Q a y d a L a r I



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə27/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   23   24   25   26   27   28   29   30   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

 
 
1.14.4. Uzunölçülü yüklərin yüklənməsi, boşaldılması 
və nəqli 
 
1.14.4.1. Ağır çəkili və uzunölçülü yüklərlə işləyərkən 
ancaq yükqaldırıcı mexanizmlərdən istifadə etmək lazımdır. 
1.14.4.2. Uzunölçülü yüklərin yüklənməsi və boşaldılması 
ilə məşğul olan fəhlələr işin gedişi vaxtı krançı və siqnalçı ilə 
vizual mübadilə aparmaq üçün bütün şərti işarələri 
bilməlidirlər. 
1.14.4.3. Ağır və uzunölçülü yüklərin qaldırılmasında və 
yerdəyişdirilməsində inventar vasitələrindən və alətlərdən isti-
vk.com/club152685050 | vk.com/id446425943


72 
fadə edilməlidir. Bu işlər üçün boru kəsiyindən, metal 
parçasından, taxta və əşyalardan istifadə etmək qadağandır. 
1.14.4.4. Borunu əl ilə daşıdıqda xüsusi tutucu kəlbətin-
lərdən istifadə edilməlidir. Boruların lingin, bel dəstəyinin və s. 
üstündə daşınması qadağandır. 
1.14.4.5. Fasilələr vaxtı boruların asılmış halda saxlanıl-
ması qadağandır. 
1.14.4.6. Boruların qaldırılması və daşınması bir qrup 
fəhlənin iştirakı ilə yerinə yetirilirsə, ağırlıq hər adam hesabına 
40kq-dan artıq olmamalıdır. Bu zaman xüsusi kəlbətindən isti-
fadə edilməlidir. 
1.14.4.7. Uzunluğu 4 m-dən çox olan boru dəstələri, bo-
rular və polad boruların seksiyaları, döndərici dairə ilə təchiz 
olunmuş biroxlu yedəkli avtomobillərdə daşınmalıdır. Borular 
kuzovun döşəməsinə və avtoqoşqunun döndərici dairəsinə 
bərkidilmiş xüsusi tirlərin üstünə düzülməlidir. 
1.14.4.8. Borudaşıyıcıların hərəkəti zamanı yüklənən 
boru seksiyalarının dağılıb tökülməsinin qarşısını almaq üçün 
seksiyalar taxta travers və dayaqlar vasitəsilə bərkidilməlidir. 
1.14.4.9. Uzunölçülü yüklərin yığılması və səhmana 
salınması elə edilməlidir ki, keçidlər və yollar tutulmasın. 
Onları aşağı endirib yerə qoyduqda trosun, zəncirin, ka-
natın sıxılmaması üçün onların altına araqat qoyulmalıdır. 
1.14.4.10. Yük asılı vəziyyətdə olanda nasazlığı aradan 
qaldırmaq və ilməyin vəziyyətini dəyişmək qadağandır. 
Nasazlıq aşkar edilən kimi yük aşağı endirilməli və nasazlıq 
yerdə aradan qaldırılmalıdır. 
1.14.4.11. Boruların yüklənməsi, boşaldılması, daşınması 
və sıra ilə düzülməsi, bu işlərin təhlükəsiz yerinə yetirilməsi 
üçün mühəndis-texniki heyətdən xüsusi olaraq ayrılmış şəxsin 
nəzarəti altında aparılmalıdır. 
1.14.4.12. Müxtəlif diametrli və ölçülü boruların və uzun-
ölçülü yüklərin yüklənməsi, boşaldılması və yerdəyişdirilməsi 
vk.com/club152685050 | vk.com/id446425943


73 
işlərinin aparıldığı yerlərdə kənar adamların olması 
qadağandır. 
1.14.4.13. Uzunölçülü yükləri daşıyan avtomobilin kuzo-
vunun bortları olmamalıdır. Lakin, kuzov yükləri düşməkdən 
qoruyan qaldırıcı və qatlanan dayaqlarla təchiz olunmalıdır. 
Kuzovun və qoşqunun dayaqları yuxarıdan zəncir və ya 
burazla mütləq bağlanmalıdır. 
1.14.4.14. 
Avtomobilə 
boruların 
yüklənməsi 
(boşaldılması) işlərinə, avtomobil tam dayandıqdan və 
sürücünün işarəsindən sonra başlanılmalıdır. 
1.14.4.15. Boruların ilməklənməsi üçün burazın uzunluğu 
qaldırıcı mexanizmin qarmağı ilə yükün mümkün qədər aralı 
olmasını təmin etməlidir. 
1.14.4.16. Uzunölçülü yüklər qaldırılan və ya endirilən 
zaman ona əl ilə istiqamət vermək olmaz.
1.14.4.17. Uzunölçülü yükün bir ilməklə qaldırılması qa-
dağandır. 
1.14.4.18. Yükləri ikibuynuzlu qarmaqdan asarkən buraz 
və zəncir elə bağlanmalıdır ki, qarmağın hər iki buynuzuna 
eyni ağırlıq düşsün. 
1.14.4.19. Qalaq açılmazdan əvvəl, qalaqda uzunölçülü 
yüklərin dayanıqlığı və dayaqlara etibarlı dirənməsi yox-
lanılmalıdır. 
1.14.4.20. Uzunluğuna görə nəqliyyat vasitələrinin qaba-
ritindən 2 m və daha artıq çıxan yüklər qoşqulu 
avtomobillərdə daşınmalıdır. 
Uzunölçülü yüklərin (rels, boru, tir, şalban) daşınması bir 
qayda olaraq mexanikləşdirilməlidir. Əl ilə boşaltmada 
möhkəm tirlər tətbiq olunmalıdır. Bu iş ən azı 2 nəfər 
yükvuran fəhlə tərəfindən yerinə yetirilməlidir. 
1.14.4.21. Eyni vaxtda müxtəlif uzunluqlu yüklər daşınar-
sa, nisbətən gödək olan yüklər üstdən yığılmalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


74 
1.14.4.22. Mexanikləşdirilmiş borudaşıyan maşınların di-
yirlədiciləri eyni uzunluqda və qalınlıqda olmalıdır və onlar bo-
rudaşıyan maşına etibarlı bərkidilmək üçün qurğu ilə təchiz 
olunmalıdır. Yükləmə-boşaltma zamanı diyirlədicilərin maillik 
bucağı 30
0
–dən artıq olmamalıdır. Boşaltma zamanı boruları 
(uzunölçülü yükləri) atmaq qadağandır. 
Mexanikləşdirilmiş borudaşıyan maşınlarda işləyərkən 
[216] –nın tələblərinə əməl olunmalıdır.
1.14.4.23. Borudaşıyan qoşqulara uzunölçülü yüklər 
(boru, rels, şalban və s.) yüklənərkən avtomobilin kabinəsinin 
arxa hissəsi ilə yük arasında müəyyən məsafə saxlanılmalıdır 
ki, yedəkçi avtomobilə görə qoşqu sərbəst olaraq hər tərəfə 
(90
0
bucaq altında) dönə bilsin. 
1.14.4.24. Yüklər avtomobilə qaldırıcı mexanizm ilə yük-
lənən zaman, sürücü və yükləyicilər kabinədə, banda 
(kuzovda) və ya avtomobilin pilləsində olmamalıdır. 
1.14.4.25. Müvafiq tutucu və saxlayıcı mexanizm olma-
dıqda, maili yerlərdə yükün yerdəyişdirilməsi qadağandır. 
1.14.4.26. Yükün yuxarı və aşağı hərəkəti (yükləmə-bo-
şaltma) zamanı onun altında (önündə) durmaq qadağandır. 
1.14.4.27. Yükün hərəkəti (yüklənib-boşaldılması) 
zamanı vərdənələrin kənara çıxan ucları arasında durmaq və 
onların üstündən keçmək qadağandır. 
1.14.4.28. Aşağıdakılar qadağandır: 
-ucları avtomobilin yan tərəf qabaritindən çıxan yükləri 
daşımaq; 
-sürücünün kabinəsinin qapısının qabağını yüklə kəsmək; 
-uzunölçülü yükləri dirəklərdən yuxarı yükləmək. 
1.14.4.28. Tormozlama və maili hərəkət zamanı yüklərin 
yerdəyişməsinin qarşısını almaq üçün yüklər etibarlı bərkidilmə-
lidir. 
1.14.4.29. Yükləmə-boşaltma zamanı diyircəklərdən (na-
kat) istifadə edilərkən aşağıdakı tələblərə əməl olunmalıdır: 
vk.com/club152685050 | vk.com/id446425943


75 
-diyircəklər metaldan hazırlanmalı, yükün çəkisinə uyğun 
olmalı və nəqliyyat vasitələrinə və ya qəfəsələrə bərkidilmək 
üçün tərtibata (quruluşa) malik olmalıdır; hər bir diyircəyin 
çəkisi iki adama düşən yükdən artıq olmamalıdır; 
-quraşdırılmış diyircəklərin meyl bucağı 30
0
-dən artıq ol-
mamalıdır; 
-diyircəklər arasındakı məsafə elə olmalıdır ki, boru və ya 
tirin (şalbanın) ucları diyircəkdən kənara 1,5 m-dən çox 
çıxmasın; 
-diyircəkdə yükün geriyə yuvarlanmasının qarşısını alan 
quruluş nəzərdə tutulmalıdır; 
-hər dəfə istifadə olunmazdan əvvəl diyircəklərin sazlığı 
və davamlılığı işin rəhbəri tərəfindən yoxlanılmalıdır; 
-fəhlələr diyircəklər arasında dayanmamalıdırlar. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə