Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə40/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   36   37   38   39   40   41   42   43   ...   199

[86] 

 

hədisin  müxtəlif  sahələrini  öyrənməklə  məşğuldur.  Həmin  elmlər  içərisində  ən 



məşhurları aşağıdakılardır: 

 

I.Cərh və tədil elmi 

Cərh sözü luğətdə yaralamaq, tədil isə ədaləti bəyan etmək mənasındadır. Hədis 

elminin bu şöbəsində hədisi nəql edən ravilərin qüsurları və ya məziyyətləri incələnir. 

Əgər  cərh  və  tədil  elmi  olmasa,  şübhəsiz  ki,  ravilərin  araşdırılması,  onların  fasiq 

olanını  ədalətli  və  siqə  (güvənilən)  olanından  ayırmaq  qeyri-mümkün  olacaqdır. 

Həmçinin  ravinin  tam  şəkildə  araşdırılıb  ortalığa  çıxarılmaması  nəql  olunan  hədisin 

səhhətini  də  şübhə  altına  qoya  bilər.  Çünki  hədisin  səhih  və  ya  zəif  olması  ravinin 

güvənilir (siqə) olub olmamasından da asılıdır. Buna görə də hədis alimləri elmin bu 

şöbəsinə  xüsusi  önəm  vermişlər.  Məşhur  alim  Hakim  ən-Nişapuri  bu  elm  haqqında 

demişdir:“Cərh  və  tədil  hədis  elminin  bir  səmərəsi  və  böyük  ölçüdə  olan  bir 

qoludur.”

401

Böyük  hədis  alimləri  cərh  və  tədil  elminin  dəlilini  Qurani-kərim  və 



hədisi-şəriflərdə görürlər. Çünki Qurani-kərimdə  və hədislərdə xəbər  verən şəxslərin 

kimliyini  aydınlaşdırmaq  tövsiyə  olunmuşdur.  Belə  ki,  bu  məsələ  Qurani-kərimdə 

belə bəyan edilir: 

“Ey 

iman 

gətirənlər! 

Sizə 

bir 

fasiq 

xəbər 

gətirərsə, 

onu 

aydınlaşdırın.”

402

Peyğəmbər(s) isə hədislərinin birində buyurmuşdur: 

“Elmi şəhadəti qəbul edilən kimsələrdən alın.” 

Cərh  və  tədil  elminin  mövzusunda  da  göründüyü  kimi  hər  hansı  bir  ravi 

haqqında  mənfi  və  ya  müsbət    fikir  söyləmək  çətin  və  məsuliyyətli  bir  işdir.  Çünki 

İslam dinində hazırda olmayan şəxs haqqında danışmaq, yəni qeybət etmək qadağan 

olunmuş  əməllərdəndir.  Amma  burada  məqsəd  şübhəsiz  ki,  qeybət  yox,  əksinə 

dinimizin qorunmasına yönələn bir işdir. Bunu məşhur hədisşünaslardan olan Tirmizi 

(öl.279/392  h/q)  belə  açıqlamışdı:  “Hədisşünasları  birinin  digərini  cərhə  sövq  edən 

şey  bizə  görə  müsəlmanların  yaxşılığını  istəməkdir.  Yoxsa  onların  müsəlmanları 

qeybət  etməyi  qəsd  etmiş  olmaları  ağıla  belə  gələ  bilməz…  Cərh  və  tədil  alimləri 

dinə qarşı hiss etdikləri şəfqətdən dolayı ravilərin əhvalını bəyan etmişlər.”

403

 

Cərh  və  tədil  baxımından  ravilər  “mətainu  aşara”  (on  pis  söz)  deyilən  sözlər 



vasitəsi ilə tənqid edilərək ayrı-ayrı sözlərlə dəyərləndirilir. Bu on sözün beşi ravinin 

ədalət sifətinə, digər beşi isə zabt sifətinə  yönəlir. Çünki hər bir ravidə olan sifətlər 

ədalət və zabt deyə ikiyə ayrılmışdır. Mətainu aşara aşağıdakılardır: 

 

A)Ədalət sifətinə aid olan sözlər: 

 

I.

 

Kizbür-ravi 

Ravinin hədis rəvayətində yalançılığı. Əgər bir şəxs Peyğəmbərin (s) və ya digər 

Məsumların  (ə)  adlarına  yalan  nisbət  edərsə,  belə  şəxslərdən  heç  vaxt  rəvayətqəbul 

                                                 

401

Mərifətu ülumil-Hədis, səh. 52 



402

Hucurat-6 

403

İ. Çakan, Hədis üsulu, səh. 91 




[87] 

 

olunmur. Belə ravilər  “kəzzab”, “əkzibün-nas”  və s. terminlər ilə tanıdılır və  onların 



rəvayət etdikləri xəbərlərə “mövzu”, “zəif” və s. adlar verilir. 

 

II.



 

İttihamür-ravi bil-kizb 

Ravinin  yalançılıqda  ittiham  edilməsi.  Əgər  bir  ravi  hədis  rəvayətində  yalan 

söyləməsə  də,  amma  gündəlik  həyatında  yalan  danışarsa,  onun  hədisdə  də  yalan 

danışması istisna edilmir. Belə ravinin rəvayətetdiyi hədis “mətruk” adını alır. 

 

III.

 

Fisqür-ravi 

Ravinin günahkarlığı. Əgər bir ravi İslamın əmr və qadağalarına əməl etməzsə, 

ona fasiq deyirlər və onun rəvayəti heç vaxt qəbul edilməz. Onun rəvayətetdiyi hədisə 

isə “münkər” adı verilmişdir. 

 

IV.

 

Cəhalətür-ravi 

Ravinin  tanınmaması.  Əgər  hədis  nəql  edən  ravinin  zatı  və  halı  bilinməzsə, 

ondan rəvayətqəbul edilməz. Belə ravinin nəql etdiyi hədisə “məchul” deyilmişdir. 

 

V.



 

Bidətür-ravi 

Ravinin  bidət  əhlindən,  yəni  müxtəlif    bidət  olaraq  ortaya  çıxmış  hər  hansı  bir 

məzhəbdən olması. 

 

B)Zabt sifətinə yönələn sözlər: 

 

I.Kəsrətül-qələt 

Ravinin  rəvayətində  çox  yanlış  (səhv)  etməsi.  Əgər  ravi  rəvayətində  çox  səhvə 

yol  verirsə,  onun  nəql  etdiyi  hədislər  məqbul  sayılmır  və  rəvayətinə  də  “münkər” 

deyilir. 

 

I.

 

Fartül-qəflət 

Ravinin  ifrat  dərəcədə  diqqətsiz  və  qafil  olması.  Bu  ravinin  diqqət  göstərməsi 

lazım  olan  yerlərdə  qəflət  etməsidir  ki,  bu  da  onun  rəvayətinin  qəbul  edilməməsinə 

səbəb olur. 

 

II.

 

Vəhm 

Ravinin nəql etdiyi hədisin mətn və sənədində xətaya yol verməsi. Əgər bir ravi 

mərfu  hədisi  məvquf  kimi  nəql  edərsə,  onun  rəvayəti  qəbul  edilməz.  Onun 

rəvayəti“məlul” adlanır. 

 

III.

 

Müxaləfətüs-siqat 

Ravinin  özündən  də  siqə  (güvənilən)  bir  raviyə  müxalif  olaraq  rəvayət  etməsi. 

Əgər bir ravi özündən daha güvənilən digər bir raviyə əks olaraq hədis rəvayətedərsə, 

onun  rəvayəti  məqbul  hesab  edilmir.  Belə  ravinin  nəql  etdiyi  hədisə  “müdrəc”, 

“məqlub”, “müztərib”, “müsəhhət”, “mühərrəf” və s. deyilmişdir.  



Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə