[59]
Ənəsi Peyğəmbərin (s) xidmətinə verən anası Peyğəmbərdən (s) ona dua
etməsini rica etmiş, bunun da müqabilində Peyğəmdər (s):
“Allahım onun malını və övladını artır və verdiklərini onu üçün bərəkətli et!”
demişdir.
255
Qaynaqların məlumatına görə Ənəs bin Malik kiçik olduğundan Bədr qəzvəsinə
qatılmamış, amma sonrakı bir çox qəzvələrdə iştirak etimşdir.
256
İslam elmlərini mükəməl bilən Ənəs səhabələr içərisində böyük alim kimi
tanınmışdır. O, bir çox yerlərdə, o cümlədən Məkkə, Mədinə, Bəsrə, Kufə və Şamda
dərs həlqələri təşkil etmiş, orada təfsir, hədis və fiqh elmlərini tədris etmişdir.
Tarixi məlumatlara görə I xəlifə Əbu Bəkr onu Bəhreynə vali təyin etmək
istəmiş və bunla əlaqədar Ömər bin Xəttaba məsləhət etmişdir. Ömər də bu təklifi
bəyənmiş və “Göndər o, ağıllı adamdır, oxumağı-yazmağı bilir” demişdir.
257
Peyğəmbər (s) Ənəs bin Malikə: “-ey iki qulaq sahibi” deyə müraciət etmiş və
ona çoxlunəsihətlər etmişdir. Həmin nəsihətlərdən biri budur: “Bacardığın qədər
dəstəmazlı ol! Çünki dəstəmazlı ölən şəhid kimi ölər.”
Səhabələr içərisində böyük nüfuz sahib olan Ənəs haqqında məşhur səhabə Əbu
Hüreyrə deyir: “Namazı Peyğəmbərin (s) namazına ən çox bənzəyən kimsə Ümmu
Süleymin oğuludur.”
258
Görkəmli İslam alimlərindən olan İbn Əsir deyir: “Həccac əz-
Zalım tərəfindən onun boynuna damğa vurulmuşdur. Bunu camaat onlardan hədis
rəvayət etməsin deyə etmişdir. Zalım onu, Cabir bin Abdullahı və Səhl bin Sədi
damğalamışdır.”
259
Var-dövlətinin çox olmasına baxmayaraq Ənəs həmişə sadə həyat keçirmiş, 103
və yaxudda 107 il yaşadıqdan sonra Bəsrədə vəfat etmişdir. O, Bəsrədə vəfat edən ən
son səhabədir. Onun vəfat etdiyi il hicri 90 və ya 93 (m.712)-cü illər göstərilir.
260
Ənəs bin Malik Peyğəmbərin (s) hədislərini ən yaxşı bilən və bildiklərini
yaşayan bir səhabə kimi tanımışdır. Bu səbəbdəndir ki, ondan bütün məzhəb alimləri
hədis rəvyət etmişlər. Lakin bütün bu deyilənlərə rəğmən bəzi rical alimləri onun
rəvayət etdiyi hədislərin bir qismini şübhə altına almış, hətta uydurma olduğunu
demişlər. Həmçini Ənəs Əlinin (ə) haqqında olan Qədir-xum hədisini Peyğəmbərdən
(s) rəvayət etsə də, onun məzmununa məhəl qoymamışdır.
4.Aişə bint Əbu Bəkr
Müslmanların I xəlifəsi olan Əbu Bəkrin qızı Aişə Peyğəmbərin (s) yeganə
bakirə zövcəsidir. Onun anası Amir binÜveymirin qızı Ümu Ruman əl-
Kinaniyyədir.
261
Aişə bint Əbu Bəkr Peyğəmbərdən (s) 2.210 hədis rəvayət etmişdir.
262
255
Biharül-ənvar
256
Sübhü əs-Saleh, HədiselmlərivəHədisisistilahları,səh. 304
257
həmin mənbə, səh. 304
258
İ. Canan, Kütubus-sittətərcüməsivəşərhi, c. I
259
Üsdul-qabə, adı keçən səhabənin həyatı bölümü
260
İ.Canan, Kütubus-sittə tərcümə və sərhi, c. I, səh. 75
261
Ali Özək, HədisRicalı, səh. 53
262
Cəfər Sübhani,Üsulul-hədisvəəhkamuhu, səh. 125, H. S. əd-Dari, Muhadaratfiülumil-hədis, səh. 169
[60]
Peyğəmbərin (s) ən yaxın həyat yoldaşı Xədicə bint Xüveylid vəfat etdikdən 3 il
sonra Peyğəmbər(s) Əbu Bəkrin təklifi ilə onunla evlənmişdir.
263
Kiçik yaşlarından İslamı qəbul edən Aişəİslamda on doqquzuncu İslamı qəbul
edən şəxs kimi tanınır.
264
Aişə bint Əbu Bəkr besətdən beş il sonra doğulmuşdur. Bəzi
qaynaqlar isə onun besətdən dörd il sonra (m.614-cü ildə) doğulduğunu qeyd edir.
Onun Peyğəmbərlə (s) neçə yaşında evlənməsi haqqında bəzi ixtilaflar vardır. Belə
ki, bəzi qaynaqlarda onun Peyğəmbər (s) ilə evləndiyi zaman on dörd və ya on səkkiz
yaşının olduğu qeyd edilmiş,
265
digər qaynaqlarda isə bunun tam əksi qeydedilmişdir.
Peyğəmbərlə (s) evlənməsindən fəxr edən Aişə demişdir: “Mən on sifətlə üstün
bilindim:Cəbrail surətimi gətirdi, Peyğəmbər (s) bakirə olaraq yalnız mənimlə
evləndi, anası və atası mühacir olan zövcəsi yalnız mənəm, Allah mənim günahım
üzərinə ayə endirdi, Peyğəmbər (s) mənimlə olan zaman vəhy nazil oldu, Peyğəmbər
(s) və mən bir qabdan qüsl edərdik, mən onun önündə uzanmışkən namaz qılardı,
mənim otağımda can verdi və mənim otağımda dəfn edildi.”
266
Müstəsna istedada malik olan Aişə ənsab, şeir, tarix, hədis və fiqh elmlərini
mükəmməl öyrənmişdi. “Ürvə bin Zübeyr nəql edir ki: “Tibbi, şeiri və fiqhi Aişədən
daha yaxşı bilən birini görmədim.”
267
Aişə bint Əbu Bəkr Peyğəmbərlə (s) çox vaxt
səfərlərdə olmuşdur. Onun iştirak etdiyi ən məşhur səfərlərdən biri hicri beşinci ildə
(m.627) Bəni Müstəliq qəzvəsidir. Peyğəmbər (s) səfərə çıxan zaman onu da özü ilə
götürmüş, savaşdan sonra Mədinəyə dönərkən ordunun istirahət etdiyi bir yerdə Aişə
ehiyacını ödəmək üçün dəvəsindən enmiş və ordudan uzaqlaşmışdır. O, geri
dönərkən boyunundakı boyunbağını itirdiyini zənn edərək geriyə, boyunbağını
axtarmağa qayıtmışdır. Onun dəvədə olduğunu zənn edənlər orduya hərəkət əmirini
vermiş və oradan uzaqlaşmışlar. Aişə geri dönən zaman kimsəni görmədi və onu
axtaracaq deyə yerində dayanıb gözləmişdir. Ordunun ardınca gələn Səfvan
binMüəttəl Aişəni gördükdə onu dəvəsinin arxasına mindirmiş və orduya
yetişdirmişdir. Burada olan Abdullah bin Übey bin Səlul Aişə əleyhinə iftira demiş və
dedi-qodu yaratmışdı. Bu iftiraya etiraz olaraq Allah “Nur” surəsinin 11-21-ci
ayələrini göndərmiş və bu böyük iftiranın kökünü kəsmişdi.
268
Aişənin özünün də
rəvayət etdiyi kimi Allah Qurani-kərimdə Peyğəmbərin (s) xanımı haqqında bundan
başqa heç bir ayə nazil etməmişdir. Bunu Buxari “Səhih” əsərində
269
, ondan da bir
çox alimlər nəql etmişlər.
Səhabə qabınlar içərisində böyük nüfuz sahibi olan Aişənin haqqında görkəmli
ərəb şairi və məşhur səhabə Həssan bin Sabit demişdir:
“İffətlidir, namusludur, bir şübhə üzərinə ittiham edilə bilməz, Mədəsində təmiz
kişilərin əti yoxdur (kiminsə qeybətin etməz).”
270
263
İ. Canan, Kütubus-sittətərcüməsivəşərhi
264
Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 304
265
SüleymanNədvi, c. V, səh. 12-25
266
İ. Canan, Kütubusittətərcüməsivəşərhi,c. I,səh. 78
267
Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 305
268
bax: İslamEnsiklopediyası, c. I, səh. 201-202
269
Səhihi-Buxari, hədis № 4827, İbn Həcər, Fəthül-bari, c. VIII, səh. 443, İbn Kəsir, əl-bidayə, c. VIII, səh. 96
270
Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 306