Q a y d a L a r I


 Səpələnən yüklərin yüklənməsi, boşaldılması



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə31/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   27   28   29   30   31   32   33   34   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

1.14.8. Səpələnən yüklərin yüklənməsi, boşaldılması 
və nəqli 
 
1.14.8.1. Səpələnən yükləri avtomobil banının (kuzovu-
nun) bortları səviyyəsinə qədər yükləmək olar. Lazım gələrsə, 
kuzovun bortlarının hündürlüyü etibarlı bərkidilməklə əlavə 
bortlar hesabına artırıla bilər. 
1.14.8.2. Qabsız səpələnən yüklər avtomobil banının 
bütün səthi boyu bərabər səviyyədə olmalıdır. 
1.14.8.3. Açıq banlarda tozqaldıran yükləri daşıyarkən 
tozun yayılmasının qarşısını almaq üçün belə yüklər brezentlə 
örtülməlidir. 
1.14.8.4. Isti halda yüklərin taxta banlı avtomobillərə 
yüklənməsi və daşınması qadağandır. 
1.14.8.5. Səpələnən yüklərin yüklənməsi ilə məşğul olan 
yükləyicilər mühafizə eynəklərindən və respiratorlardan 
istifadə etməli və avtomobilin yan tərəfində dayanmalıdırlar. 
1.14.8.6. Respiratordan istifadə edən fəhlələr vaxtaşırı 
respiratoru çıxarıb istirahət etməlidirlər. 
Respiratorun filtri növbə ərzində bir dəfədən az 
olmayaraq dəyişdirilməlidir. 
1.14.8.7. Daimi yükləmə-boşaltma yeri sutkanın qaranlıq 
vaxtı lazımınca işıqlandırılmalıdır [211]. 
 
1.15. Işçilərin daşınması və təxliyəsi 
 
Işçilərin daşınması 
1.15.1. Işçilərin daşınması avtobuslarla həyata keçirilmə-
lidir. Bu məqsəd üçün yük avtomobillərindən istifadə etdikdə 
onlar (banı) tentlə, işçilərin avtomobilin banına (kuzov) rahat 
və təhlükəsiz minib-düşməsini təmin edən etibarlı bərkidilmiş 
vk.com/club152685050 | vk.com/id446425943


84 
nərdivanla, oturacaq yerləri ilə, banının içərisi isə 
işıqlandırılma ilə təchiz olunmalıdır. 
1.15.2. Işçilərin daşınması «Yol hərəkəti qaydaları»na 
uyğun yerinə yetirilməlidir. 
1.15.3. Nəqliyyat vasitələrinin sürücüsü azı üç il fasiləsiz 
iş stajına malik olmalıdır. 
1.15.4. Avtomobilin hərəkəti zamanı banda ayaqüstə 
dayanmaq və ya bortun üstündə oturmaq qadağandır. 
1.15.5. Avtomobilin hərəkəti zamanı avtomobilə atılıb 
minmək və ya ondan düşmək qadağandır. 
1.15.6. Işçilərin daşınması üçün nəzərdə tutulmuş 
nəqliyyat vasitələri daim saz vəziyyətdə olmalı və hər gün işə 
başlamazdan əvvəl texniki baxışdan keçməlidir. 
1.15.7. Işçilər avtomobilin banında daşındıqda onlardan 
bir nəfər rəhbər seçilməli və onun göstərişlərinə qeyd-şərtsiz 
əməl olunmalıdır. 
1.15.8. Işçilərin daşınması üçün nəzərdə tutulmuş və ya 
bu məqsəd üçün təchiz olunmuş yük avtomobillərinin banında 
rahat çıxarılan, həcmi iki litrdən az olmayan iki ədəd 
yanğınsöndürmə balonu olmalıdır. 
1.15.9. Daşınan işçilərin sayı avtobusda (yük avtomobi-
lində) olan oturacaqların sayından çox olmamalıdır. 
1.15.10. Işçiləri daşıyan yük avtomobilləri işçilərə ilk tibbi 
yardım göstərmək üçün dərman və sarğı materialları olan dər-
man qutusu ilə təchiz olunmalıdır. 
1.15.11. Dayanmış avtobusun qapısının açılması digər 
nəqliyyat vasitələrinə təhlükə yaradırsa və ya onların 
hərəkətinə maneçilik törədirsə, onda adamların düşüb-
minməsinə icazə verilmir. 
1.15.12. Işçiləri daşıyan yük avtomobilinin arxa bortu bo-
yunca oturacaqların quraşdırılması qadağandır. 
vk.com/club152685050 | vk.com/id446425943


85 
1.15.13. Işçiləri daşıyan avtomobilin banı daşınan 
işçilərlə sürücü arasında əlaqə yaradan səs siqnalı ilə təchiz 
olunmalıdır. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə