Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə32/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   28   29   30   31   32   33   34   35   ...   199

[69] 

 

 



B)

 

Muhadramun 

Muhadram  sözü  lüğətdə  çoxmənalıdır.  Bu  kəlmə  lüğətdə  “soymaq  (məs,  ağac 

qabığını  soymaq)”,  “kəlmədə  qrammatik  xətaya  yol  vermək”

322


,  “qulağı  kəsmək” 

mənalarındadır. Buna görə də “qulağı kəsik dəvəyə” muhadram deyilir. 

Hədis  alimlərinin  istilahında  isə  muhadram  “Peyğəmbərin  (s)  sağlığında 

müsəlman olan, lakin onunla görüşməyən kimsələrə deyilir.”

323

 

Bəzi  hədisşünaslar  də  muhadramı  “cahiliyyə  dövründə  yaşayan,  Peyğəmbərin 



(s)  də  dövrünü  görən,  amma  onunla  söhbət  etməyən  müsəlmandır”  kimi  tərif 

etmişlər.

324

 

Görkəmli  hədisşünas  Hakim  ən-Nuşapuri  muhadram  təbəqəsini  aşağıdakı  kimi 



tərif etmişdir:  “Cahiliyyə  və həzrət Peyğəmbər (s) dövrünü idrak edən, Peyğəmbərlə 

(s) söhbət etməyən kimsələrə muhadram deyilir. Bu sözün cəmi muhadramundur.”

325

 

Muhadramun təbəqəsinə verilən tərifdən belə anlaşılır ki, onlar səhabə vətabeun 



təbəqələrindən fərqlənirlər. Çünki onlar Peyğəmbəri (s) görsəydilər və onunla söhbət 

etsəydilər  şübhəsiz  ki,  səhabə,  tarixilik  baxımından  da  Peyğəmbərin(s)  vəfatından 

sonra  doğulub  səhabə  ilə  görüşsəydilər  tabeun  adlanacaqdılar.  Lakin  onlar  nə 

səhabələrə  aid  xüsusiyyətləri,  nə  də  ki,  tabeuna  aid  özəllikləri  daşımadıqlarına  görə 

muhadramun adlanmışlar. 

Muhadramların dəqiq sayları bəlli olmasa da onların sayının lap çox olmadığını 

da alimlər qeyd etmişlər. 

Məşhur hədisşünas Müslim bin Həccac onların sayının iyirmi olduğunu yazır.

326

 

Digər  alim  Süyuti  “Tədribür-ravi”  adlı  əsərində  Müslimin  qeyd  etdiyi  iyirmi 



kişini  qeyd  etdikdən  sonra,  digər  qaynaqlardan  bir  neçə  muhadram 

sadalamaqdadır.

327

 

Şübhəsiz  ki,  muhadramlar  içərisində  hədis  rəvayətlərində  böyük  xidmət 



göstərənlər  də  vardır.  Onlardan  Əbu  Osman  ən-Nəhdi,  Amr  bin  Meymun  əl-Əvdi, 

Cübeyr bin Nufər əl-Hadrami öncül ravilər içərisində yer almaqdadırlar.

328

 

Muhadram  təbəqəsini  mükəmməl  şəkildə  öyrənmək  üçün  İbn  Həcər  əl-



Əsqəlaninin  “Əl-İsabə  fi  təmyizis-səhabə”  əsərinə  müraciət  etmək  lazımdır.  Bu 

görkəmli  İslam  alimi  yazdığı  məşhur  əsərinin  üçüncü  cildini  muhadram  təbəqəsinə 

həsir etmiş və bu təbəqə haqqında geniş məlumat vermişdir.  

Yuxarıda  adı  çəkilən  muhadramlardan  əlavə,  bu  gün  mövcud  olan  kitablarda 

adları çox çəkilən və daha məşhur olan bir neçə muhadramın da adlarını qeyd etmək 

faydalı olardı: 

İbn Rəca əl-Ütaridi, Əhnəf bin Qeys ət-Təmimi, İbn Amir əl-Qərəni, Sureyh bin 

Haris, Əlqəmə bin Qeys, Kəb əl-Əxbar, Məsruq bin Əcda, Ətrat bin Süheyyə və s.

329

 

                                                 



322

Möcəm, h.d.r. maddəsi 

323

Prof. Dr. İ. Canan, Hədis üsulu və Hədis tarixi, səh. 457 



324

Prof. Dr. Talat Koçyigit, Hədis istilahları, səh. 266 

325

Mərifəti ülumil-hədis, səh. 44 



326

A. Yardım, Hədis I-II, səh. 76 

327

 c. II, səh. 239 



328

A.Yardım, Hədis I-II, səh. 76 




[70] 

 

 



C)

 

Tabeunlar təbəqəsi 

Tabeun sözü lüğətdə “izləmək”, “ardınca getmək”, “izinə düşmək”, “yapışmaq”, 

“bağlanmaq”, “təqib etmək”, “tabe olmaq” və s.  bu kimi mənalarda işlədilir.

330


 

Hədis  elmindəki  mənası  hədis  alimləri  tərəfindən  verilmiş  səhih  tərif  əsasında 

bilinməlidir. Belə ki, böyük İslam alimi Əllamə Məclisi bu təbəqəni belə tərif edir: 

“Tabeunlar:  səhabə  ilə  görüşən,  Peyğəmbərə  (s)  iman  gətirən,  iman  və  İslam 

üzərində ölən kimsədir.”

331


 

Digər  hədis  alimi  Hakim  ən-Nişapuri  isə  tabeunlar  təbəqəsini  belə  tərif 

etməkdədir:  

“Mömin olaraq Peyğəmbərin(s) səhabələri ilə görüşən kimsə tabeundur.”

332

 

əl-İraqi isə tabeun təbəqəsinə aşağıdakı tərifi vermişdir: 



“Səhabələrdən birini və ya bir neçəsini görən şəxs tabeundir.

333


Yuxarıda verilən 

məşhur  təriflərdən  belə  qənaətə  gəlmək  olur  ki,  Allah  Rəsuluna  (s)  iman  edən  onun 

səhabələrinin  biri  və  ya  bir  neçəsi  ilə  görüşən,  onlarla  həmsöhbət  olan  kimsəyə 

tabeun deyilir.  

Bu  təbəqəyə    hədisşünaslar  bəzən  də  “Səhabələrin  səhabəsi”  demişlər.  Bəzi 

hədisşünaslar  bu  adın  tabeunlar    təbəqəsinə  verilməsini  Qurani-kərimə  və  hədislərə 

bağlayırlar.  Belə  ki,  Allahın  “Tövbə”  surəsinin  100-cü  ayəsində  bu  təbəqəyə  işarə 

etdiyini deyirlər. Allah həmin ayədə buyurur: 



“İslamda  birinci  dərəcəni  qazanan  Muhacirlərə  və  Ənsar,  həmçinin  yaxşı 

işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar 

da Allahdan razıdırlar.” 

Həmçinin  Allah  Rəsulunun  (s)  bəzi  hədislərində,  o  cümlədən  “Məni  görəni 

görən  nə  xoşbəxtdir”,  “Nəsillərin    ən  xeyirlisi  mənim  çağdaşlarım,  sonrada  onları 

təqib  edənlərdir”  hədislərində  səhabələrdən  əlavə  tabeuna  də  işarə  olunduğu  qeyd 

edilir.

334


 

Şübhəsiz  ki,  Peyğəmbərdən(s)  sonra  gələn  bu  ikinci  nəsli  tanımaqda  böyük 

faydalar  vardır.  Bu  faydalardan  ən  önəmlisi  isə  hədisin  sənədini  müəyyən  etməkdə 

yanlışlıqla  yol  verməmək  və  müttəsil  hədisi  mürsəldən  ayırmağı  düzgün  müəyyən 

etməkdir.  

Tabeunlar  təbəqəsi  də  səhabələr  təbəqəsi  kimi  müxtəlif  qruplara  bölünmüş, 

onların dərəcələri müəyyənləşdirilmişdir. Bu təbəqəni ən çox təbəqəyə bölən Hakim 

ən-Nişapuridir. O, bu təbəqəni on beş təbəqəyə bölmüşdür. 

O,  “Mərifətu  ülumil-hədis”  əsərində  yazır:  “Tabeunlar  on  beş  təbəqədir, 

sonuncu  təbəqə  bəsrəlilərdən  Ənəsə,  kufəlilərdən  Abdullah  bin  Əbi  Əfvaya, 

mədinəlilərdən  Saib  bin  Yezidə,  misirlilərdən  Abdullah  bin  Harisə  rast 

                                                                                                                                                                  

329

İ. Canan, Hədis üsulu və hədis elmləri, səh. 457 



330

Arapça-türkcə sözlük, t.b.a. maddəsi 

331

Biharül-ənvar, c. II, səh. 439 



332

Mərifətu ulumil-hədis, səh. 42        

333

Şərhi əlfiyyə, c. IV, səh. 52 



334

Sübhi Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 298 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə