[61]
Tarixi məlumatlara görə Aişənin Peyğəmbərdən (s) heç bir övladı olmamışdır.
Aişəni digər qadın səhabələrdən fərqləndirən ən ümdə məsələlərdən biri də onun
siyasi fəaliyyəidə olmasıdır. Onun siyasi fəaliyyətinə gəldikdə demək olar ki, onun bu
fəaliyyəti ilk iki xəlifənin dövründə nəzərə çarpacaq dərəcədə deyildir. Onun hər iki
xəlifə ilə münasibətləri yaxşı olmuşdur.
İkinci xəlifə Ömər bin Xəttab ona beytül-maldan ildə on iki min dirhəm pul
vermişdir.
271
İslamın üçüncü xəlifəsi Osman binƏffanın dövründə (644-656) Aişə
onun bəzi qərar və təsərrüfləri ilə razılaşmayıb, onun əleyhinə çıxmışdır və ona qarşı
son dərəcə sərt olmuşdur.
Mədinəyə gələnlər ondan xəlifənin bəzi təyinlərindən vaz keçməsini istəmişlər.
Buna görə də o, xəlifədən xəlifənin süd qardaşları olan Kufə valisi Vəlid binÜqbəni
və Misir valisi İbn Əbinivəzifədən azad etməsini tələb etmişdir.
Hicri 36-cı ildə (m.656) Aişə ilə İmam Əli (ə) arasında baş verən müharibə
Cəməl müharibəsi adlanır. Döyüşü uduzan Aişə əsir düşmüşdür. İmam Əli (ə)ona
qayğı göstərmiş, onu qardaşı Məhəmmədbin Əbi Bəkrin nəzarəti altında Bəsrəyə
göndərmiş, ona on iki min dirhəm verərək Bəsrəli qırx qadınla Mədinəyə yola
salmışdır.
272
İmam Əli (ə) bu dəhşətli döyüşdən əvvəl bu savaşın təşkilatçılarını və başında
duranlanlarını qınayaraq buyurmuşdur:
“Ömrümə and olsun, haqqa qarşı duranlara, azğınlığa ayaq basanlara qarşı
savaşdan heç vaxt çəkinməyəcəyəm. Ey Allah bəndələri, Allahdan qorxun, çəkinin,
ona sığının…”.
273
Qaynaqların verdiyi məlumatlara görə Aişə bint ƏbiBəkr hicrətin 57 və ya 58-ci
ilində 66 yaşında vəfat etmişdi. Bəqi qəbiristanlığında dəfn edilən Aişənin cənazə
namazını Əbu Hüreyrə qıldırmışdır.
274
5.Abdullah bin Abbas
Abdullah bin Abbas bin Əbdülmütəllib bin Haşim bin Əbdülmənaf Peyğəmbərin
(s) əmisi oğludur. Onun anası Ummulfəzl Lübabə bint Haris əl-Hilaliyyədir.
275
Abdullah bin Abbas muksirun səhabələrdən olub Peyğəmbərdən(s) 1.660 hədis
rəvayət etmişdir.
276
Hicrətdən üç il əvvəl doğulmuş İbn Abbas haqqında Peyğəmbər
(s):“Allahım, onu dində fəqih et və Quranın yozumunu ona öyrət” deyə dua
etmişdir.
277
Bəzi qaynaqlarda Peyğəmbərin (s) onun haqqında “Allahım, ona hikməti
öyrət” deyə dua etməsi də qeyd edilir.
Səhabələr içərisində öz elmi dünyagörüşü ilə tanınan Abdullah bin Abbas
“bəhrül-ümmə” və “fəqihül-ümmə” ləqəblərilə şöhrət tapmışdır. O, təfsir, fiqh, hədis
və digər elmlər sahəsində dərin biliyə malik olmuş, xüsusilə də Qurani-kərimin izah
edilməsində böyük işlər görmüşdür. Kiçik yaşlarında Peyğəmbərin (s) yanında olan
271
İslamEnsiklopediyası, c. II, səh. 201-202
272
həmin mənbə, c. II, səh. 201-202
273
Nəhcul-bəlağə,səh. 196
274
bax: Sübhi əs-Saleh, Hədis elmləri və Hədis itilahları, səh. 306, İ. Canan, Kütubus-sittətərcüməsivəşərhi, c. I, səh. 78
275
Ali Özək, HədisRicalı,səh. 55
276
Cəfər Sübhani, Üsulul-hədisvəəhkamuhu, səh. 125, H. S. əd-Dari,
Muhadaratfiülumil-hədis, səh. 169
277
Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları,səh. 306
[62]
bu məşhur səhabə Həzrətin (s) əxlaqı ilə əxlaqlanmış, onun və həzrət Əlinin (ə)
elmindən geniş istifadə etmişdir.
Elm və anlayışının yüksək olması onu xəlifələrin köməkçisi etmişdir. Xəlifə
Ömərdən onu yaşlılarla bir tutması səbəbi soruşulduqda: “Şübhəsiz İbn Abbas bir
gəncdir. Onun çox soruşan bir dili, çox anlayışlı bir qəlbi vardır”
278
demişdir.
Qaynaqların məlumatına görə Peyğəmbər (s) ona “tərcümanül-Quran” ləqəbini
vermişdir.
279
Abdullah bin Abbasın təfsiri xeyli vaxt müsəlmanlar içərisində oxunmuş,
alimlər də onun haqqında: “Rumlular bunu oxusaydılar, mütləq müsəlman olardılar”
demişlər. Ondan bu qədər elmi nə ilə əldə etdiyi deyə soruşulduqda: “Çox soruşan bir
dil və anlayışlı bir qəlb ilə” deyə cavab vermişdi.
İmam Əlinin (ə) məşhur tələbələrindən olan İbn Abbas Peyğəmbərin (s) vəfatı
zamanı 13 yaşında bir gənc idi.
280
Peyğəmbər (s) ona bir çox tövsiyələr etmişdi. O mübarək nəsihətlərdən biri
budur:
“Övladım, sənə bir neçə söz nəsihət edirəm. Geniş vaxtında Allaha özünü sevdir
ki, o da səni sıxıntı zamanı sevsin…”
Məşhur İslam alimlərindən olan İbn Əsir yazır: “Özündən əvvəl söylənmiş olan
hədislərlə əlaqəli xüsusları heç kim İbn Abbasdan yaxşı bilməzdi. Şeir, ərəb dilini,
təfsir, hesab, fəraiz mövzularında onlan daha alim kimsə yoxdur. İbn Abbas bir gün
fiqh, bir gün məğazi, bir gün də əyyamül-ərəb ilə məşğul olardı.”
Bu məhşur səhabədən bütün məzhəb alimləri hədis rəvayət etmişlər.
İbn Abbas 71 yaşında hicri 68-ci ildə Taifdə vəfat etmişdir.
281
Digər qaynaqlar
isə onun hicri 74-cü ildə Mədinədə vəfat etidiyini qeyd edir.
282
6.Cabir bin Abdullah
Cabir bin Abdullah bin Haram əl-Ənsari əs-Süləmi Allah Rəsulunun (s) ən
məşhur səhabələrindən biridir. Cabirin üç müxtəlif künyəsi vardır: Əbu Abdullah,
ƏbuƏbdürəhman və Əbu Məhəmməd. O, Mədinədə doğulmuşdur və Xəzrəc
qəbiləsindəndir. Muksirun səhabələrdən olan Cabir həzrət Peyğəmbərdən (s) 1.540
hədis rəvayətetmişdir.
283
Cabir bin Abdullah dayısı və atası ilə birlikdə Peyğəmbərə (s) beyət etmək üçün
Mədinədən Məkkəyə gəlib ikinci Əqəbə beyətində olan uşaq səhabədir.
284
Cabirin atası Ühud qəzvəsində ilk şəhid edilən səhabə anası isə Ənisə (Üneysə)
bint Anəmə Həzrət Peyəğəmbərə (s) ilk beyət edən xanımlardandır. Hicrətdən on altı
il öncə (m.607) Mədinədə doğulan Cabir İslamın 19 qəzvəsində iştirak etmişdir. O,
yalnız Bədr və Ühud qəzvələrində iştirak edə bilməmişdir. Cabir bunu belə açıqlayır:
“Rəsulu-əkrəm (s) ilə birlikdə on doqquz hərbdə iştirak etdim, yalnız Bədr və
278
MustafaEriş,Səadətçağındansimalar, c. I,səh. 141
279
Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 307
280
Mustafa Eriş, Səadətçağındansimalar, c. I,səh. 140
281
Ali Özək,HədisRicalı, səh. 57
282
Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 309
283
İ.Canan,HəlisüsuluvəHədistarixisəh. 83, A. Özək, HədisRicalı,səh. 58
284
Sübhi əs-Saleh,Hədis elmləri və Hədis istilahlarısəh. 309, Mustafa Eriş, Səadətçağındansimalar c. I,səh. 75