Q a y d a L a r I



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə33/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   29   30   31   32   33   34   35   36   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

 
 
1.17. Iş yerlərinin attestasiyası və obyektlərin 
sanitar-texniki pasportlaşdırılması 
 
1.17.1. Iş yerlərinin attestasiyası Azərbaycan Respublika-
sının Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq 
qərarına uyğun həyata keçirilməlidir. 
1.17.2. Əməyin mühafizəsi tədbirlərinin təmin olunması, 
istehsalat sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən 
etmək və yaxşılaşdırmaq, habelə əmək məhsuldarlığını və işin 
səmərəliliyini artırmaq, əməyin təşkilində ən mütərəqqi 
üsulların və o cümlədən təhlükəsizlik texnikası baxımından 
yeni texnika və texnologiyanın tətbiqi məqsədi ilə müəssisədə 
iş yerləri attestasiyadan keçirilməlidir. 
1.17.3. Hər bir müəssisənin rəhbərliyi vaxtlı-vaxtında iş 
yerlərinin attestasiyadan keçirilməsini təmin etməlidir. 
1.17.4. Iş yerlərinin attestasiyadan keçirilməsi üzrə 
komissiyanın tərkibi müəssisənin həmkarlar ittifaqı təşkilatının 
nümayəndələrindən, əməyin mühafizəsi xidmətləri və əməyin 
təşkili üzrə mütəxəssislərdən ibarət olmalıdır. 
1.17.5. Iş yerlərinin attestasiyadan keçirilməsi müddəti 5 
ildə bir dəfədən az olmayaraq, əməyin xarakterinin və 
şəraitinin dəyişməsindən asılı olaraq müəyyənləşdirilir. 
vk.com/club152685050 | vk.com/id446425943


90 
1.17.6. Iş yerlərinin attestasiyası zamanı hər bir iş yeri 
üzrə işçilərin müvafiq normalara uyğun fərdi mühafizə 
vasitələri ilə təmin edilməsi və onların səmərəliliyi də müəyyən 
edilməlidir. 
1.17.7. Müəssisənin attestasiya komissiyasının işinin nə-
ticələri əmək şəraiti üzrə iş yerlərinin attestasiya protokolu ilə 
rəsmiləşdirilir. 
1.17.8. Iş yerlərinin attestasiyasının nəticələri əsasında 
müəssisədə əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırıl-
ması üzrə tədbirlər planı işlənib hazırlanmalıdır. Plan bütün iş 
yerlərinin 
əməyin 
mühafizəsi 
üzrə 
tələblərə 
uyğunlaşdırılmasını nəzərdə tutmalıdır. 
1.17.9. Plan attestasiya komissiyasının sədri tərəfindən 
imzalanır və əmək mühafizəsi üzrə ümumi komitə ilə 
(komissiya ilə), müəssisənin Həmkarlar Ittifaqı Komitəsi və 
Rayon 
Gigiyena 
və 
Epidemiologiya 
mərkəzi 
ilə 
razılaşdırıldıqdan sonra müəssisənin rəhbərliyi tərəfindən 
təsdiqlənərək kollektiv müqaviləyə daxil edilir. 
1.17.10. Istehsalat obyektlərinin təkcə iş yerlərindən 
ibarət olmadığını (ərazilər, infrastruktura və s.) və iş yerlərinin 
attestasiyası zamanı yalnız iş yerlərinin əmək şəraitinin 
yoxlanıldığını nəzərə alaraq, müəssisələrdə obyektlərin 
sanitar-texniki pasportlaşdırılması da aparılmalıdır. 
1.17.11. Hər bir obyektin, sanitar-texniki pasportlaşdırıl-
masının nəticələrinə əsasən tərtib olunmuş «Sanitar-texniki 
pasport»u olmalıdır. 
1.17.12. Obyektin sanitar-texniki pasportlaşdırılması beş 
ildə bir dəfədən az olmayaraq aparılmalıdır. 
1.17.13. Sanitar-texniki pasportlaşdırılmanın aparılması 
zamanı əməyin təhlükəsizliyi standartlar sistemi, müvafiq 
sanitar normaları və digər aidiyyatlı normativ sənədlər rəhbər 
tutulmalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


91 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə