Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə26/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   22   23   24   25   26   27   28   29   ...   199

[57] 

 

vermişdir. Belə ki, o qoyun otaran zaman dağda vəhşi pişik balalarını tapıb və onları 



evə gətirdiyi üçün atası ona bu künyəni vermişdir.

240


 

Əbu Hüreyrənin rəvayət etdikləri hədislərin böyük əksəriyyəti bu gün  əlimizdə 

mövcud  olan  məşhur  hədis  məcmuələrində  yer  almaqdadır.  Məşhur 

hədisşünaslardanikisi  -  Buxari  və  Müslim  birlikdə  ondan  325  hədis  rəvayət 

etimşlər.

241


 

Əbu Hüreyrənin İslamı qəbul etməsi hicrətin yeddinci ilində, məhərrəm ayında 

və xəndək müharibəsindən sonra olmuşdur.

242


 

Əbu  Hüreyrə  hələ  İslamı  qəbul  etməmişdən  əvvəl  yazıb  oxumağı  bilmiş  və 

ədəbi qabiliyyətə sahib olan bir şəxs kimi tanınmışdır. O, fars və həbəş dilini bilmiş 

və incildən xəbərdar olan bir şəxs olmuşdur.

243

 

Hədis  tarixçilərinin  fikrinə  görə  Əbu  Hüreyrə  İslamı  qəbul  etdiyi  zaman  yalnız 



Quranı deyil, eyni zamanda həzrət Peyğəmbərin (s) sözlərini də yazmağa başlamışdır. 

Mənbələrin  verdiyi  məlumatlara  görə  Əbu  Hüreyrədən  800-dən  artıq  kişi  hədis 

rəvayət etmişdir. 

Ümumiyyətlə  Əbu  Hüreyrənin  əsil-nəcabəti  kimi  elmi  və  dini  şəxsiyyəti  də 

İslam  alimləri  tərəfindən  ixtilafla  qarşılanmışdır.  Belə  ki,  bir    qrup  alimlər  onun 

müstəsna hafizəyə malik olmasını iddia etmiş və bu iddianı onun özündən gələn bir 

neçə hədisə bağlamışlar. Əbu Hüreyrə özü barəsində bir neçə hədis demişdir. Həmin 

hədislərdən biri budur: 

“Əbu  Hüreyrə    deyir:  “Ey  Allahın  Rəsulu,mən  səndən  bir  çox  hədis  eşidirəm 

amma    onları  unuduram”  dedim.  Mənə:  “paltarını  yerə  sər”-dedi.  Paltarımı  yerə 

sərdim və onu iki əli ilə tutdu sonra qatla dedi. Onu qatladım və ondan sonra heç bir 

şey unutmadım.”

244

 

Peyğəmbər(s)  ilə  üç  ildən  az  bir  vaxtda  bir  yerdə  olan  Əbu  Hüreyrə  həm 



səhabələr  həm  də  onlan  sonra  gələn  bir  qrup  İslam  alimləri  tərəfindən  məzəmmət 

edilmişdir. Belə ki, İslamın ikinci xəlifəsi Ömər bin Xəttab onu hicrətin 21-ci ilində 

Bəhreynə  vali  təyin  etmiş,  23-cü  ildə  isə  onu  vəzifəsindən  sui-istifadə  edib  beytül-

maldan 10 min dinarı mənimsədiyinə görə xaric etmişdir.

245

Tarixi  məlumatlara  görə 



xəlifə  Əbu  Hüreyrəni  bu  əməlinə  görə  şallaqlamış  və  onu  şiddətli  məzəmmət 

etmişdir.

246

 

Əbu  Hüreyrənin  Peyğəmbərdən(s)  həddən  artıq  çox  hədis  rəvayət  etməsi  bu 



hədislərin  böyük  əksəriyyətinin  şübhəli  olmasına  səbəb  olmuşdur.  Hətta  onun  bu 

qədər hədis rəvayət etməsisəhabələri belə narahat etmişdir.

247

 

                                                 



240

 həmin mənbə 

241

 həmin mənbə 



242

 Həmmam bin Münəbbihin səhifəsi, səh. 45 

243

 əz-Zəhəbi, Təzkirətül-hüffaz, c. I, səh. 34 



244

 Səhihi-Buxari 

245

 Seyid Şərəfuddin, Əbu Hüreyrə əsəri 



246

 həmin mənbə 

247

 bax: Səhihi-Müslim, fədail bölümü 




[58] 

 

2.Abdullah bin Ömər bin Xəttab 

Həzrət  Peyğəmbərdən  (s)  mindən  artıq  hədis  rəvayət  edən  şəxslər  içərisində 

ikinci  yeri  Abdullah  bin  Ömər  tutmuşdur.  O,  Peyğəmbərdən  (s)  2.630  hədis 

rəvayətetmişdir.

248


 Abdullah  bin  Ömər  səhabələr  içərisində  elm  baxımdan  çox 

məşhur olmuşdur. O, İslam fiqhinin mahir bilicilərindən olmuş və məşhur fəqih kimi 

şöhrət qazanmışdır. 

Tarixi qaynaqların verdikləri məlumatlara görə Abdullah bin Ömər on və yaxud 

on  üç  yaşında  atası  ilə  birlikdə  Məkkədən  Mədinəyə  hicrət  etmişdir.

249


Bildiyimiz 

kimi  o,  Peyğəmbərin  (s)  həyat  yoldaşı  Həfsənin  qardaşıdır.  Abdullah  kiçik 

olduğundan  İslamın  ilk  böyüşlərində  iştirak  etməmiş,  Xəndək  döyüşündə  və  ondan 

sonrakı döyüşlərdə iştirak etmək fürsətinə nail olmuşdur. 

Görkəmli  İslam  alimi  İbn  Həcər“əl-İsabə”  adlı  əsərində  Peyğəmbərin  (s) 

Abdullah bin Ömər haqqındakı aşağıdakı hədisini xatırlayır: 

“Abdullah nə gözəl adamdır, bir az da gecələri namaz qılsa, yaxşı olar.” 

Abdullah  bin  Ömər  hicri  77  (və  ya  73)-ci  ildə  vəfat  etmişdir.  Onun  ölümünün 

səbəbini  İbn  Həcər  belə  rəvayətedir:  “Əməvi  xəlifəsi  Əbdülməlik  bin  Mərvan 

Həccaca  Abdullah  bin  Ömərin  həcc  əmiri  olmasını  və  özünün  də  ona  tabe  olmasını 

əmr  etdi.  Abdullah  bin  Ömər  ziyarət  zamanı  Həccacın  önünə  keçdi.  Bu  işdən 

xoşlanmayan  Həccac  adamlarından  birinə  onu  zəhərli  mizraqla  vurmasını  tapşırdı. 

Həccacın  tapşırığı  yerinə  yetdikdən  bir  müddət  sonra  Abdullah  bin  Ömər  vəfat 

etdi.


250

 

Abdullah  bin  Ömərin  Həzrət  Əliyə  (ə)  qarşı  münasibəti  yaxşı  olmamışdı.  O, 



Əliyə  (ə)  heç  vaxt  beyət  etməmişdi.  O,  Əlidən  (ə)  sonra  Həsən  (ə)  və  Hüseynə  (ə) 

eyni münasibəti göstərmişdi. 



3.Ənəs bin Malik bin ən-Nadir 

Ənəs  bin  Malik  Peyğəmbərin  (s)  ən  yaxın  səhabələrindən  bir  olmuşdur.  Tarixi 

məlumatlara  görə  o,  Peyğəmbərin  (s)  Mədinəyə  hicrəti  zamanı  anası  tərəfindən 

Peyğəmbərin (s) xidmətinə verilmişdir. 

Muksirundan 

olan  Ənəs  bin  Malik  Peyğəmbərdən(s)  2.286  hədis 

rəvayətetimşdir.

251


 

Peyğəmbərin  (s)  xidmətinə  verilən  zaman  onun  9  və  10  yaşı  olmuşdur.  O, 

“Rəsululahın  xidmətçisi”  ləqəbi  ilə  tanınmışdır.

252


Ənəs  bin  Malikin  anası  Ümmu 

Süleymdir.  Onun  anası  İslamı  qəbul  edən  ilk  qadınlardandır.  Onun  atası  isə  İslam 

olmadan  əvvəl  vəfat  etmişdir.

253


Görkəmli  İslam  alimi  Əllamə  Məclisi  “Biharül-

ənvar”adlı  əsərində  yazır:  “Ənəs  bin  Malikin  anası  Ümmu  Süleym  bint  Məlhan  bin 

Xalid  əl-Ənsaridir.  Onun  anasının  adını  Səhlə,  Rəmilə,  Rəmişə,  Məleykə  və  yaxud 

Üneysə olduğunu da deyirlər.”

254

 

                                                 



248

 Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 125, H. S. əd-Dari, Muhadarat fi ülumil-hədis, səh. 169 

249

 Hədis Ricali, səh. 49 



250

 Təhzibüt-təhzib, c. V, səh.124 

251

 Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 125, H.Səd-Dari, Muhadarat fi ülumil-hədis, səh. 169 



252

 İbrahim Canan, Kütubu sittə tərcüməsi və şərhi, c. I, səh. 75 

253

M. Eriş, Səadətçağındansimalar, c. I,səh. 55 



254

c. I,səh. 12 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə