Q a y d a L a r I



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə17/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   13   14   15   16   17   18   19   20   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

 
 
1.9.4. Civə ilə əlaqəli işlər 
1.9.4.1. Civə ilə işləyərkən aşağıda göstərilən tələblərdən 
əlavə [220]–də verilmiş göstərişlərə riayət olunmalıdır. 
1.9.4.2. Civənin qızdırılması, yuyulması, distillə edilməsi 
ilə əlaqəli işlərdə, onun açıq səthlərinin mövcud olduğu halda 
və civənin dağılması ehtimal olunan cihazlardan istifadə 
edildikdə bu işlər digər otaqlardan təcrid olunmuş ayrıca 
otaqlarda aparılmalıdır. 
1.9.4.3. Civə içəri səthi minalanmış polad germetik 
balonlarda saxlanılmalı və daşınmalıdır. Çox az miqdarda olan 
civəni rezin balonlarda saxlamağa və nəql etməyə icazə verilir. 
1.9.4.4. Civə ilə işləyən cihazlara baxış keçirmək, onları 
təmir etmək üçün nəzərdə tutulan otaqlarda civə kip tıxaclı, 
qalın divarlı şüşə tutumlarda və ya rezin kolbalarda qliserin 
altında 1 litrdən çox olmayan həcmdə saxlanılmalıdır. 
1.9.4.5. Civə ilə dolu tutumlar dəstəyi olan xüsusi metal 
qablarda (futlyarlarda) daşınmalıdır. 
1.9.4.6. Civə ilə iş görülən otaqların havası ayda bir 
dəfədən az olmayaraq onun buxarlarının mövcudluğuna 
yoxlanılmalıdır. Otaqda civə buxarlarının yüksək qatılığı aşkar 
vk.com/club152685050 | vk.com/id446425943


43 
olunduqda (0,01mq/m
3
çox olduqda) sanitariya təmizləmə 
işləri və əlavə olaraq hava mühitinin analizi aparılmalıdır. 
1.9.4.7. Civə ilə iş görülən otaqlarda aşağıdakı şərtlərə 
riayət olunmalıdır: 
a) divarlar sementlə malalanmalı və yağlı boya ilə rəng-
lənməlidir; 
b) döşəmə və bütün divar boyu döşəmədən 100 mm 
yuxarı sahə qara plastik kütlədən hazırlanmış (viniplast) 
təbəqə ilə örtülərək bərkidilməlidir; 
c) döşəmə civəni yığmaq üçün nəzərdə tutulan çalaya 
(tutucuya) doğru maili quraşdırılmalıdır; 
ç) divar və tavanın küncləri hamar olaraq dəyirmiləşdiril-
məlidir. 
1.9.4.8. Işçi mebelin quruluşu sadə, səthləri hamar 
olmalı, nitroemal və ya nitrolaklarla rənglənməli, döşəmədən 
hündürlüyü azı 20 sm olan ayaqlar üzərində yerləşdirilməlidir. 
1.9.4.9. Stol və sorucu şkafların kənarlarında hündür 
bortlar və civənin axması üçün dəliklər olmalıdır. Dəliyin 
altında onun kənarlarına kip bağlanmış içərisi və çölü 
şpaklyovkalanmış və rənglənmiş civənin axması üçün tərtibat 
olmalı, onun da altında qalın divarlı tutum üçün (civənin 
yığılması üçün) yer nəzərdə tutulmalıdır. Tutumun içərisində 
daima su olmalıdır. Tərtibat suya dalmış vəziyyətdə olmalıdır. 
Civənin axması üçün nəzərdə tutulan dəliyi kauçuk 
tıxacla qapayırlar. Hər gün yığılmış civə tutumdan 
boşaldılmalıdır. 
1.9.4.10. Içərisində civə olan aparatların kranının civənin 
təzyiqi altında sıçrayıb düşməsini istisna edən xüsusi 
bərkidilmə sistemi olmalıdır. Kauçuk borucuqların aparatlara 
birləşən yerləri etibarlı surətdə bərkidilməlidir. 
1.9.4.11. Otaqlar sanitariya vəziyyətindən asılı olaraq, 
dövri surətdə, ayda bir dəfədən az olmayaraq yığışdırılmalıdır 
(təmizlənməlidir). Bu vaxt divar, döşəmə və aparatların səthi 
vk.com/club152685050 | vk.com/id446425943


44 
sabunlu su ilə yuyulmalı və kalium-permanqanatın 0,1% məh-
luluna qatı xlorid turşusu (1 litr məhlula 5 ml HCl) əlavə 
etməklə silinməlidir. 
1.9.4.12. Hər gün işə başlamazdan əvvəl və iş 
qurtardıqdan sonra otağın havası dəyişdirilməli, nəm süpürgə 
ilə təmizlənməli və nəm əsgi ilə stol, mebellər silinməlidir. 
1.9.4.13. Çirkli civəni içərisində su olan bankaya töküb 
ağzını kauçuk tıxacla bağlamaq lazımdır. Civəni kanalizasiyaya 
tökmək qadağandır. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə