[96]
VII.əl-İsavə ya
əl-Vəsiyyət(Şeyxin rəvayətetdiyi hədisləri ehtiva edən kitab və ya
cüzü, vəfat edərkən və ya bir səfərə çixarkən bir şəxsə vəsiyyət etməsi)
Bu haqda hədisşünaslar arasında görüş ayrılığı olsa da, onların çoxu bu cür rəvayət
metodunu caiz bilmişlər.
VIII.əl-Vicadə-“tapmaq” mənasına gələn bu metod, bir ravinin əlyazma bir kitab və
ya bəzi hədis səhifələrini taparaq ondan rəvayət etməsidir. Belə birkitabı tapan
kimsənin həm şeyxin müasiri ola bilər, həm də olmaya bilər. Amma gərək o hədisləri
rəvayət edən zaman “həddəsəni” və “əxbərəni” sözlərindən istifadə etməyə. Ravi
belə kitablardan hədis rəvayət edən zaman “vəcədtü bi xətti fülan” və s. ifadələrdən
istifadə edə bilər.
425
VIII FƏSİL
HƏDİS RƏVAYƏT ETMƏYİN YOLLARI
8.1.RƏVAYƏTİN ADABI
425
Bu fəsildən yer alan mövzular üçün bax: Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 225-230, Əllamə Məclisi,
Biharül-ənvar, c. II, səh. 445-446, Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 68-80, İ. Canan, Hədis üsulu
və hədis tarixi, səh. 502-517
[97]
Rəvayəthədisin təhəmmül və ədası deməkdir. Rəvayətbir öyrənib-öyrətmək
fəaliyyətidir. Adab isə “ədəb” kəlməsinin cəmi olub hər hansı bir məslək
mənsublarının tabe olması vacib olan mənəvi qayda və elmi metodlardır.
Bildiyimiz kimi hədis elmlərin ən şərəflilərindəndir. Çünki onun əsas
qayələrindən biri əxlaqı saflaşdırmaq və insan xarakterini (təbiətini)
gözəlləşdirməkdir. Buna görə də hədis öyrənən və öyrədən şəxsin bu işdə mütləq saf
və təmiz qəlbi olmalıdır.
Ümumiyyətlə hədis alimləri hədis öyrənib-öyrədən adamın müəyyən adaba
məxsus olduğunu göstərmişlər. Hədis kitablarında mövzuya aid başlıqlar “Adabül-
mühəddis” və “Adabu-talibil-hədis” adı aldtında keçməkdədir.
Bu mövzuya aid irihəcmli əsəri Xətib əl-Bağdadi (öl. 463/1071) yazmışdı. Onun
bu mövzu haqqında yazdığı əsərin adı “əl-Cameu li əxlaqir-ravi və adabüs-sami”dir.
O, bu əsərində hədis öyrədən və hədis öyrənənin əxlaq və əməl etməsini tövsiyə
etmişdir.
A)
Hədis öyrənənin adabı
İlahiyyat elmləri içərisində öyrənilməsi zəruri hesab edilən hədis elmi
Peyğəmbər (s) və onun pak əhli-beytinin (ə) əxlaqi gözəlliklərini, yüksək ədəblərini
və müqəddəs yaşayışlarını və s. ehtiva etdiyindən bu elmi öyrənməyin əlbəttə ki,
böyük faydaları vardır. Şübhəsiz ki, belə bir müqəddəs elmi öyrənməyin böyük
fəzilətləri olduğu kimi özünəməxsus adab qaydaları da vardır.
Hədis öyrənən şəxsin bir neçə adaba əməl etməsi zəruri sayılmışdır ki, onlardan
da bir qismi aşağıdakılardır:
I. İxlas (təmiz niyyət)
Hədis öyrənənin ilk adabı təmiz niyyətdir. Hədis öyrənməyə başlayan şəxs
gərək niyyətini təmiz edərək gördüyü işi və öyrəndiyi elmi Allaha xatir etmiş olsun.
Çünki insanın gördükləri iş əgər Allah rizası üçün olmazsa, şübhəsiz ki, onun
faydaları lazımı nəticəni verməyəcəkdir. Peyğəmbər (s) buyurur: “Hər bir əməl
niyyətə mövcuddur”. Deməli, hədis elmini Allaha xatir öyrənən kimsə dünya və
axirət xoşbəxtliyinə nail olur, Allah və bəndə yanında yüksəlir, şərəflənir.
Həmmad bin Sələmə yazır: “Hədis elmini Allah rizasından başqa bir amacla
öyrənən öz-özünüaldadır.” Xətib əl-Bağdadi yazır: “Hədis öyrənən şəxs öyünmək və
riyakarlıqdan çəkinməli, hədis öyrənməkdə məqsədi əsla rəyasətə keçmək və s.
olmamalıdır.”
426
II. Üstün əxlaq
Hədis öyrənən şəxs gərək fərdi və ictimai həyatında özünü əxlaqlı aparmalı,
əxlaqın bütün keyfiyyətlərini özündə əks etdirməlidir. Çünki Peyğəmbərin (s) və
onun pak əhli-beytindən olan məsum imamların (ə) kəlamları əxlaqi anlayışları ehtiva
etməkdədir.
426
əl-Cameu li-əxlaqir-ravi və adabüs-sami
[98]
Peyğəmbər
(s) buyurur:
“Mən gözəl əxlaqı tamamlamaq üçün
göndərildim.”Deməli, Peyğəmbər (s) yolunu gedən hər bir fərd bütün davranış
qaydalarında nəzakətli olmalı və ali əxlaqi keyfiyyətlər nümayiş etdirməlidir. İmam
Əli (ə) buyurur: “Ey elm öyrənən! Elm bir çox fəzilətlər sahibidir. Bunların başı
təvazökarlıq, gözü həsəddən uzaqlıq, qulağı anlayış, dili doğruluq, hifzi araşdırma,
qəlbi təmiz niyyət, ağılı əşyanı və vacib olan işləri bilmək, əli rəhmət, ayağı alimləri
ziyarət, himməti ayıblardan salamat olmaqdır...”
427
III. Hədisi əhlindən almağa çalışmaq
Hədis öyrənən şəxs gərək hədisi ictimaiyyətdə yüksək əxlaqı, elmi, təqvası və
əməli ilə tanınan şəxslərdən alsın. Əgər onun vətənində belə məziyyətlərə malik bir
alim yoxdursa, yaxşı olar ki, imkan daxilində səfərə çıxsın.
IV.Məslək sahibi olmaq
Hədis öyrənən şəxs ailə sahibidirsə, gərək onların yaşayışlarını təmin edə,
ailəsinin rifahı üçün bütün mövcud imkanlardan istifadə etməlidir. Əks təqdirdə
Peyğəmbərin (s) və digər Məsumların (ə) sünnəsini pozmuş olar. Peyğəmbər (s)
buyurmuşdur: “Hər kəs halal yolla özünün və ailəsinin ruzisini təmin etmək üçün
çalışsa, onun savabı Allah yolunda cihad edən şəxslərin savabı kimidir.”
428
Həzrət (s)
digər bir hədisində buyurur:
“Hər kəs maddi imkanları olan halda öz ailəsinin rifahını və rahatlığını
genişləndirməsə bizdən deyildir.”
429
V. Öyrəndiyini digərlərinə öyrətməlidir
Hədis öyrənən şəxs gərək öyrəndiyi hədisləri digər şəxslərə də öyrətsin.
Həmçinin ondan bir şey soruşularsa, bildiyi halda gərək onları gizlətməyə, əks halda
Allahın qəzəbinə səbəb olar. Çünki Peyğəmbər (s) buyurur: “Hər kəs bir elmi bildiyi
halda gizlətsə, qiyamət günü Allah onu oddan olan noxta ilə noxtalayacaqdır.”
430
VI. Müəllimə ehtiram etmək
Hədis tələbəsi gərək öz ustadlarına təzim edib onların ehtiramını saxlasın. Hədis
öyrənən şəxsə yaraşmaz ki, öz ustadına qarşı sayğısız olsun, onun ehtiramını
saxlamasın. Peyğəmbər (s) buyurur: “Ata üçdür: 1).insanı dünyaya gətirən ata,
2).Qayınata. 3).Müəllim.
431
İmam Əli (ə)isə buyurur: “Əgər valideyniniz və
müəlliminiz siz oturan məclisə girərsə, dərhal ayağa qalxın.”
Göründüyü kimi müəllimin məqamı çox uca bir məqam olduğundan Məsumlar
(ə) bu işə xüsusi önəm vermiş və ona ehtiramı vacib bilmişlər.
427
Xətib Bağdadi, adı çəkilən əsəri, səh. 28
428
Vəsailüş-şiə, c. XII, səh. 11
429
Müstədrəkül-vəsail, c. II, səh. 643
430
Üsuli-kafi, c. I, kitabül-elm fəsli
431
İsna əşəriyyə, səh. 81