Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti


HƏDİS TƏHSİLİ ÜÇÜN EDİLƏN SƏYAHƏTLƏR



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə35/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   31   32   33   34   35   36   37   38   ...   199

[75] 

 

 



4.1.HƏDİS TƏHSİLİ ÜÇÜN EDİLƏN SƏYAHƏTLƏR 

 

Hədisşünas  alimlərinin  nəzərində  hədis  öyrənmək  üçün  edilən  səyahətlərin 

böyük  önəmi  vardır.  Buna  görə  də  hədis  tarixçiləri  yazdıqları  əsərlərində  “Hədis 

öyrənmək üçün edilən səyahətlər” adlı başlıqlar açmış və bu mövzunu geniş şəkildə 

işıqlandırmışlar. 

Bildiyimiz  kimi  hədis  öyrənmək  üçün  edilən  səyahətlər  səhabələr  dövründə 

başlamış  və  bu  müqəddəs  iş  onlardan  sonra  da  davam  etmişdi.  Səhabələr  içərisində 

hədis  öyrənmək  üçün  müxtəlif  regionlara  səyahətlər  edənlər  içərisində  Cabir  bin 

Abdullah,  Ənəs  bin  Malik,  Əbu  Əyyub  əl-Ənsari  və  digərlərini  misal  göstərmək 

mümkündür. 

Tarixi məlumatlara görə Peyğəmbərin (s) vəfatı ərəfəsində artıq bütün Ərəbistan 

yarımadası  tamamilə  İslam    dinini  qəbul  edib  müsəlman  olmuşdu.  Şübhəsiz  ki, 

İslamın  digər  bölgələrdə  yaylmasını  Peyğəmbər  (s)  istəmişdi.  Hələ  vəfat  vaxtına  az 

bir müddət qalmış Peyğəmbər (s) qonşu bölgələrdən  olan  və hələ İslama qatılmamış 

Şama  böyük  bir  ordu  göndərməyi  qərarlaşdırmışdır.  Bu  məqsədlə  o,  İslam 

əsgərlərindən  bir  ordu  hazırlayaraq  onun  başına  Üsamə  bin  Zeydi  komandan  təyin 

etmişdi.  Təssüflər  olsun  ki,  Peyğəmbərin  (s)  ömürü  buna  imkan  verməmiş  və  o 

Həzrətin  (s)  sağlığında  bu  iş  gerçəkləşə  bilməmişdi.  Peyğəmbərin  (s)  vəfatından 

sonra Əbu Bəkr (632-634) xilafəti ələ alaraq əsası Peyğəmbər (s) tərəfindən qoyulan 

bu əməli həyata keçirdi. Hakimiyyət başına gələn Əbu Bəkrin ilk icra etdiyi işlərdən 

biri Şam bölgəsinin fəthi olmuşdur. Şam fəth edildikdən sonra  İslam dini Ərəbistan 

yarımadasından kənara çıxdı. 

Şamın fəth edilməsindən sonra İslam ordusu istər Əbu Bəkrin, istərsə də ondan 

sonra gələn xəlifələrin dövründə müxtəlif ölkələri fəth edilib əhalisi İslamlaşdırmışdı. 

İslam  fəthlərinin  ən    qüvvətli  dövrü  bəlkə  də  ikinci  xəlifə  Ömər  bin  Xəttabın 

hakimiyyəti  dövrünə  (634-644)  təsədüf  edir.  Adı  çəkilən  xəlifə  demək  olar  ki,  o 

dövrün məşhur bölgələrini fəth edərək orada İslamın yayılmasını təmin etmişdi. Belə 

ki, onun hakimiyyəti illərində Suriya, Fələstin, Livan, İordaniya və İraq tamamilə fəth 

edilərək  İslamlaşdı.  Bundan  bir  neçə  il  sonra  (m.641)  Misir  fəth  edilərək  İslam 

torpaqlarına qatıldı. 

İslam fəthləri heç də adı çəkilən bölgələrin fəth edilməsi ilə sona yetmədi. Bu iş 

üçüncü  xəlifə  Osman  bin  Əffanın  (644-656)  dövründə  də  davam  edərək 

Məvarünnəhrə qədər olan bölgələr fəth edildi. 

Şübhəsiz  ki,  fəth  edilən  hər  bir  bölgədə  insanlar  İslamın  müqəddəs  ayinlərini 

qəbul edir və yeni müsəlman olmuş şəxslərə İslam elmlərini təlim edirdilər. Artıq fəth 

edilmiş  bölgələrin  əhalisi  İslam  dininin  ideologiyası  ilə  yaxından  tanış  olur  və  bu 

dinin təməl prinsiplərini könül xoşluğu ilə qəbul edərək onun təlimlərini öyrənirdilər. 

İslamın  humanizmini,  onun  azadlıq  sevərliyini,  zülmə,  əsarətə  qarşı  olduğunu 

dərk  edən  insanlar  bu  dinin  elm  və  mədəniyyətini  öyrənib-öyrətməkdə  böyük  əmək 

sərf etmişlər. İslam hakimiyyətinə tabe olan bölgələrin əhalisi İslam elmlərini daha da 

dərindən  öyrənmək  üçün  dövrün  müxtəlif  elm  mərkəzləri  olan  şəhərlərə  səyahətlər 



[76] 

 

etmişlər.  Bu  səyahətlərin    böyük  əksəriyyəti  o  dövrdə  hədis  mərkəzi  kimi  tanınan 



şəhərlərə  olmuşdur.  Çünki  dinin  bütün  elmlərinin  əsas  qaynağından  biri  olan  hədisi 

öyrənməklə  müsəlmanlar  İslamın  bütün  təlimləri  ilə  daha  da  dərindən  öyrənmək 

şərəfinə nail olurdular. O dövürdə ən məşhur olan hədis mərkəzləri Mədinə, Məkkə, 

Kufə, Bəsrə, Şam, Bağdad, Xorasan, Misir və digər bölgələr idi. 

Şübhəsiz ki, insanların öz doğma torpaqlarından uzaqlaşıb hədis öyrənmək üçün  

etdiyi səyahətlər bir neçə məqsədlə olmuşdur ki, bunların da başında Allahın və onun 

Peyğəmbərinin (s) elmə təşviqi durur. 

Bildiyimiz  kimi  elm  öyrənmək  və  bu  işdə  bütün  əzab-əziyyətlərə  qatlaşmağın 

Allah  yanında  çox  böyük  savabı  vardır.  Bu  barədə  həm  Qurandan,  həm  də 

Məsumların (ə) hədislərindən kifayət qədər məlumat əldə etmək olar. Belə ki, Quran 

buyur:  “Tövbə,  ibadət  və  şükr-səna  edənlər,  oruc  tutanlar  (və  ya  cihad  uğrunda, 

elm  təhsil  etmək  üçün  yurdundan  ayrılıb  başqa  yerlərə  gedənlər),  rüku  və  səsdə 



edənlər,  yaxşı  işləri  görməyi  əmr    edib  pis  işləri  yasaq  edənlərdir.  Belə 

möminləri  müşdələ!”.

355

Peyğəmbər  (s)  insanları  elmə  təşviq  etmək  xüsusunda 

buyurur: “Elm öyrənmək fərzdir”, “Elm Çində də olsa öyrənin.” 

356


 

Həmçinin  bu  xüsusda  Əhli-beyt  imamlarından  (ə)  da  hədislər  vardır.  İmam 

Cəfər Sadiq (ə) buyurur: “Sizə Allahın dinində dərin qavrayış qazanmağı və bədəvilər 

kimi  olmamağı  tövsiyə  edirəm,  çünki  bir  şəxs  Allah  dinində  dərin  qavrayışa  sahib 

olmamışsa,  qiyamət  günü  Allah  onun  üzünə  baxmaz,  əməllərini  pisliklərdən  təmizə 

çıxarmaz.”

357

İmam  Əli  (ə)  buyurur:  “Elm  öyrənən  şəxs  Allah  yolunda  cihad  edən 



kimsə  kimidir.  Həqiqətən  elm  öyrənmək  hər  bir  müsəlmana  vacibdir.  Möminlərdən 

neçəsi vardır ki, onlar elm öyrənmək üçün evlərini tərk etmiş və geriyə bağışlanmış 

halda qayıtmışlar.”

358


 

Peyğəmbər (s) digər bir hədisində buyurur: “Ey Əba Zər! Hər kəs evindən çıxıb 

elmdən  bir  şey  əldə  edərsə,  Allah  onun  hər  addımına  peyğəmbərlərdən  olan  bir 

peyğəmbərin  savabını  yazar.  Allah  onun  yazdığı  və  ya  eşitdiyi  hər  bir  hərf  üçün 

cənnətdə şəhər bağışlayar. Elm öyrənən kimsə Allahın, mələklərin və peyğəmbərlərin 

dostudur...”.

359

 

 



Səyahətlərin səbəbləri 

Peyğəmbərin (s) elmə təşviq etməsi nəticəsində müsəlmanlar müxtəlif regionlara 

uzun  və  ya  qısa  müddətli  səyahətlər  etmişlər.  Bu  səyahətlərin  başında  savab 

qazanmaq  olmuşsa  da,  heç  şübhəsiz  ki,  bunun  digər  əsas  səbəbləri  də  vardır. 

Hədisşünasalim Prof.Dr.İ.Canan bu səbəblərdən bir neçəsini aşağıdakı kimi sadalayır: 

1). Ülüvvi-isnad 

2).Raviləri tanımaq  

3).Hədis bilgisini artırmaq  

                                                 

355


Tövbə-112 

356


 Küleyni, Üsuli-kafi, c. I, elm fəsli, Biharül-ənvar c. II, elm öyrənməyin fəzilətləri fəsli 

357


 Küleyni, Üsuli-kafi, c. I  

358


Biharül-ənvar, c. II, səh. 229 

359


həmin mənbə, c. II, səh. 298 


Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə