Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə21/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   17   18   19   20   21   22   23   24   ...   158

Birinci fəsil. Qadın şəxsiyyəti 

69

İslam bizi qadınların qayğısına 



qalmağa çağırır

1.  Anaya  qayğı.  Əbu  Hüreyrə  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

“Bir  nəfər  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ya-


nına  gəlib  dedi:  “Ey  Allahın  rəsulu,  mən  ən  çox  kimə  qayğı  

göstərməliyəm?”  Dedi:  “Anana!”  Adam  (yenə)  soruşdu:  “Sonra  

kimə?”  Dedi:  “Anana!”  Adam  (bir  də)  soruşdu:  “Sonra  kimə?”  

Dedi:  “Anana!”  (Axırıncı  dəfə):  “Sonra  kimə?”  –  deyə  soruş-

duqda  Peyğəmbər:  “Atana!”  –  dedi”

1

.  



2.  Bacıya  qayğı.  Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  rəvayət  

edir  ki,  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

deyib:


“Ümmətimdən  elə  kəs  yoxdur  ki,  üç  qızın  və  ya  üç  bacının  

qayğısına  qalıb,  onlara  yaxşılıq  etdiyi  təqdirdə  onlar  cəhənnəmlə  

onun  arasında  örtük  olmasınlar”

2

.



3.  Həyat  yoldaşına  qayğı.  Əbu  Hüreyrə  

(Allah  ondan  razı  qalsın!)

  

rəvayət  edir  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

deyib:


“...Qadınlarla  yaxşı  davranın!”

3

Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

başqa  hədisi  də  

deyilənləri  təsdiqləyir:

“Ən  yaxşınız  əyalı  (zövcəsi)  ilə  yaxşı  keçinəndir.  Mən  isə  

aranızda  ailəmə  ən  yaxşı  davranan  kəsəm”

4

.  



1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.

2

 Hədisi  Beyhəqi  rəvayət  etmişdir.  



3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.

4

 Hədisi  İbn  Macə  rəvayət  etmişdir.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyətı̇ 

70

4.  Qız  övladına  qayğı.  Ürvə  ibn  Zübeyr  



(Allah  ondan  razı  qalsın!)

  

rəvayət  edir  ki,  Peyğəmbərin  zövcəsi  Aişə  deyib:  



“(Bir  dəfə)  yanıma  iki  qızı  ilə  bir  qadın  gəlmişdi.  Məndən  

(dolanacaq  bir  şey)  istədi.  Yanımda  ancaq  bir  xurma  var  idi.  

Xurmanı  qadına  verdim.  O  da  onu  qızları  arasında  böldü.  

Sonra  qalxıb  getdilər.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

gəldiyi  zaman  baş  verənləri  ona  danışdım.  Dedi:  “Kim  bu  qız-

lara  bir  şeydə  (tərbiyədə,  qayğıda)  sahib  çıxıb,  onlara  yaxşılıq  

edərsə,  onlar  onunla  cəhənnəm  arasında  əngəl  olarlar”

1

.

Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)

  rəvayət  edir  ki,  (bir  dəfə)  

Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)

:  “Kim  iki  qızın  qay-

ğısını  çəkərsə,  qiyamət  günü  mənimlə  bu  cür  olar”,  –  dedi  və  

barmaqlarını  birləşdirdi”

2

.  


Cariyəyə  qayğı.  Əbu  Bürdə  atasına  istinadla  rəvayət  edir  ki,  

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

deyib:  


“Bir  insanın  cariyədən  qızı  olarsa  və  o,  ona  təhsil,  özü  də  

yaxşı  təhsil,  tərbiyə,  özü  də  gözəl  tərbiyə  verərsə,  onu  azad  edib  

evləndirərsə,  iki  savab  qazanar”.

3

1



 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.

2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



3

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




İkinci fəsil

İSLAMDA QADININ ÜSTÜN MÖVQEYİ      

Bu  fəsildə  islamın  azadlıq  bəxş  etdiyi  qadının  üstün  möv-

qeyini  göstərən  bəzi  faktlara  toxunacağıq.  Məlum  olacaqdır  ki,  

Peyğəmbərin  zamanında  qadınlar  üstün  mövqeyə  sahib  olmuş-

lar.  

Qadınlar özlərini Allah yolunda 

fəda etmişlər

Süheyb  rəvayət  edir  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

deyib:


“Sizdən  əvvəlki  insanlar  arasında  bir  hökmdar  var  idi.  

Hökmdarın  bir  sehrbazı  vardı.  Sehrbaz  qocaldığında  hökmda-

ra  dedi:  “Artıq  qocalmışam.  Yanıma  bir  uşaq  göndər  ki,  sehri  

ona  öyrədim.”  Hökmdar  onun  yanına  sehri  öyrətməsi  üçün  bir  

uşaq  göndərdi.  Uşaq  yolda  ikən  bir  rahib  gördü.  Ona  yaxın-

laşdı,  yanında  əyləşdi,  dediklərinə  qulaq  asdı  və  bəyəndi.  Hər  

dəfə  sehrbazın  yanına  getdikdə  rahibə  baş  çəkirdi.  Sehrbazın  

yanına  gəldiyində  isə  sehrbaz  onu  döyürdü.  Bir  dəfə  uşaq  bun-

dan  rahibə  şikayət  etdi.  Rahib  dedi:  “Sehrbazdan  qorxduğunda  

belə  de:  “Məni  ailəm  ləngitdi.”  Yox,  ailəndən  qorxsan,  “Məni  

sehrbaz  ləngitdi”,  –  de.  Uşaq  bu  minvalla  günlərini  keçirir-

di.  Bir  dəfə  insanların  yolunu  kəsən  nəhəng  bir  heyvan  ona  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyətı̇ 

72

hücum  etdi.  Uşaq  öz-özünə  dedi:  “Bu  gün  sehrbazın,  yoxsa  



rahibin  daha  üstün  olduğunu  biləcəyəm.”  Yerdən  bir  daş  gö-

türüb:  “Allahım,  əgər  rahib  sənə  sehrkardan  daha  sevimlidirsə,  

insanlar  keçib  getsinlər  deyə  bu  heyvanı  öldür”,  –  deyərək  daşı  

heyvana  atdı  və  onu  öldürdü.  İnsanlar  keçib  getdilər.  Daha  

sonra  rahibin  yanına  gəlib,  olanları  ona  xəbər  verdi.  Rahib  

dedi:  “Oğlum,  sən  bu  gün  məndən  üstünsən  və  gördüyüm  

məqama  çatmışsan.  Odur  ki  mütləq  bəlaya  tuş  gələcəksən  (və  

ya:  imtahana  çəkiləcəksən).  Əgər  sınağa  çəkilsən,  yerimi  heç  

kəsə  nişan  vermə!”  Bundan  sonra  uşaq  korları  və  cüzamlı-

ları  sağaldır,  insanları  müxtəlif  xəstəliklərdən  müalicə  edirdi.  

Hökmdarla  oturub-duran  və  kor  olan  bir  şəxs  uşaq  haqqında  

eşidərək,  onun  yanına  gəldi.  Özü  ilə  çoxlu  bəxşiş  gətirmişdi.  

Dedi:  “Əgər  mənə  şəfa  versən,  bütün  bunlar  sənin  olacaq.”  

Uşaq  dedi:  “Mən  heç  kəsə  şəfa  verə  bilmirəm.  Şəfanı  verən  Al-

lahdır.  Əgər  Allaha  iman  gətirsən  və  Ona  dua  etsən,  sənə  şəfa  

verəcəkdir.”  Həmin  şəxs  Allaha  iman  gətirdi  və  Allah  ona  şəfa  

verdi.  Sonra  hökmdarın  yanına  gedərək  əvvəlki  kimi  əyləşdi.  

Hökmdar  soruşdu:  “Görməyini  kim  sənə  qaytarıb?”  Kişi  dedi:  

“Rəbbim.”  Hökmdar  soruşdu:  “Məgər  sənin  məndən  başqa  

rəbbin  var?”  Kişi:  “Mənim  də,  sənin  də  rəbbin  Allahdır!”  –  

dedikdə  hökmdar  onu  yaxalatdı  və  işgəncə  verdirtdi.  Axırda,  

kişi  (işgəncələrə  tab  gətirməyərək)  oğlanın  yerini  hökmdara  ni-

şan  verdi.  Uşağı  gətirdilər.  Hökmdar  uşağa  dedi:  “Oğlum!  Seh-

rin  korları  və  cüzamlıları  sağaldacaq  dərəcəyə  çatıb.  Etdiyindən  

qalmırsan.”  Uşaq  dedi:  “Mən  heç  kəsə  şəfa  verə  bilmirəm.  

Şəfanı  verən  Allahdır.”  Bunu  eşidən  hökmdar  ona  işgəncə  ver-

dirtdi.  Axırda  uşaq  (işgəncələrə  tab  gətirməyərək)  rahibin  ye-



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə