Q a y d a L a r I


D. 1.25. Heyətin daşınması və təxliyəsi



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə39/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   35   36   37   38   39   40   41   42   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

 
D. 1.25. Heyətin daşınması və təxliyəsi 
1.25.1. Heyətin daşınması 
1.25.1.1. Heyətin (işçilərin) DNQT-yə daşınması vertol-
yotlar, sərnişin gəmiləri və avtomobil nəqliyyatı ilə [293]–ə 
uyğun yerinə yetirilir. 
1.25.1.2. Əgər DNQT-də (ÜQQ, DDÖ) uçuş-enmə vertol-
yot meydançası nəzərdə tutulmuşdursa, onda onun 
avadanlıqları [279] tələblərinə uyğun olmalıdır.
1.25.1.3. Heyətin DNQT-dən (ÜQQ, DDÖ, EYM) vertol-
yotla və ya sərnişin gəmisi ilə yola salınması müəssisənin, 
ÜQQ-nin (DDÖ) rəisi tərəfindən təsdiq edilmiş siyahı üzrə və 
cavabdeh şəxsin nəzarəti altında aparılmalıdır. 
 
 
Heyətin vertolyotla daşınması 
vk.com/club152685050 | vk.com/id446425943


105 
1.25.1.4. Işçilərin xüsusi olaraq sərnişinlərin daşınması 
üçün təchiz olunmuş vertolyotlarda daşınmasına icazə verilir. 
Daşınan sərnişinlərin sayı oturacaq yerlərinin sayından artıq 
olmamalıdır. 
1.25.1.5. Sərnişinlər vertolyotda olan xilasetmə vasitələri 
və onlardan istifadə qaydaları haqqında qabaqcadan 
məlumatlandırılmalı, habelə qəza çıxışları və onlardan istifadə 
qaydaları ilə tanış edilməlidirlər. 
1.25.1.6. Uçuş meydançasında mühərrik işə salınan 
andan enmə məntəqəsində (pərlər) tam dayanana qədər 
uçuşda iştirak edən şəxslər vertolyotun komandirinə tabe 
olmalı və onun bütün göstərişlərini qeyd-şərtsiz yerinə 
yetirməlidirlər. 
1.25.1.7. Uçuş vaxtı sərnişinlər təhlükəsizlik kəmərlərini 
bağlamalıdırlar. 
Uçuş vaxtı siqaret çəkmək, yerindən durmaq, giriş 
qapısını bağlayan mexanizmlərə yaxınlaşmaq, əl vurmaq və ya 
onu açmaq qadağandır. 
1.25.1.8. Vertolyotun bortunda sərnişinlərlə birlikdə partla-
yış-yanğın təhlükəli və zəhərli maddələrin daşınması qadağandır. 
1.25.1.9. DNQT-də (ÜQQ, DDÖ) radiomayak olduqda, o, 
vertolyotun DNQT-yə (ÜQQ, DDÖ) bütün uçuş müddətində, 
oradan geriyə qayıdan zaman isə sahilə qədər olan uçuş müd-
dətinin yarısına qədər vaxtını, qoşulmuş vəziyyətdə qalmalıdır. 
1.25.1.10. Vertolyotların uçuşuna DNQT-dən (ÜQQ, 
DDÖ) radionəzarət aparılmalıdır (o cümlədən fəlakət radiotez-
liklərində). 
1.25.1.11. DNQT-nin (ÜQQ, DDÖ) rəisi vertolyotun enib-
qalxma meydançasının və onun avadanlıqlarının vəziyyətinə 
cavabdehdir. 
1.25.1.12. Vertolyot meydançasının kənar əşyalarla, ver-
tolyotun mühərrik və pərlərinin fırlanma zonasına düşə biləcək 
vk.com/club152685050 | vk.com/id446425943


106 
əşyalarla qalaqlanması qadağandır. Meydançanın səthi buz və 
qardan vaxtlı-vaxtında təmizlənməlidir. 
1.25.1.13. Vertolyotun meydançaya enməsi (qalxması) 
yalnız ÜQQ (DDÖ) rəisinin və ya vertolyot meydançasının dis-
petçerinin icazəsi ilə aparılmalıdır. 
1.25.1.14. 
Vertolyot 
meydançasında 
olan 
yanğınsöndürmə vasitələri daima saz vəziyyətdə olmalıdır. 
1.25.1.15. Vertolyotun ÜQQ-yə (DDÖ) enməsi (qalxması) 
dövründə enməyə (qalxmağa) mane olan, kranların köməyi ilə 
görülən işlər qadağandır. Kranın qolu (oxu) vertolyot meydan-
çasından kənara döndərilməlidir. 
1.25.1.16. Vertolyotun enməsi və qalxması zamanı 
adamların vertolyot meydançasında olması qadağandır.
1.25.1.17. Fırtına olacağı xəbərdarlığı alındıqda ÜQQ-də 
(DDÖ, EYM) olan vertolyot xüsusi qurğuların köməyi ilə enmə 
meydançasına bərkidilməlidir. 
1.25.1.18. Adamların vertolyotdan düşməsi vertolyot ko-
mandirinin və vertolyot meydançasının dispetçerinin 
icazəsindən sonra həyata keçirilməli, minməsi isə – vertolyot 
heyətinin müşahidəsi altında aparılmalıdır. 
1.25.1.19. Uçuş müddəti ərzində vertolyotla daşınan 
adamlar xilasetmə jeletlərində olmalıdırlar. 
1.25.1.20. Alkoqollu içki içmiş və narkotik vəziyyətdə 
olan işçilərin vertolyotla daşınması qadağandır. 
1.25.1.21. Adamların vertolyotla daşınmasına yalnız 
sutkanın gündüz vaxtı icazə verilir. Müstəsna hallarda 
xilasetmə işləri aparılarkən, xəsarət alanlara və ya 
xəstələnənlərə tibbi yardım göstərilərkən və həmçinin 
qəzaların ləğvi, açıq neft və qaz fontanları və yanğın zamanı 
adamların DDÖ-dən (ÜQQ) sutkanın qaranlıq vaxtı vertolyotla 
çıxarılmasına (təxliyəsinə, daşınmasına) icazə verilir. Belə 
hallarda vertolyot meydançası lazımınca işıqlandırılmalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


107 
Heyətin gəmilərlə daşınması 
1.25.1.22. Nasaz yanalma qurğusu və enmə meydançası 
olan DNQT-yə (ÜQQ, DDÖ, EYM) gəmilərin yan alması qada-
ğandır. 
1.25.1.23. Işçiləri DNQT-yə daşıyan gəmiyə yalnız icazə 
verilən sayda adamlar qəbul edilməli və gəmi tələb olunan 
sayda xilasetmə vasitələri ilə (jilet, xilasetmə dairəsi və s.) 
təmin olunmalıdır. 
1.25.1.24. Yedəyəalma işləri aparılarkən yedək 
gəmisində adamların daşınması qadağandır. 
1.25.1.25. Sərnişin daşıyan gəmilərin anbarlarında və 
göyərtəsində neft məhsullarının (benzin, leqroin, neft), turşu 
və qələvilərin, karbidin, oksigen, propan və asetilen 
doldurulmuş balonların və digər partlayıcı və od təhlükəli 
yüklərin daşınması qadağandır. 
1.25.1.26. Sərnişinləri atmosfer çöküntülərindən (qar, 
yağış), küləkdən və ilin isti vaxtı günəş şüalarından qorumaq 
üçün gəmilərin göyərtəsi müvafiq tələblərə uyğun təchiz 
olunmalıdır. 
1.25.1.27. Dənizin dalğalanması 3 baldan, küləyin gücü 
5 baldan (9 m/san) çox olduqda, gəmidən (katerdən) 
adamların DNQT-nin minib-düşmə meydançasına minib-
düşməsi qadağandır. Adamların minib-düşməsi gəmi 
kapitanının göstərişi (komandası) ilə həyata keçirilməlidir. 
1.25.1.28. Sutkanın qaranlıq vaxtı adamların minib-
düşmə meydançasının işıqlandırılması [211]–ə uyğun 
olmalıdır. 
1.25.1.29. 
Yükləmə-boşaltma 
işlərinin 
adamların 
minməsi və düşməsi ilə eyni zamanda aparılması qadağandır. 
1.25.1.30. Adamların gəmidən DNQT-yə düşürülməsi və 
oradan gəmiyə mindirilməsi yalnız bu məqsəd üçün nəzərdə 
tutulmuş qurğunun köməyi ilə yerinə yetirilməlidir. 
vk.com/club152685050 | vk.com/id446425943


108 
1.25.1.31. Xidməti heyətin minməsi, düşməsi və bir mi-
nikdən digərinə keçirilməsi əməliyyatı bilavasitə gəminin müdi-
riyyəti və ÜQQ (DDÖ) rəisinin müşahidəsi altında (onun 
cavabdehliyi ilə) həyata keçirilməlidir. 
1.25.1.32. Gəmiyə minmə və ondan düşmə zamanı DNQT-
nin minib-düşmə meydançasında adamların toplanması 
qadağandır. 
1.25.1.33. Gəmi DNQT-yə yan aldıqda yanalma kəndirlə-
rinin uclarını xüsusilə bu işlər üçün xidməti heyətdən ayrılmış 
və öyrədilmiş (təlim keçmiş) şəxslər qəbul etməli və 
bərkitməlidir. Gəmi yan aldıqda yanalma körpüsündə yalnız 
yanalma (bərkitmə) kəndirinin ucunu qəbul edən şəxs 
olmalıdır. 
1.25.1.34. Xidməti heyətin sərnişin gəmilərindən DNQT-
yə düşməsi və gəmiyə minməsi taxta körpü və ya bortarxası 
trapla həyata keçirilməlidir. 
1.25.1.35. Bortarxası trap gəmi bortuna kip sıxılmalı, 
onun yuxarı ucu isə möhkəm (etibarlı) bağlanmalıdır. 
1.25.1.36. Bütün növ bortarxası traplar və taxta körpülər 
hər iki tərəfdən hündürlüyü 1 m-dən az olmayan dirəklərə 
bəndlənmiş kəndir və ya məhəccərlə çəpərlənməlidir. 
1.25.1.37. Taxta körpüləri 45
0
-dən artıq bucaq altında 
qoymaq qadağandır. Taxta körpülər gəminin bortuna möhkəm 
bağlanmalıdır. 
1.25.1.38. Gəmi DNQT-yə yan alarkən onun minib-
düşmə meydançası ilə gəminin göyərtəsi arasında hündürlük 
fərqi 0,2 m-dən çox olarsa, onlar arasında eninə tamasaları 
(plankaları) olan və hər iki tərəfə etibarlı bərkidilmiş taxta 
körpü quraşdırılmalıdır. 
1.25.1.39. Gəminin və DNQT-nin minib-düşmə yeri (və 
ya ona yaxın yer) uzunluğu 30 m-dən az olmayaraq və ya 
yerləşdiyi yerdən dənizin ən aşağı (minimal) səviyyəsinə qədər 
olan məsafənin iki mislindən az olmayan uzunluqlu iplərə 
vk.com/club152685050 | vk.com/id446425943


109 
bağlanmış xilasetmə dairələri və işıq siqnalı (buy) olan 
dairələrlə təchiz olunmalıdır. 
1.25.1.40. Adamların gəmidən DNQT-yə və əksinə təhlü-
kəsiz minib-düşməsini təmin etmək üçün trap və ya taxta 
körpünün yanında nəzarətçilər olmalıdır. 
1.25.1.41. Adamların gəmidən DNQT-yə və əksinə 
minib-düşməsi xüsusi nənnilərin vasitəsilə yerinə yetirilə bilər 
və belə nənnilər suda batmayan olmalı və onların 
amartizatorları olmalıdır. 
1.25.1.42. Nənni, üzərində adamların buraxıla bilən sayı, 
yükqaldırma həddi, sınağın və növbəti sınağın tarixləri qeyd 
olunmuş lövhəciklə təchiz olunmalıdır. 
Burazların hesablanması (seçilməsi) və çıx-daş (otbra-
kovka) edilməsi [7]-ə uyğun yerinə yetirilməlidir. 
1.25.1.43. Xüsusi nənnilər hər il hesablanmış yükdən iki 
dəfə artıq statik yüklənməyə və işçi yüklənmədən 10% artıq 
yük verməklə (yüklə qaldırıb-endirməni bərabər aparmaqla) 
dinamik yüklənməyə sınanmalıdır. 
Sınaqlar DDÖ-nün (ÜQQ) rəisi tərəfindən təyin edilmiş 
komissiya tərəfindən aparılmalıdır. 
Sınaqların nəticələri qeydlər (uçot) və yoxlamalar (baxış) 
jurnalında qeyd olunmalıdır. 
1.25.1.44. Hər dəfə xüsusi nənniləri istifadə etməzdən 
əvvəl nənninin möhkəmliyi, burazın (trosun) vəziyyəti və s. 
hissələri diqqətlə yoxlanılmalıdır. Nənnilər üç ayda bir dəfə 
ÜQQ-nin (DDÖ) rəisi tərəfindən təyin edilmiş cavabdeh şəxs 
tərəfindən yoxlanılmalıdır. Yoxlamanın nəticəsi qeydlər və 
yoxlamalar jurnalına qeyd edilir. 
1.25.1.45. Sutkanın qaranlıq vaxtı adamların xüsusi nən-
nilər vasitəsilə DDÖ-dən (ÜQQ) gəmiyə və əksinə köçürülməsi 
zamanı gəminin və DDÖ-nün (ÜQQ) nənni quraşdırıldığı yerin 
işıqlandırılması [211]–ə uyğun olmalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


110 
1.25.1.46. Adamlar nənni vasitəsilə gəmidən DDÖ-yə 
(ÜQQ) köçürülərkən (boşaldılarkən) nənnini gəminin qalxıb-
enmə amplitudasından çox olan hündürlüyə qaldıraraq onu 
gəminin göyərtəsindən kənara dənizə tərəf hərəkət etdirməli 
və sonra DDÖ-yə (ÜQQ) qaldırmaq lazımdır. 
1.25.1.47. Adamlar nənni vasitəsilə DDÖ-dən (ÜQQ) gə-
miyə köçürülərkən nənnini DDÖ-dən (ÜQQ) dəniz üzərinə 
hərəkət etdirməli, sonra nənni gəminin dalğalanma 
nəticəsində maksimal hündürlüyə qalxdığı həddən bir qədər 
hündürə çatdıqda, onu, kranın oxunu (qolunu) döndərməklə 
gəminin göyərtəsi üzərində saxlamalı və daha sonra 
sonuncunun üzərinə endirmək lazımdır. 
1.25.1.48. Nənni, minik yerinə ona bağlanmış ip 
vasitəsilə istiqamətləndirilməlidir. 
1.25.1.49. Minmə-düşmə əməliyyatları zamanı yüklərin 
yüklənib-boşaldılması və maye yanacağın qəbulu qadağandır. 
1.25.1.50. Adamların daşınmasının təşkilinə, onların gə-
midən (gəmiyə) minib-düşməsinə gəminin müdiriyyəti və 
həmçinin, daşınan vaxtanın (briqadanın) rəhbərləri məsuliyyət 
daşıyırlar. 
1.25.1.51. Gəmidə olan (daşınan) şəxslərə qadağandır: 
a) göyərtədə yanalma (şvartovıye) əməliyyatı və 
yükləmə-boşaltma işləri aparılan yerlərdə olmaq; 
b) gəminin yanalması tam başa çatmayana və gəmi ka-
pitanının icazəsi olmayana qədər gəmidən düşmək; 
c) minib-düşmə zamanı gəminin bortu üstündən atılmaq; 
ç) yanğın-partlayış təhlükəli yükləri daşımaq. 
D. Heyətin avtomobil nəqliyyatı ilə daşınması 
1.25.1.52. Estakadada heyətin daşınması bu məqsəd 
üçün təyin olunmuş avtomobillər vasitəsilə həyata 
keçirilməlidir. 
vk.com/club152685050 | vk.com/id446425943


111 
1.25.1.53. Estakadada işçiləri daşıyan avtomobilin 
hərəkət sürəti götürmə qabiliyyəti məhdud olan (köhnə) 
sahələrdə 15km/saata, yeni tikilmiş, yaxud əsaslı təmir 
olunmuş sahələrdə isə 20-25 km/saata qədər ola bilər. 
1.25.1.54. Işçiləri daşıyan nəqliyyat vasitələrinin maşın 
və mexanizmləri yedəyə alması qadağandır. 
1.25.1.55. Avtomobillər hərəkət edən sahələr (yollar, es-
takadayanı meydançalar) əşyalarla qalaqlanmamalıdır. 
1.25.1.56. Istismar zamanı estakadanın döşəməsində 
əmələ gələn yarıqlar (çalalar) dərhal tutulmalı, buna qədər isə 
çəpərlənməlidir. 
1.25.1.57. Estakadada adamları daşıyan nəqliyyat 
vasitələri ilə digər nəqliyyat vasitələri və ya xüsusi texnika 
qarşı-qarşıya gəldikdə, yol adamları daşıyan nəqliyyat 
vasitələrinə verilir. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə