98
onlar tənəyə artıq yük olmağa aşlayır. Zoğun orta hissəsindəki yarpaqların assımilyasiya
fəaliyyəti bu fazada maksimuma çatır, bunun nəticəsində fotosintez güclənir və
assimilyantlar çox toplanır.
Plastik maddələrin köklərə axımının artması ilə əlaqədar olaraq onlarda uducd
köklərin miqdarı çoxalır. Fazanın ortasında və axırlarında sortdan asılı olaraq yaşıl
zoğlarda yetişmə başlayır və qışa hazırlığın əsası qoyulur. Bu vaxt ştambda və çoxillik
hissələrdə əmələ gələn fellogen sonradan mantar qatı əmələ gətirir. Mantar qatı əmələ
gəldikdə qabıq hissələri əmələ gəlməyə başlayır.
Yuxarıda qeyd etdiyimiz kimi fazanın ortalarından etibarən zoğların böyüməsi
zəifləyir. Bu səbəbdən də onların ucu az əyilir, elə bil ki, qarmaq düzəlmək üzrədir,
yarpaqlar kiçilir, buğumaraları qısalır. Qışlayan gözcüyün həcmi böyüyür. Bu vaxt
onlarda embrional çiçək qruplarının böyüməsi intensivləşir. Çiçək qruplarının
formalaşmasının müvəffəqiyyətli olması üçün hələ fazanın əvvəlində zoğların
böyüməsi, yarpaq səthinin böyüməsi və assimilyasiya fəaliyyətinin güclənməsi üçün
kollara əlverişli şərait yaradılmalıdır. Formanın axırlarında zoğun uzunu boyu qışlayan
gözcüklərdə çiçək qrupları artıq əmələ gəlmiş olur.
Zoğun yetişməsinə xarici şəraitin də böyük təsiri vardır. Digər əlverişli amillərlə
yanaşı temperatur şəraitinin optimallığı və intensiv ( fotoperiodizm) işılanma da zoğun
yetişməsinə təsir göstərir. Zoğun yetişməsinə optimal nəmlik və normal qida şəraitinin
əhəmiyyətli dərəcədə təsiri vardır. Mineral kübrələr verildikdə daha yaxşı nəticələr
alınır. Bu fazada kalium kübrəsi zoğun və gilənin yetişməsini sürətləndirir. Azot kübrəsi
isə bu prosesi ləngidir. Bir qayda olaraq yumurtalıqların və giləciklərin bir qismi
böyüməkdən dayanır, belə gilələr sarımtıl yaşıl rəng alır və 3-4 mm-ə çatdıqda onlar
tökülür. Bu hal salxımda gilənin az və yaxud çox olmasını müəyyən edir. Onların çox
və yaxud az olması salxımın sıx və seyrəkliyinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Dörduncü fazanın əvəllində əmələ gəlmiş gilələr ölçü etibarı ilə artır və xlorofilin
artmasına görə tünd-yaşıl rəng alır. Bu fazada xlorofil tədriclə zülali maddələr və taninlə
toxumalardan ətrafa toplanır. Adətən yumurtacıqların və gilələrin bir hissəsi demək olar
ki, böyüməkdən qalır. Yuxarıda deyildiyi kimi belə gilələr tökülür.
Çiçəklərin və gilələrin tökülməsi aşağıdakı kimi sistemləsdirilmişdir: Metreoloji
səbəb, patoloji səbəb, üzvi səbəb və fizioloji səbəb.
Meteoroloji səbəb çiçəkləmə vaxtı temperatur optimaldan aşağı düşdükdə, yağış və
dolu yağdıqda, quru isti küləklər əsdikdə əsasən çiçəklər, müəyyən miqdarda da gilələr
tökülür. Bunların bir qisminin mənfi təsirini azaltmağın yolları mövcuddur.
Məsələn temperaturun kəskin aşağı düşmısini tüstü əmələ gətirməklə, küləyin
təsirini meşə zolağı salmaqla azaltmaq mümkündür. Ancaq yağış və dolununu qarşısını
almaq mümkün deyildir.
Patoloji səbəb- Məlum xəstəliklərdən hər biri çiçəyi və giləni tökə bilib. Çiçəkləmə
vaxtı hava şəraitinin əlıverişsizliyindən və xəstəliklərə qarşı, xüsusilə mildiu xəstəliyinə
qarşı mübarizənin aparılmamasından çiçəklə və gilələr tökülür. Xəstəliklərə qarşı
aqrotexniki və kimyəvi mübarizə üculları mövcuddur. ən yaxşı nəticə profilaktiki
mübarizədə alınır.
Üzvi səbəb- Üzüm bitkisində müxtəlif tipli çiçəklər olur. Erkək tipli çiçəklərdə
dişicik olmadığından onların hamısı tökülür. Dişi tipli çiçəklərin erkəkcikləri sterildir.
Onlar mayalanma prosesində iştirak etmir. Kənar tozcuq olmadıqda onlar mayalanmır
99
və tökülür.
Fizioloji səbəb- Üzüm bitkisində vegetativ və generativ orqanlar arasında asılılığın
pozulan halları olur. Bu hal aradan qaldırıldıqda çiçəklər az tökülür. Kol çox güclü
olduqda və onun yükü az olduqda, kol zəif olduqda və yaxud normal güclü olduqda,
kolda yük gücünə uyğun olmadıqda çiçəklər və mayalanmış yumurtalıqlar tökülür.
Çiçək və gilənin tökülmə səbəblərini təhlil edərək belə nəticəyə gəlmək olur ki,
meteoroloji səbəbdən başqa digər səbəblərin qarşısını almaq mümkündür.
Dördüncü fazada gilələr böyüdükcə onların səthindəki ağızcıqların miqdarı azalır.
Gilələr 4-5 mm-ə çatdıqda bütün ağızcıqlar deformasiya edir.
Bu vaxt ağızcıqlar ancaq gilə saplağında qalır. Bu baxımdan formalaşmış gilələrin
mildiu xəstəliyinə tutulma ehtimalı azalır. Gilələrdə ağızcıqlar deformasiyaya
uğradıqdan sonra onlarda fotosintez zəifləyir. Fazanın sonunda gilədə xlorofil və
nişastanın miqdarı xeyli azalır, şəkər isə çoxalmağa başlayır. Fazanın ortalarında gilədə
böyümə maksimum həddə çatır, sonra da böyümənin sutkalıq artımı müşahidə edilir,
fazanın sonunda isə dayanır. Gilələrin həcminin artması üçün temperaturdan başqa
rütubətin də rolu vardır. Fazanın sonuna yaxın gilədə suyun miqdarı artmağa başlayır.
Gilələr özünün böyüməsinə və tənəffüsünə sərf olunan üzvi maddələrin beşdə biri
qədər karbon assimilyasiya edir. Gilədə ağızcıqların deformasiyası ilə əlaqədar olaraq
karbon azalır. Bununla da gilə böyüdükcə artan nişasta indi azalmağa başlayır. Fazanın
sonunda gilədə xlorofil və nişastanın miqdarı cüzi həddə enir. Fazanın sonunda gilədə
taninin də miqdarı xeyli azalır.
Fazanın əvvəlində 1 kq üzümdə şəkərin miqdarı 5-6 qram olursa, sonuna yaxın 10-
15 qrama çatır. Gilə böyüdükcə onda şəkərin miqdarı artaraq 30-40 qrama şatır ( 1 kq-
da). Fazanın ikinci yarısında şəkər artımı dəyişməz qalır və bu vəziyyət fazanın sonuna
qədər davam edir.
Dördüncü fazada aqrotexnika üçün aşağıdakı bioloji mərhələlər qeyd edilməlidir:
faza başladıqdan 40-45 gün sonra gilədə ağızcıqların itməsi və xəstəliyin ancaq
yastıqcıqdan keçməsi ehtimalı mildiu xəstəliyinə qarşı mübarizə üsulu və vaxtını
müəyyən edir. Gilələrin qabığının və toxumalarının incəliyi xəstəliklərə qarşı
mübarizəni çox diqqətli aparmağı tələb edir;
zoğların böyüməsi və bununla əlaqədar olaraq böyük yarpaq kütləsinin inkişafı
faza dövründə assimilyatların normal toplanmasını, zoğların yetişməsini, gilələrin
sürətli böyüməsini təmin edən aqrotexniki tədbirlər görülməsini tələb edir.
tumurcuqlarda çiçək qrupunun əsası qoyulduğu vaxtda kolda zoğun qidalanması
və böyüməsi, eləcə də gilələrin böyüməsini təmin etmək məqsədi ilə müvafiq
aqrotexniki tədbirlər vaxtında və düzgün yerinə yetirilməlidir.
Mülayim isti iqlim şəraitində dördüncü faza 1,5- 2 ay davam edir. Fazaların
içərisində ikinci və dördüncü fazalar ən uzun müddətlidir. Ancaq üzüm sortlarından və
hava şəraitindən asılı olaraq dördüncü faza kəskin fərqlidir. Ayrı-ayrı sortların tələb
etdiyi fəal temperaturun miqdarı da fərqlidir.
Bir-birindən kəskin fərqlənən iki sortun timsalında bu məsələni belə izah edərdik:
Son illərdə (2005) Respublikamıza Fransadan gətirilmiş Prima sortu ilə yerli Bayanşirə
sortu təqribən eyni vaxtda çiçəklədiklərinə baxmayaraq onların tam yetişməsi arasında
böyük fərq vardır. Respublikanın Qərb bölgəsi şəraitində Prima sortu texniki (yeyilmə)
yetişkənliyə iyunun ikinci dekadasında, tam yetişməyə iyulun birinci dekadasında,