sortlarda çiçək qruplar gec diferensiallaşır.
L.Kolesnikin fikrinə görə payıza qədər çiçək qrupları əmələ gəlməyibsə qış - payız
mövsümündə əmələ gələ bilər və diferensiallaşa bilər.
70
Barlı tumurcuğun diferensiallaşması yarpaq töküləndən sonra da davam edir, bu
proses əlverişli şəraitdə qışda və ilk yazda da davam edə bilər. Qışlayan gözcükdə
embrional çiçək qrupu başlanğıcı bütün vegetasiya boyu bitkinin qida maddələri ilə
təmin olunmasından çox asılıdır. Embrional çiçək qrupu zoğ boyu 20-25–ci və daha
artıq buğumda qoyula bilər (L. Kolesnik). Bizim təcrübələrdə 53-cü buğumda çiçək
qrupu müşahidə edilmişdir. Bundan başqa sulu zoğların məhsuldarlığının öyrənilməsi
üzrə apardığımız təcrübələrdə Şamaxı Mərəndisi, Mədrəsə, Təbrizi, Bayanşirə və s.
sortlarında 35–40–cı gözcüklərdə çiçək qrupu görünmüşdür. Zoğun uzunu boyu meyvə
tumurcuqlarında çiçək qrupunun ölçüsü, miqdarı sortdan, ilin şəraitindən, tədbiq olunan
aqrotexnikadan, eləcə də bizim əlavə etdiyimiz kimi kolun yaşından və enerjisindən
asılıdır.
Zoğun uzunu boyu tumurcuqların diferensasiyası və barlılıq dərəcəsi eyni deyildir.
Zoğun əsasında ilk tumurcuqlar az diferensasiya etmiş olur. Diferensasiya etmişlərdə isə
zoğ başlanğıcı zəif olur. Ən yaxşı diferensasiya etmiş tumurcuqlar salxıma yaxın
buğumlarda və bir qədər yuxarılarda baş verir. Bu tumurcuqlardan əmələ gəlmiş zoğlar
daha barlı və məhsuldar olur.
K.Stoyevin məlumatına görə tumurcuqda çiçək qruplarının formalaşması Avstraliya
və Cənubi Afrikada oktyabrın ortasında başlayır dekabrın axırında başa çatır. Bu proses
Fransada iyunun ortalarında başlayır avqustun ortalarında başa çatır. İtaliayada mayın
16 -18-də başlayır.
Orta Asiya şəraitində çiçək başlanğıclarının əsası mayın ikinci yarısında başlayır və
çiçəklənmə vaxtına düşür. Zoğların böyüməsi erkən başa çatan sortlarda: Qara Pino,
Rkasiteli və Saperavidə birinci çiçək qrupunun formalaşması təqribən bir ay çəkir.
Gürcüstandan A. Menaqaraşvili bildirir ki, maksimal çiçək qrupları çiçəkləmə
vaxtında əmələ gəlir.
Bir çox sortlarda əvəzedici tumurcuqlarda da çiçək qrupu başlanğıcları olur. Bu
məsələ üzrə tədqiqatlar azdır. Plakidanın tədqiqatlarına görə mərkəzi tumurcuğun
qoparılması ümumilikdə gözcüyün məhsuldarlığına təsir göstərməmişdir. Əvəzedici
tumurcuqlar ən çox Orta Asiya sortlarında məhsulsuz olur. Bayanşirə, Rkasiteli, Pino
qrupunda və çoxsaylı avropa sortlarında (cavan kollarda) əksərən barlı olur. Bizim
təcrübələrdə (Bayanşirə sortu) elə gözcük olmuşdur ki, oradan çıxan üç zoğda yeddi
salxım olmuşdur.
Yazda gözcüklərin şişən və açılan vaxtında keçən il əsası qoyulmuş çiçək qrupu
böyüməkdə davam edir və yenilərinin əsası qoyulur. Bu məqamda kolun qida rejimi
pozulduqda çiçək qrupunun inkişafı zəifləyir və yaxud qruyub düşür. Ting və yaşlı
tənək torpağa əkildikdə bu vəziyyət baş verir.
Zoğda çiçək qrupları bir qayda olaraq 7-8 -ci buğumlara qədər olur. Bu
buğumlardan yuxarıda vegetativ orqan kimi bığcıqlar əmələ gəlir.
Məlumdur ki, zoğda salxımın miqdarı çoxaldıqca birinci salxımın çəkisi artır. Bir
çox səbəblər kimi zoğda çiçək qrupunun artmasında əsas olaraq bitkinin qida maddələri
ilə təmin olunması qəbul edilir.
Üzüm bitkisində tumurcuqdan kənar olaraq çiçək qrupları əmələ gəlir. Bu fakta n
çox müəllifi olduğumuz Nail sortunda rast gəlinir. Əgər başqa sortlarda (çox az
hallarda) zoğun təpə tumurcuğunda bir salxım olursa Nail sortunda iki salxım olur.
Fikrimizcə bu ən yaxşı seleksiya materialıdır, ancaq nöqsan cəhəti odur ki, bu zoğlar