Q a y d a L a r I



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə36/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   32   33   34   35   36   37   38   39   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

 
 
D. 1.21. Yükləmə-boşaltma işləri və yüklərin nəqli 
 
vk.com/club152685050 | vk.com/id446425943


95 
1.21.1. Yükləmə-boşaltma işlərinə və yüklərin nəqlinə 
dəniz şəraitində bu işlərin üsul və qaydalarını mükəmməl bilən 
şəxslər buraxılır. 
1.21.2. Metal konstruksiyaların (bloklar, iri seksiyalar, 
fermalar və s.) gəmilərə yüklənməsi və onlardan boşaldılması 
müvafiq yükqaldırma qabiliyyətinə malik kranlar vasitəsilə 
yerinə yetirilməlidir. Bu zaman həm gəmi, həm də DNQT-nin 
(DDÖ, ÜQQ) yükqaldırıcı kranlarından istifadə oluna bilər. 
1.21.3. Iri ölçülü avadanlıqların (borular, qazma avadan-
lığı, fontan armaturası və s.) kirjimlərə, kran gəmilərinə, DDÖ-
yə (ÜQQ) və estakadayanı meydançalara yüklənib-
boşaldılmasına küləyin gücü 4 baldan (7 m/san), dənizin 
dalğalanması isə 2 baldan çox olduqda icazə verilmir. 
1.21.4. DNQT-də (DDÖ, ÜQQ) yüklərin yüklənib-boşaldıl-
ması ilə bağlı bütün ağır əmək tələb edən işlər mexanikləşdiril-
məlidir. 
1.21.5. Hər bir qazma və istismar quyusunun özülündə 
(əsasında) müvafiq yükgötürmə qabiliyyətinə malik dönən 
qaldırıcı kran olmalıdır. 
1.21.6. Bütün qaldırıcı qurğuların (kran, bucurqad, tal və 
s.) pasportu olmalıdır. Bu qurğuların yükgötürmə həddi göstə-
rilmiş lövhələri olmalı və onlar qurğunun gözəçarpan yerində 
quraşdırılmalıdır. 
1.21.7. Dəniz qurğularının metal konstruksiyaları dənizin 
dalğalanması zamanı yüklərin yerdəyişməsini istisna edən, gö-
yərtə boyu metal konstruksiyaları yığmaq və bərkitmək üçün 
müvafiq vasitələri olan xüsusi təchiz olunmuş gəmilərlə nəql 
olunmalıdır. 
1.21.8. Sementləyici və digər hərəkət edən aqreqatlar 
gəmi ilə nəql edildikdə təkərlərinin altına təsbitləyici altlıqlar 
(başmak) qoyulmaqla kəndirlə etibarlı bərkidilməlidir. 
1.21.9. Səpələnən yüklərin gəmilərlə nəqli və gəmilərdən 
DNQT-yə (DDÖ, ÜQQ, estakadayanı meydança) boşaldılması, 
vk.com/club152685050 | vk.com/id446425943


96 
boşaltma zamanı təhlükəsizliyi təmin edən xüsusi vasitələrlə 
təchiz olunmuş konteynerlərdə yerinə yetirilməlidir. 
Kran gəmisinin kabinəsi DNQT-nin yük boşaldılan mey-
dançasından aşağıda yerləşdikdə, konteynerləri boşaldarkən 
həmin meydançada, krançıya siqnal vermək üçün işçi (fəhlə) 
olmalıdır. Həmin işçi təhlükəsiz yerdə dayanmalı, krançını və 
konteynerin (yükün) boşaldılmasını görməlidir. 
1.21.10. Təhlükəli yüklər (yanan və partlayış təhlükəli 
maddələr, zəhərli və aşındırıcı maddələr və s.) saz və germetik 
bağlı tutumlarda (qablarda) daşınmalı və yüklənib-
boşaldılmalıdır. 
Belə təhlükəli yüklər bu məqsədlər üçün xüsusi olaraq 
təchiz olunmuş gəmilərlə daşınmalıdır. 
1.21.11. Estakadada daşınan yüklər, estakadanın keçid 
ölçülərindən (avtomobilin enindən) kənara çıxmamalıdır. 
1.21.12. Yuyucu məhlul DNQT-yə bağlı çənlərdə və ya 
məhlulötürücü borularla nəql edilməlidir. 
1.21.13. Estakadada yükdaşıyan avtomobillə işçiləri daşı-
yan avtomobil qarşılaşdıqda, yol (keçid) işçiləri daşıyan avto-
mobilə verilməlidir. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə