[88]
IV.
Suil-hifz
Ravinin yaddaşının zəif olması. Əgər bir ravinin hafizə qüvvəsi pis olarsa, onun
nəql etdiyi hədis qəbul edilmir.
404
Cərh və tədildə işlənən bəzi kəlmələr
Hədisşünaslar və rical alimləri hədis rəvayət edən ravini mədh və təzkiyə,
həmçinin məzəmmət və cərh etmək üçün bəzi kəlmələr işlətmişlər. Ümumiyyətlə
ravilər haqqında işlədilən kəlmələr iki qismdir:
I.Mədh və təzkiyə edən kəlmələr
a)Oadilvəgüvəniləndir
b)Höccətdir
c) Onun hədisi səhihdir.
II.Məzəmmət və cərh edən kəlmələr
a) Zəifdir
b) Yalançıdır
c) Həddi aşandır
d) Zəif, səbəbsiz söz deyəndir
e)Bir şey deyil, heç bir dəyəri yoxdur.
405
Rəvayəti qəbul və ya rədd edilən kimsə
Əvvəldə qeyd etdiyimiz kimi hədis elmində kimin rəvayəti qəbul edilir və yaxud
da kimin rəvayəti rədd edilir mövzusu ən əhəmiyyətli və ən faydalı mövzulardan
biridir. Bu mövzuya bəzi hədisşünaslar“Ravidə aranan şərtlər” adı altında toxunurlar.
Ümumiyyətlə ravidə aranan şərtlər aşağıdakılardır:
1. Müsəlman olmaq. Bütün İslam alimləri hədis rəvayət edən şəxsin müsəlman
olması şərtini irəli sürmüşlər. Deməli, qeyri-müsəlmanın və həmçinin mürtəd olan
şəxsin rəvayəti heç vaxt qəbul edilmir.
Məşhur hədisşünas Zeynüddin əl-Amili yazır:“Hədis imamları və fiqh üsulçuları
ravinin müsəlman olmasında həmfikirdirlər. Kafirin, yəhudi və xristian kimi qeyri-
qiblə əhlinin və həmçinin məcusi, xaricilər, ğulat və s. şəxslərin rəvayətləri qəbul
edilmir.”
406
404
geniş məlumat üçün bax: İ .Çakan, Hədis üsulu, səh. 93-95, İ. Canan, Hədis üsulu və Hədis tarixi, səh. 466-474
405
geniş məlumat üçün bax: Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 153-170, Zeynüddin əl-Amili, ər-Riayə fi
elmid-dirayə, səh. 209
406
ər-Riayə fi elmid-dirayə, səh. 181-182
[89]
2. Ağıl sahibi olmaq.Hədisşünaslara görə dəli olan adamdan heç vaxt
rəvayətqəbul edilməz.
3. Həddi buluğa yetişmək. Hədis alimləri yetkinlik yaşına yetişməyən
uşaqlardan gələn rəvayəti qəbul edilməz bilmişlər.
4. İmanlı olmaq. Burada şiə alimlərinin iman dedikdə, ravinin etiqadının şiə-
imamiyyə məzhəbində olmasını şərt bilmişlər. Bu şərt bir çox şiə hədis alimlərinin
əsərlərində, o cümlədən Zeynüddin əl-Amilinin“ər-Riayə fi ilmid-dirayə”
407
,Həsən
bin Zeynüddinin“əl-Məalim”
408
, Cəfər Sübhaninin “Üsulul-hədis və əhkamuhu”
əsərlərində
409
yer almaqdadır.
Lakin bəzi şiə alimləri, o cümlədən Məhəmməd bin Həsən ət-Tusi“İddətül-üsul”
adlı əsərində
410
şiə olmayan şəxsin İmamlardan (ə) etdiyi rəvayəti məqbul hesab
etmişdir.
411
Həmçinin hədis rəvayət edən ravi əgər şiə məzhəbinin hansısa bir firqəsinə
mənsub olsa, məsələn Vaqifiyyə, Fəthiyyə, Navusiyyə kimi, onunrəvayətinə baxmaq
lazımdır. Əgər onun nəql etdiyi xəbər siqə hesab edilənlərə ziddirsə, qeyri-məqbul,
əgər siqə hesab edilənlərə zidd deyilsə, məqbul hesab edilə bilər.
412
5. Ədalətli olmaq. İslam alimləri onun mənası və şərtləri haqqında ixtilaf
etmişlər. Lakin məşhur görüş budur ki, insanın təqvalı olmasına səbəb olan işləri icra
etmək, böyük günahlardan və həmçinin kiçik günahlardan çəkinmək, insanın
mürüvvətinə (insanın əxlaqi yönünə) mənfi təsir edən amilləri tərk etmək və s.
ədalətli olmağa dəlalət edər.
Onun şərtlərinə gəldikdə isə alimlərin bir qrupunun fikrincə bu ağıl, həddi-
buluğ, İslam, etiqad, dəyanət, sidq, mürüvvət, şöhrətdən ibarətdir.
413
6. Zabt sifətinə malik olmaq. Zabt dedikdə, ravinin təhəmmül etdiyi (öyrənib
rəvayətetdiyi) bir rəvayəti əda anına qədər aldığı (öyrəndiyi) şəkildə muhafizə
etməsidir. Bunu Cəfər Sübhani belə tərif edir:“Zabt dedikdə məqsəd (ravinin)
əzbərindən dediyi hədisi muhafizə etməsi. Əgər onu kitabına yazıbsa, onu səhvdən,
yanlış oxumadan və təhrifdən rəvayət edən zaman qorumasıdır.”
414
Ravinin ədaləti necə bilinir?
Ravinin ədaləti aşağıdakı yollarla məlum olur:
1. Şöhrət yolu ilə
407
səh. 181-182
408
səh. 200
409
səh. 132
410
səh. 379-381
411
Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 133
412
bax: həmin mənbə, səh. 133
413
bax: İ. Canan, Hədis üsulu və hədis tarixi, səh. 460-461, Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 134
414
Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 135
[90]
Əgər bir ravinin ədalətli olması alimlər arasında məşhurdursa, onun adil
olmasına şəkk edilməz.
2. Ravinin haqqında üsul alimlərinin tədil etməsilə
Əgər ravi haqqında cərh və tədil vaqi olarsa, onun ədalətli olması ortalığa
çıxarsa, bu halda ravi ədalətli qəbul edilir.
3.Ravidən iki adil şəxsin rəvayət etməsi yolu ilə
Ravidən iki adil şəxs rəvayətedərsə, bu onun ədalətli olmasına dəlalət edər.
4.Ravidən bir nəfər adilin rəvayət etməsi yolu ilə
Əgər bir ravidən bir nəfər adil şəxs rəvayətedərsə, bu həmin ravinin ədalətli
olmasına dəlalət edər.
415
Ravinin ədaləti məsələsinə gəldikdə, burada olan şərtlər həqiqətən insanda belə
bir təsəvvür yaradır ki, müsəlmanlar aldıqları hədisləri çox incə və dərin bir diqqətlə
öyrənmiş və onu tarix boyu çox böyük qeyrətlə qoruyub saxlamışlar. Bəlkə də bu
Peyğəmbərimizin (s) böyük möcüzələrindən biridir ki, möminlər onun müqəddəs
kəlamlarına bu qədər böyük önəm vermiş və o, Həzrətin (s) sünnəsini olduğu kimi
yaşamışlar. Həmçinin Peyğəmbərimizi (s) digər peyğəmbərlərdən (ə) fərqləndirən ən
mühüm xüsusiyyətlərdən biri də yenə o Həzrətin (s) sünnəsinin qorunub
saxlanmasıdır. Çünki biz tarixə nəzər salsaq keçmiş peyğəmbərlərin heç birindən bu
qədər hədislər rəvayət olunmamış və öz ümmətləri tərəfindən bu qədər muhafizə
edilməmişdir.
II. Hədis raviləri (Rical) elmi
Hədis elminin bu şöbəsində ravilərin bioqrafiyaları, təbəqələri, onların tarixi,
şeyxləri və tələbələri, vətənləri və s. öyrənilir. Hədis elmləri içərisində ən mühüm
elmlərdən hesab edilən rical elminin tarixi qədimdir.
Mənbələrin verdikləri məlumatlara görə bu elm “sədrül-İslam” dövründə
meydana çıxmışdır
416
.
Şübhəsiz ki, bu elmin qədimliyi onun əhəmiyyətindən xəbər verir. Çünki bu
elmin vasitəsi ilə ravilərin halları və təbəqələri öyrənilir və bunun da nəticəsində
hədisin sənədinin səhih və ya zəif olması məlum olur.
Bu elmə olan ehtiyac Peyğəmbərin (s) vəfatından sonra daha da güclənmişdir.
Çünki onun (s) vəfatından sonra hədis dəllalları Həzrətin (s) sünnəsinə etiraz olaraq
hədis uydurmağa başladılar. Peyğəmbərin (s) adına uydurulmuş hədislər az da olsa
özünü biruzə vermiş və ən mötəbər hədis kitablarında belə yer tapmışdır. Amma buna
baxmayaraq İslam alimləri zəif raviləri doğrularından ayırmaq üçün rical elminin
əsasını qoymuş və bu sahədə külli miqdarda əsərlər meydana gətirmişlər.
Rical elminə aid əsərlər hələ birinci hicri əsrdə yazılmışdır. Bu sahədə
Ubeydullah bin Əbi Rafei “ət-Təbəqat”, Abdullah əl-Kənani (öl.219 h/q) “ər-Rical”,
415
Haris Süleyman əd-Dari, Muhadarat fi ülumil-hədis, səh. 94-95
416
Seyid Əli Xamneyi, əl-Üsulu ərbəə fi ilmir-rical, səh. 5
Dostları ilə paylaş: |