109
müşahidə
məntəqəsi
ba
şlangıc
son
ba
şlangıc
son
ba
şlangıc
son
ba
şlanğıc
son
Elmi istehsalat üzümlüklərinin hər bir sort və variantında fazaların başlanğıc
və sonu haqqında ilkin məlumatlar (rəqəmlər) tarla jurnalında qeyd edilməlidir.
Qeydlərin götürülməsi prof. M.A.Lazarevskinin məlum metodikasına
əsaslanmalıdır.
Şirə hərəkətinin, tumurcuqların açılmağa və çiçkləməyə başlamasını
müşahidə etmək üçün kollara günaşırı baxış keçirilməlidir. Gilənin yetişməyə
başlamasının və tam yetişməsinin, eləcə də yarpaqların tökülməsinin başıanğıcı
beş gündən bir müşahidə edilməlidir. Bu məsələlər bəzən çətinlik törətdikdə altı
fazanın yalnız başlanğıcı qeyd edilə bilər.
Hər hansı fazanın başlanğıcını qeyd etmək üçün həmin sortdan və yaxud
variantdan olan tənəklərin 5%-də müvafiq əlamətlər müşahidə edilməlidir.
Məsələn gözcüklərin açılmasının başlanğıcını qeyd etmək üçün 100 tənəkdən 5-
də gözcüklər açılmış olmalıdır. Həmin fazanın kütləvi gedişində 50 tənəkdə
gözcüklər açılmış olmalıdır.
Vegetasiyanın hər bir fazasında ən vacib bioloji mərhələlər qeyd edilir.
Bunlar həmin fazaya uyğun aqrotexnikanın yerinə yetirilməsində vacib şərt kimi
qiymətləndirilir. Məsələn, birinci fazada şirə hərəkətinin başlanğıc və kütləvi
keçməsinin qeydiyyatından başqa, tənəyin orqanlarının nə vaxt elastiki olması
qeyd edilməlidir ki, həmin vaxt quru bağlama aparmaq mümkün olsun.
Gözcüklərin şişməsi və zoğların böyüməyə başlaması tənəyin şaxtaya ən
davamsız vaxtı hesab edilir. Bu vaxt yaz şaxtaları gözlənilən yerlərdə mübarizə
işinin təşkili tələb olunur.
Müşahidə vaxtı cavan zoğlarda çiçək qruplarının görünməsi tənəkdə barlı və
barsız zoğların nizamlanması vaxtını xəbər verir. Qabığın oduncaqdan ayrılması
həlqələmənin və göz calağının vaxtını göstərir. Yaşıl zoğların növbəti məftillərə
çatması yaşıl bağlamaların vaxtını göstərir.
Yaşıl zoğlarda böyümə dinamikası ( hər 5-10 gündən bir zoğun uzunluğnun
ölçülməsi) fenoloji müşahidələrə daxildir.
Fenoloji müşahidələr aparılarkən xəstəlik və zərərvericilərin üzə cıxması
vaxtı, bu və ya digər sahədə onların inkişafı qeyd edilməlidir. Bunlar gələcəkdə
xəstəlik və zərərvericilərlə mübarizə işlərini müvəffəqiyyətlə təşkil etməyə imkan
verir.
110
Fenoloji
müşahidələrin
orta
çoxillik
məlumatlarının
təsərrüfatda
dəqiqləşdirilmiş aqrotexniki planların tutlmasında əhəmiyyəti vardır.
Iqlimin öyrənilməsi üzrə əldə olunan çoxillik məlumatlar əsasında fenoloji
xəritələr tərtib olunur. Xəritədə orta fenotarixləri olan yerlər (məntəqələr)
göstərilir. Bəzən xəritədə həmin yerlər düz xətlə birləşdirilir və bu izofen adlanır.
Hər vegetasiya dövrünün sonunda fenoloji müşahidələrin yekunu təhlil
olunur. Hər fazanın davametmə müddəti və bütövlükdə vegetasiya müddəti
hesablanır. Vegetasiya müddəti gözcüklərin açılmağa başlamasından gilələrin
tam yetişməsinə qədər olan günləri əhatə edir.
Fenoloji müşahidələrin çoxillik uçot işlərinin təhlili vegetasiya fazalarının
keçməsində bəzi qanunauyğunluqların üzə çıxarılmasını təmin edir. Məs. yaz
gecikdikdə və havalar tez isindikdə birinci fazaya kütləvi keçid olur. Bu halda
birinci fazaya keçid müxtəlif sortlar arasında fərqi azaldır. Yaz erkən gəldikdə və
temperatur tədriclə qalxdıqda birinci fazaya keçid müxtəlif sortlar arasında fərqi
artırır. Tumurcuqların açılmağa başlaması və bu fazaya kütləvi keçiddən digər
fazalar da asılıdır. Müxtəlif sortlarda gözcüklərin açılmasının başlanğıcında 15-
20 günə qədər fərq olur, ən böyük fərq beşinci fazada özünü göstərir.
111
Üzüm bitkisi becərilməsinin ekoloji Ģəraiti.
Üzüm bitkisi xarici mühit amillərinin bilavasitə təsiri altında bitir və məhsul
verir. Onun ayrı-ayrı mühit amillərinə reaksiyası, eləcə də, mühit amillərinin ayrı-
ayrı elementlərinin üzüm bitkisinə təsiri öyrənilmədən onun elmli idarə olunması
mümkün deyildir.
Üzümlüyün özünün keyfiyyətini təyin edən təbii amillərə iqlimi, torpağı və
üzümlüyün yerləşdiyi yer daxil edilir. Üzüm bitkisinin yerləşdiyi yer dedikdə
onun bitdiyi torpaq və torpağın özündə və üzərindəki mikroiqlim nəzərdə tutulur.
Mikroiqlim və torpaq məhsulun miqdar və keyfiyyətinə,eləcə də üzümdən alınan
şərabın keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir.Mikroiqlim birinci
növbədə məhsuldarlığa və şirənin tərkibinə təsir göstərir. Torpaq və mikroiqlim
əlaqəli şəkildə şərabın istiqamətini və çoxcəhətli xarakterini müəyyən edir.
Mikroiqlim və torpaqdan ibarət olan yerləşmə yeri sortların seçilməsini,
kolların formalaşdırılmasını və torpağa qulluğun üsullarını müəyyən edir.
Üzüm bitkisinin ekologiyasının (ekos - xarici , lokos - elm deməkdir)
öyrənilməsinin
aqrotexniki
tədbirlərin
səmərəli
tədbiqində,
sortların
rayonlaşdırılması məsələlərinin düzgün həllində və yeni sort yaradılması məqsədi
ilə aparılan seleksiya işlərində böyük əhəmiyyəti vardır.
Yabanı halda üzüm bitkisi meşə şəraitində mülayim iqlim zonasında bitir. Bu
şərait onun inkişafında (filogenez inkişaf dedikdə üzüm bitkisinin ilk dəfə əmələ
gəldiyi vaxtdan bəri olan dövrü əhatə edir) əsas morfoloji əlamətlərini və fizioloji
xüsusiyyətlərini meydana çıxarır. Ancaq mədəni üzümün müasir arealında ayrı-
ayrı rayonların təbii iqlim şəraiti üzüm bitkisinin tələbatına uyğun gəlmir.Belə
uyğunsuzluq olan yerlərdə aqrotexniki tədbirlərlə mühit şəraitini üzüm bitkisinin
tələb etdiyi səviyyəyə çatdırırlar. Qışda üzüm bitkisinin torpağa basdırılması,
quraq olan yerlərdə üzümlüyün suvarılması, şimalda üzüm bitkisinin istixanada
becərilməsi və.s.
Üzüm bitkisinin müvəffəqiyyətli becərilməsi xarici mühitin iki qrup amilləri
ilə müəyyən edilir; 1. İqlim və torpağın elementlərinin daxil olduğu mühit şəraiti
– havanın temperaturu, günəşin işıqlandırması, yağıntılar, eləcə də torpağın fiziki
və kimyəvi xüsusiyyətləri. 2. Üzüm bitkisinə və torpağa təsir edən sistemlər –
torpağın becərilmə sistemi, kübrələrin verilməsi, bitkilərə verilən qida sahəsi,
calaqaltı, kəsmə və formalaşdırma və.s. İkinci qrup amillər üzüm bitkisinin iqlim
şəraiti və bioloji xüsusiyyətləri ilə əlaqədardır.
Bundan başqa, üzüm bitkisinin mühit şəraitinə, mühit şəraitinin üzüm
bitkisinin quruluşuna və fizioloji funksiyasına təsir edən kompleks amillərə
baxarkən əsas ekoloji amillərin onun böyüməsinə, inkişafına və məhsuldarlığına,
məhsulun keyfiyyət və kəmiyyətinə təsirini qiymətləndirərkən belə nəticəyə