112
müəyyən edilir. Təxliyə, tutulmuş qeydiyyata uyğun aparılmalı-
dır.
1.25.2.5. Kollektiv xilasetmə vasitələri
ilə təxliyə xüsusi
komanda (siqnal) üzrə həyata keçirilir.
Heyətin təxliyəsi barədə komandanı DDÖ-nün (ÜQQ)
rəisi və ya əmrlə təyin edilmiş onu əvəz edən şəxs verməlidir.
Həmin şəxs növbə çəkən gəmilərə və vertolyotlara məlumat
verir, lazım gələrsə, beynəlxalq fəlakət siqnalı verir.
1.25.2.6. Ştormtraplar (ip nərdivanlar) DDÖ-nün (ÜQQ)
hər bir tərəfində kolletiv xilasetmə vasitələri quraşdırılmış
yerlərdə yerləşdirilməlidir. Ştormtrapın uzunluğu onun aşağı
məhəccər sütununun suya toxunmasını təmin etməlidir.
1.25.2.7. Ştormtraplardan yalnız qəza hallarında
istifadə
edilməlidir. Ştormtrapların yoxlanılması müvafiq təlimata
uyğun aparılmalıdır.
1.25.2.8. DDÖ (ÜQQ) heyəti ilə mütəmadi olaraq, ayda 1
dəfədən
az olmayaraq, hər vaxtada fərdi və kollektiv
xilasetmə vasitələrindən düzgün istifadə edilməsi üzrə məşqlər
keçirilməlidir.
1.25.2.9. Hər bir xilasetmə qayığına DDÖ-nün (ÜQQ) rəi-
sinin əmri ilə qayıq komandiri və onun müavini təhkim edilməli
və onların müvafiq vəsiqələri olmalıdır.
Hər bir xilasetmə
salına (plot) onun endirilməsinə görə məsuliyyət daşıyan şəxs
təhkim edilir.
1.25.2.10. DDÖ-nün (ÜQQ) rəisi (onun müavini və ya
əmrlə təyin edilmiş digər məsul şəxs),
radist və xilasetmə
qrupu obyektdə heç bir kəsin qalmadığına əmin olduqdan
sonra, axırıncı olaraq təxliyə olunurlar.
Dostları ilə paylaş: