100
Bayanşirə sortu isə texniki yetişkənliyə sentyabrın ikinci dekadasında, tam yetişkənliyə
isə oktyabrın birinci dekadasında çatır.
fazanın axırına yaxın gilənin üstündə mum təbəqəsi artır. Gilədə mum
təbəqəsinin rolu məlumdur.
Dördüncü faza ərzində gilədə turşuların da miqdarı dəyişir. Əvvəlcə 1
kq üzümdə 20-30 qr turşrlar olur. Fazanın ortalarında 30-40 qr- a çatır və
fazanın sonuna qədər dəyişməz qalır.
Dördüncü fazada üzümlükdə torpaq becərilməsi, suvarma, yaşıl əməliyyat,
xəstəlik və zərərvericilərə qarşı mübarizə işləri davam etdirilir və başa çatdırılır.
Beşinci fazada gilələrdə yetişmənin ilkin əlamətləri görünməyə bağlayır. Ağ və
digər rəngə malik gilənin ot rəngi itir. Gilələr elastikləşir, ağ gilələrdə yaşıl rəngi
sarımtıl rəng əvəz edir, qara gilələrdə rəngli hissəciklər əmələ gəlir.
Beşinci fazanın başlanması kompleks şıraitdən asılıdır. Optimal temperaturda və
normal qidalanma şıraitində faza tez başlayır. Yüksək nəmlik və aşağı temperaturda
faza ləngiyir.
Istər təsərrüfat, istərsə də eksperiment xarakterli üzümlükdə mövcud kolun 50%-də
və hər salxımda göstərilən əlamətlər müşahidə edildikdə fazanın başlanğıcı kimi qəbul
olunur.
Fazanın başlanğıcı hər şeydən əvvəl sortdan asılıdır. Bundan başqa gilələrin
yetişməyə başlaması temperaturdan,işsqlamna şəraitindən, nəmlik və kolun qida ilə
təmin olunma dərəcəsindən də asılıdır. Tumurcuqlarda formalaşma başa çatır.
Yarpaqlarda üzvi maddələrin hazırlanması intensivləşir ki, bunların çoxu gilənin
yetişməsinə, az qismi zoğların yetişməsinə, cüzi hissəsi isə cavan yarpaqların
formalaşmasına sərf olunur. Gilənin böyüməsi əsasən ona daxil olan su və şəkərə görə
hüceyrələrin dartılması hesabına gedir.Böyümə xüsusilə üzümlük suvarıldıqda, dəmyə
şəraitində isə yağışdan sonra nəzərə çarpır.
Beşinci fazada üzüm bitkisində aşağıdakı fizioloji və morfoloji dəyişkənliklər baş
verir: zoğlarda böyümə yavaşıyır və dayanır. Böyümə yavaşıdıqda zoğun ucundakı
qarmaq forması tədricən açılır, böyümə dayandıqda isə qarmaq düzəlir. Zoğlarda
oduncaqlaşma daha sürətlə gedir. Müşahidələrlə müəyyən olunmuşdur ki, əsasından
başlayaraq zoğun 5-7 ci buğumaraları yavaş və bərabər ölçüdə, sonrakı 8-10-cu
buğumaraları isə tezliklə (2-3 günə) yetişir. Zoğlar yetişdikcə rəngi qonurlaşır. Qonur
rəng zoğun əsasından ucuna doğru irəliləyir. Zoğların yetişməsi getdikcə sürətlənir.
Fazanın sonunda zoğlarda, yarpaqlarda və bığciqlarda da böyümə dayanır.
Bu fazad kolda yarpaq səthi maksimuma çatır, eyni zamanda assimilyasiyanın
məhsuldarlığı da artır. Yarpaqlarda sintez olunan məhsulların bir qismi ehtiyat halında
toplanır, zoğların oduncaqlaşmasına, böyümə və gilədə şəkər toplanmasına sərf olunur.
Bu vaxt gilənin saplağında da oduncaqlaşma gedir. Giləyə şoxlu miqdarda
karbohidratlar daxil olur və əsasən daraqda nişasta formasında toplanır. Nişastanın
miqdarı nə qədər çox olarsa, bir o qədər də gilədə şəkər çox toplanar. Böyümə müddəti
uzandıqda gilə saplağı yoğunlaşır.
Gilədə şəkərlərin miqdarı sürətlə çoxalır, qlükoza və fruktozanın nisbəti dəyişir.
Fazanın bağlanğıcında fruktoza çox az olur. sonralar qlükozaya nisbətən onun artımı
nəzərə çarpacaq dərəcədə artır. Bu baxımdan fazanın sonunda gilədə onların miqdarı
bir-birinə yaxınlaşır. Yetişmiş gilədə bir qədər də saxaroza şəkəri olur.
101
Fazanın əvvəlində turşuluq, eyni zamanda dabbaq maddələrinin də miqdarı azalır.
Rəngverici maddələr lətin şirəsindən qabığa keçir. Ancaq bəzi sortlarda rəngverici
maddə həm şirədə, həm də qabıqda olur ( Saperavi, Rojulan, Alikant