[115]
comərdliyi, hədisin sağlamını çürüyündən ayıra bilməsi, ayrıca hədislərin nasix və
mənsuxuna vaqif olması, Allahın kitabı Quran və Peyğəmbərlə (s) əlaqədar xəbərləri
əzbərləməsi… üləma və füqəhadan çoxuna müyəssər olmayan imkanlardandır.
478
Mənbələrin məlumatına görə Şafei bir müddət Yəmənin Nəcran bölgəsində
qazılıq etmişdir. Həmin işində olan zaman dövrün xəlifəsi Harun ər-Rəşidə (786-809)
Şafeinin xilafəti ələ keçirmək fikri olduğu haqqında məlumat verilmişdi. Bunu eşidən
xəlifə onu dərhal xilafətin mərkəzinə çağırmış və hicri 184-cü ildə orada xəlifə ilə
görüşərək onun hüzurunda Məhəmmədbin əl-Həsən ilə münazərə (elmi çəkişmə)
etmişdir. Bu münazərədə Şafeinin böyük elmi şəxsiyyət olması Məhəmməd bin əl-
Həsənə və məclisdə olanlara sübut oldu və bundan sonra əl-Həsən onun xilafəti ələ
keçirmək iddiası olmadığını xəlifəyə bildirmişdi.
Məhəmməd bin İdris hicri 195-ci illdə ikinci dəfə İraqa getmiş və Əhməd bin
Hənbəl ilə görüşmüşdür.
479
O, hicri 199-cu ildə Misirə getmiş və 204-cü ildə (miladi
820) 54 yaşında orada vəfat etmişdir. Qəbri Misirdə ziyarət edilməkdədir.
Məhəmməd bin İdris əş-Şafei həm də İslamda böyük məzhəblərdən biri olan
şafeilik məzhəbinin banisidir. O, dövrünün dərin İslam hüququnun bilicisi kimi
tanınmışdır. Mənbələrin məlumatına görə o, hənəfilik və malikilik məzhəblərinin
ehkam və hüquq prinsiplərini sadələşdirmiş, onların arasındakı ziddiyətləri aradan
qaldırmış və öz məzhəbini yaratmışdır. Şafei həm də İslam hüquq prinsiplərini
sistemləşdirmişdir:
1. Quran və sünnə vahid fiqh mənbəyidir.
2. Sünnə yalnız Quranı tamamlayır.
3. Bu işdə Mədinədən olan hədis ravilərinin rəvayətləri sözsüz qəbul edilir.
4. İcmanın rəyi Quran və sünnəyə əlavə kimi qəbul olunur və s.
Şafeinin yaratdığı və hazırda dünyanın bir çox bölgələrində, o cümlədən Livan,
Fələstin və İordaniyada hakim mövqe tutumuşdur. Malyaziya və İndoneziya kimi
bölgələrdə də bu məzhəbin ardıcılları yaşamaqdadırlar. Azərbaycanda da bu
məzhəbin arıdcılları vardır.
Məhəmməd bin İdris Şafeinin əsərlərinə gəldikdə, şübhəsiz ki, bunların sayı
çoxdur. İslam elmlərinin müxtəlif sahlərini, xüsusilə də fiqh və hədis elmində dərin
biliyi olan bu böyük şəxsiyyət özündən sonra ardıcılları üçün dəyərli əsərlər qoyub
getmişdir.
İshaq bin Rahuyədən: “İmam Şafei ömürü az olduğu halda bu qədər kitabı necə
yazdı?” deyə soruşulmuş və o da cavabında: “Allah ömrünün azlığına müqabil ona
cami bir ağıl ehsan etdi” demişdir.
480
Şafeinin meydana gətirdiyi əsərlər aşağıdakılardır:
1.
ər-Risaləəl-qədimə
2.
İxtilafül-hədis
3.
Müsnəd
4.
İbtalül-istihsan
478
Ali Özək, adı çəkilən əsəri, səh. 90
479
Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 323
480
həmin mənbə, səh. 323
[116]
5.
Bəyanül-fərz
6.
ər-Risaləəl-cədidə
7.
İcmaül-müəllim
8.
Əhkamül-Quran
9.
Siğətül-əmrvən-nəhy
10.
İxtilafül-Malikvəş-Şafei
11.
İxtilafül-iraqiyyun
12.
İxtilafuhuməaMəhəmmədbinəl-Həsən
13.
Fədailül-Qüreyş
14.
Kitabül-umm
15.
Kitabüs-sünən.
Şafeininqələməaldığıəsərlərçoxzəngindir.
O,
fiqhvəhədissahəsindənbaşqa,
təfsirvəədəbiyyatsahələrinədəaidəsərləryazmışdır.
Onunyazdığıəsərləriçərisində“Müsnəd”və“ər-Risalə”əsərləridahaməşhurdur.
“Müsnəd”adlıəsəriəslindəƏbuƏmrMəhəmmədbinCəfərən-Nişapuri“əl-
Umm”və“əl-
Məbsut”adlıəsərlərindəkimüsnədhədisləribirarayagətirməkyoluiləmeydanagətirmişdir
. İbnƏsir (öl. 606 h/q) bu“Müsnəd”əbirşərhyazmışdı.
481
Onun “ər-Risalə” əsəri üsulu-fiqh mövzusunu ətraflı şəkildə ehtiva etməkdədir.
Həmçinin onun “əl- Umm” adlı əsəri də din prinsiplərinin çoxunu əhatə edir.
Xülasə olaraq demək lazımdır ki, Şafeiİslam mədəniyyətinə,xüsusilə də
hədisşünaslığa müstəsna xidmətlər göstərmiş dövrünün böyük şəxsiyyətlərindəndir.
Əhməd bin Hənbəl onun haqqında gözəl demişdir: “Əlinə qələm-kağız alan hər kəsin
İmam Şafeiyə şükran borcu vardır.”
3)Əbdürrəzzaq bin Həmmam əs-Sənani və “Müsənnəf” əsəri
Hicrətin ikinci əsrində (mialdi VIII əsr) hədis əsəri meydana gətirən
müəlliflərdən biri də Əbdürrəzzaq bin Həmmam bin Nafi əs-Sənanidir. O, hicri 126-
cı (miladi 744) ildə Sənada doğulmuşdur. Əbdürrəzaq Yəmənin böyük
hədisşünaslarından sayılmışdır. Onun künyəsi Əbu Bəkirdir. O, hicri 221-ci (miladi
826) ildə vəfat etmişdir.
Əbdürrəzaq bin Həmmam Mömər bin Raşid (152/729), İbn Cüreyc (150/767),
əl-Əvzai (159/775), Süfyan əs-Səvri (162/777), Süfyan bin Üyeynə (198/813) və
Malik bin Ənəs (179/795) kimi məşhur hədis alimlərindən elm əldə etmişdir.
482
Əbdürrəzzaq çox güvənilən ravilərdən olduğu üçün kütubi-sittə müəllifləri
ondan çoxlu rəvayətləri öz kitablarına almışlar. O, Əhməd bin Hənbəl (241/855),
Yəhya bin Main (233/847), İshaq bin Rahuyə (238/852) və Əli bin Mədini (234/849)
kimi alimlərə dərs demişdir. Mənbələrin verdiyi məlumatlara görə Əhməd bin Saleh
əl-Misri Əhməd bin Hənbəldən: “Hədisdə Əbdürrəzzaqdan da yaxşı birini gördünmü”
deyə soruşmuş, Əhməd isə: “xeyr” cavabını vermişdi.
483
481
Sübhi əs-Saleh, adı çəkilən əsəri, səh. 324
482
İ. Çanan, adı keçən əsəri, səh. 49
483
həmin mənbə, səh. 140