Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə21/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   17   18   19   20   21   22   23   24   ...   110

sürür, onun ruhunun başqa bədənə, yaxud hansısa bir heyvana
keçməsi karmasından asılıdır və həyatın son qayəsi Allaha qovuş-
maqdır. Bu dini-mənəvi dəyərə görə etiqadlarında daha möhkəm olan
əməlisaleh siqhlər “Xalis”, “Saf” məqamına yetişirlər. Onlara görə,
çox az adam Xalis zirvəsinə yüksələ bilirlər.
Günümüzdə siqhzm Hindistanda sərbəst müstəqil din kimi
fəaliyyətdədir. Hindistanda hazırda siqhizmə, onun ideyalarına qulluq
edən 14 milyon insan var və onun mərkəzi Pəncabdır. Malayziya,
Sinqapur, Ficidə yaşayan pəncablı hindlilərin bir qismi siqhizmə eti-
qad edir. İngiltərədə, Kanadada və ABŞ-da siqh icmaları yaşamaq-
dadırlar.
5 .   L A M A İ Z M     N Ə D İ R
5 .   L A M A İ Z M     N Ə D İ R
Buddizmin hinayana və mahayana qollarından əlavə VI-XV
əsrlərdə onun digər qolu – Lamaizm təşəkkül tapmışdır. Özündən
əvvəlki qollarından fərqli olaraq Lamaizmin ayrıca bir din kimi
göstərilməsi onun Tibet türk bölgəsində yaranması ilə əlaqəlidir.
Belə ki, Tibetdə və Monqolustanda yarandığı üçün Lamaizmi bud-
dizmin Tibet-monqol forması adlandırmaq da olar.
Yazılanlara əsaslanaraq Lamaizmin yaranması ilə buddizm ta-
mamlanmış hesab edildi. Bu günədək Lamaizmin başçısı Tibet dalay-
lamasina pərəstiş təkcə Lamaistlər üçün deyil, həm də hinayana və
mahayana buddaçıları üçün bir növ buddizmin simvolu olmuşdur.
Tibetdə Lamaizmdən əvvəl animizm xarakterli bolnvə ya
bon-po dini yayılmışdı. Bu səbəbdən Lamaizm buddizmin əsasında
yaransa da, yerli din sayılan bon-ponun bir çox təsirlərini, xüsusilə
bon tanrıları ilə əlaqəli təsəvvürləri qoruyub saxlamışlar. Yazılanlara
görə, Tibet hökmdarı Strontzan Hambo (629-649) Nepal və Çin
hökmdarlarının qızlarına evlənmişdi.
Şahzadə xanımlar özləri ilə buddizmin müqəddəs kitablarını da
buraya  gətirmişlər. Bunun sayəsində hökmdar da, onun hər iki xa-
nımı da ilahiləşdirilmiş və pərəstiş obyektinə çevrilmişlər.
66
Əxlaqa aparan yol


Tədricən buddizm Tibetdə mövqelərini itirsə də, yeni islahatlar-
dan sonra bərpa oluna bilmişdir.
Tibetdə hinduizm və buddizm üçün səciyyəvi olan tantrizm –
sehr, yoqa və ezoterik təcrübə istiqaməti daha çox inkişaf tapmışdır.
Qeyd edilməlidir ki, burada Şamanizm elementləri də müşahidə olun-
muşdur. Sonralar Şərqi Tibetdən olan və yaxşı təhsil görmüş Tzon-
hava (1357-1419) bölgədə bir neçə buddist məbədi tikdirir və onun
şöhrəti çoxalır. O, dində bir sıra islahatlar aparır ki, bunun da
nəticəsində təşəkkül tapan yönüm Lamaizm adlanır. Onun yeni təlimi
gelukpa – fəzilət adını alır. Odur ki, bu ad hazırda da Lamaizm anla-
yışını ifadə etmək üçün işlədilir və rahibin – yəni Lamanın nüfuzu
artır. Onlara görə Lamanın köməyi olmadan adi insanın nicat  tapması
müşkül məsələdir. Bəllidir ki, Lamaizm öz adını Tibet sözü olan və
təlimin tərəfdarı, rahib mənasını verən “Lama”dan alır. Baş Lamaya
isə Dalay-Lama deyirlər, yəni “Hikmət dənizi Lama”. Termin XV
əsrdə yaranmışdır və Tibetdə Lamaizm icması başçısının adını
özündə vurğulayır.
Lama bu və ya digər  buddanın, buddizmin qəhrəmanlarının və
nüfuzlu xadimlərinin təsəllisi – yeni simada doğuluşu sayıldığından
müqəddəsləşdirilir, ona pərəstiş edilir. Deyildiyi kimi, Lamaizm
nəzəriyyəsini Tzonhava yaratmışdır. Sonralar buddizmin əsas ehkam-
ları Tibet dilinə tərcümə olunaraq 108 cildlik Hansur toplusuna daxil
edilmişdir.
Lamaizmin buddizmə gətirdiyi yenilik əsasən burada nirvana ide-
yası arxa plana keçirilmişdir. Başlıca ideya insanın cənnətdə yenidən
uğurla doğulmağa nail olmasıdır. Onlara görə, cənnət və cəhənnəm
müvəqqəti yerlərdir və yenidən doğulmalar davam edəcəkdir. Əsas
odur ki, yenidən yaxşı insan kimi doğulasan ki, müəllim Lama səni
nicat yolu ilə apara bilsin.
Lamaizmdə tanrılar iyerarxiyası da özünəməxsusdur. Belə ki, bu
iyerarxiyanın başında Budda – Hautama deyil, ilkin substansiya adi
buddanın doğurduğu Amitaba durur. O, isə Qərb cənnətinin sahibi,
Buddanın davamçısıdır, Kainatın indiki mövcudluğunun yaradıcısı
67
Ziyadxan NƏBİBƏYLİ


və həm də onun hamisidir.
Lamaizmin əxlaq prinsipləri müdriklik yoluna – yəni pracnaya
düşüb cahilliyi – yəni – avidyanı aradan qaldırmaqla öz karmasını
yaxşılaşdırmaqdır. Bu isə öz növbəsində onun cənnətdə, tanrıların və
müqəddəslərin yanında yenidən doğulmasına imkan versin.
Lamaizmin əxlaq yollarından biri də zahidlik yoluna düşüb
yenidən doğulmaqdan yaxa qurtarmaq, sansara hüdudlarından kənara
çıxmaq da olar. Lakin bu hamıya nəsib olmur. Bunun üçün tərki-
dünya həyat tərzi keçirmək, dünya ləzzətlərindən əl çəkmək, özünü
durmadan kamilləşdirmə yolu tutmalısan. Lamaizmin əxlaq sistemi-
nin əsasında on “qara qəbahət” və on “ağ fəzilət” ideyası durur.
Lamaist qara qəbahətdən əl çəkməli, ağ fəzilətə əməl etməlidir.
“Qara qəbahət”ə üç bədən günahı – adam öldürmək, oğurluq
etmək, zinakarlıq etmək, dörd söz günahı – yalan danışmaq, böhtan
atmaq, qeybət etmək, lovğalanmaq və üç fikir günahı – həsəd apar-
maq, kin bəsləmək, küfr etmək aiddir. Lamaizmdə insanı ağır günah-
lara görə cəza – cəhənnəmdə yenidən doğulmaqdır. Orta səviyyəli
günahlara görə bədheybət heyvan şəklində yenidən doğulmadır. Yün-
gül günahlara görə isə xəstə, şikəst insan şəklində, yaxud Lamaizm
diyarından kənarda yenidən doğulmadır.
Deyilənlərin əksinə olaraq, “Ağ fəzilət”lər savab gətirən
fəzilətlərdir. Buraya başqsının həyatını qorumaq (məsələn, erməni
gavurları ilə döyüşmək), əliaçıqlıq, bakirəlik (azərbaycanlılarda ol-
duğu kimi), həlimlik, doğruçuluq, sülhpərvərlik, itaətkarlıq,
mərhəmətlilik, canıyananlıq, həqiqi biliyə səy göstərmək kimi
xüsusiyyətlər insanı müqəddəslik yoluna, əxlaq yoluna aparır. Lama-
ist, həm də hikmət yoluna çıxmaq üçün vacib olan  altı vasitəyə  (pa-
ramita) də malik olmalıdır. Bunlar – sədəqə, əhd-peyman, səbr,
çalışqanlıq, zöhd və hikmət vasitələrini təşkil edir.
Günümüzdə Lamaizm Tibet və Monqolustanın dini-mənəvi
həyatında mühümdür. Hazırda Tibet Lamaizmi bir çox cəhətdən dün-
yanın əksər buddistləri üçün mərkəz sayıla bilər. Xatırladaq ki, kal-
mık və buryat türkləri arasında lamaizm Tibet və Monqolustandan
68
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə