[63]
Ühuddan başqa. Bu hərblərdə iştirak etməyə atam mane olmuşdur. Atam şəhid
olduqdan sonra Rəsululahın (s) qatıldığı heç bir savaşdan geri qalmadım.”
285
Cabir atasının ona hərbə getməsinə izin verməməsini belə nəql edir: “Oğlum!
Vallahi mən Peyğəmbərdən sonra mənə səndən daha sevimli kimsəni görmürəm.
Mənim borclarım var. Onları sən ödə, bacılarına bax, onlara yaxşı şeyləri tövsiyə
et!… bu qızların kimsəsiz qalmalarını düşünməsəm, sənin gözümün önündə şəhid
olmağını istərdim.”
286
Rəvayətə görə Cabirin atası Ühud müharibəsinə gedərkən bu vəsiyyəti oğluna
etmiş və həmin müharibədə də şəhid olmuşdur.
Yüksək əxlaqi keyfiyyəti və Allaha imanı ilə tanınan Cabir bin Abdullah
Peyğəmbərin(s) yanında xüsusi hörmətə malik olmuşdur. Həzrət Peyğəmbər (s)
həmişə onu yolda görərkən dəvəsinə mindirmiş və xəstələndiyi zaman ona baş
çəkmişdir.
Cabir bin Abdullah Məscidün-nəbidə dərs həlqəsi təşkil edib, orada tələbələrinə
dərs demiş və hədis rəvayət etmişdir. Onun rəvayətetdiyi hədislər bütün məzhəb
alimlərinin kitabında yer almışdır. Cabirdən rəvayətolunan ən məşhur hədislərdən biri
budur:
“Sizin kişilərinizin ən yaxşısını (xeyirlisini) sizə xəbər verimmi? Dedik: Bəli.
Həzrət (s) buyurdu:Sizin kişilərinizin ən xeyirlisi... bağışlayan və səxavətli
olandır.”
287
Cabir bin Abdullah 94 və ya 95 il yaşadıqdan sonra hicri 73 və ya 74-cü ildə
Mədinə şəhərində vəfat etmişdir. O, onun cənazə namazına Həccaci-Zalımın
qatılmamasını vəsiyyət etsə də, Həccac orada iştirak etmişdir.
288
Cabir bin Abdullah İmam Əli (ə) ilə Süffeyn müharibəsindəiştirak etmişdir.
289
O,
Əliyə (ə) və Peyğəmbər Əhli-beytinə (ə) sədaqəti ilə tanınmışdir. Ondan İmam Əli
(ə) haqqında soruşulduqda: “O,insanların xeyilisidir. Biz Rəsullahın (s) zamanında
münafiqləri ona olan ədavətlərindən tanıyırdıq” cavabını vermişdi.
O, Peyğəmbərin(s) salamını İmamBaqirə (ə) çatdırmışdır.
290
7.Əbu Səid əl-Xudri
Əbu Səid əl-Xudri künyəsi ilə məşhur olan səhabədir. Onun adı Səid bin Malik
bin Sinadır. O, mədinəlidir və Xəzrəc qəbiləsindəndir.
291
Əbu Səid əl-Xudri hicrətdən on il əvvəl doğulmuşdur. Onun anası Ənisə, atası
isə Malik bin Sinandır.
292
Əbu Səid əl-Xudri muksirun səhabələrdən olub, Peyğəmbərdən (s) 1.170 hədis
nəql etmişdir.
293
285
Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 309
286
Mustafa Eriş, Səadətçağındansimalar,c. I,səh. 77
287
Şərhi mən la yəhduruhül-fəqih, c. VIII, səh. 108
288
İ. Canan, Hədis üsulu və Hədis tarixi, səh. 83
289
Ali Özək, Hədis Ricalı, səh. 58
290
Nəhcül-bəlağə, Tehran-1995, səh. 413
291
İ. Canan, Hədis üsulu və tarixi, səh. 83
292
M. Eriş, Səadət çağından simalar, c. I, səh. 78
[64]
Qaynaqların verdikləri məlumta görə Əbu Səid əl-Xudri uşaq olduğundan Bədr
və Ühud qəzvələrində iştirak etməmişdir. Onun atası Ühud müharibəsində şəhid
olmuş və bundan sonra ailənin yükü Əbu Səidin üzərinə düşmüşdür. Çox kasıb həyat
tərzi keçirən Əbu Səidin ailəsi heç kimsəyə əl açmamışdır. Bir gün onun anası:
“Oğlum! Get Allah Rsulundan (s) bir şey istə” deyərkən Əbu Səid: “Gözlə anam,
əgər bir şey tapa bilməsəm gedərəm” deyə cavab vermişdi.
Əbu Səid əl-Xudri mədinəli olsa da Süffə əhlindən hesab olunur. Bunun da
səbəbi onun maddi sıxıntı içində olmasıdır.
294
Əbu Səid əl-Xudrinin iştirak etdiyi qəzvələrin sayı on ikidir. O, Xəndək və daha
sonrakı savaşlarda iştirak etmiş və Peyğəmbərlə (s) birlikdə Bəni Müsətəliq
qəzvəzində olmuşdur.
295
Əbu Səid əl-Xudri xəlifə Əbu Bəkr, Ömər və Osmanın dövrlərində Mədinədə
fətva ilə məşğul olmuşdur.
Ata bin əl-Müseyyib atasından o da Əbu Səid əl-Xudridən nəqlən belə deyir:
Əbu Səid əl-Xudriyə: “Rəsulullahı (s) görməyinə və onunla söhbət etməyinə görə
sənə xoşbəxtliklər olsun” dedik. O, bizə siz bizim ondan sonra nə kimi bidətlər
etdiyimizi bilmirsiniz dedi.
296
Tarixi məlumatlara görə Əbu Səid əl-Xudri İstanbul fəthində iştirak etmiş və
Ədirnəqapı civarında həlak olmuşdur. O, öldüyü zaman 74 yaşında olmuşdur. Lakin
bunu inkar edən Zəhəbi onun 86 yaşında olduğunu qeyd edir.
297
Təəssüflər olsun ki, Əbu Səid əl-Xudri Qədir-xum hədisini nəql etsə də, onun
şərtinə əməl etməmişdir.
b)Muqillun səhabələr
Muqillun sözü lüğətdə azlıq və ya az etmək mənasındadır. Hədis istilahında isə
Peyğəmbərdən (s) az hədis rəvayət edənsəhabələrə deyilir.
298
Bəzi alimlərə görə
Peyğəmbərdən(s) 1.000-dən az, 100 dən çox hədis rəvayət edənsəhabələrə muqillun
deyilir.
299
Bildiyimiz kimi İmam Əli (ə)Peyğəmbərin (s) evində boya-başa çatmış bir
şəxsdir. Amma təəssüflər olsun ki, bu gün mövcud olan sünniməzhəbinə məxsus bəzi
mötəbər hədis kitablarında həzrət İmam Əli (ə) muqillun səhabələr sırasına daxildir.
Bu xüsusda məşhur alimAyətullah Cəfər Sübhani yazırr: “Şübhə yoxdur ki, İmam Əli
(ə)Peyğəmbərin (s) səhabəsidir. O, bütün səhabələrin və başqalarının fikrincə
səhabələrin ən hafizi və ən elmlisidir. Onun rəvayətetdiyi hədislərin sayı
sünniməzhəbinin kitablarında 500-ü aşmır. Onun rəvayətlərinin sayı Peyğəmbərin(s)
293
H. S. əd-Dari, Muhadarat fi ülumil-Hədis, səh. 170, A. Özək, Hədis Ricalı, səh. 59
294
İ. Canan, Hədis üsulu və Hədis tarixi, səh. 84
295
Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 310
296
A. Özək, Hədis Ricalı, səh. 60, İ. Canan, Hədis üsulu və Hədis tarixi, səh. 84
297
bax: Sübhi Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 310, İ. Canan, Hədis tarixi və Hədis üsulu, səh. 84, M. Eriş,
Səadət çağından simalar, c. I, səh. 80
298
Talat Koçyigit, Hədis istilahları, səh. 277
299
Ali Özək, Hədis Ricalı, səh. 60