Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə51/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   47   48   49   50   51   52   53   54   ...   199

[113] 

 

Malik  tərtib  etdiyi  bu  əsərini  hər  il  gözdən  keçirmiş  və  bəzi  hədisləri 



çıxarmışdır. Hazırda əlimizdə olan bu əsərdə 1720 hədis vardır. Muvattanı şərh edən 

Zürqani (öl.1120/1710) bu rəqəmi belə sinifləndirir: 

600-ü müsnəd (mərfu), 

222-si mürsəl, 

613-ü məvquf, 

285-i məqtudur.

471

 

“Muvatta”da olan hədislərin sayı barədə digər görüşlər də vardır. Belə ki, Malik 



yüz  min  hədis  rəvayətetmiş,  onlardan  on  min  hədis  seçərək  “Muvatta”da 

yerləşdirmişdir.  Ancaq  bunları  da  Quran  və  sünnə  ilə  tutuşduraraq  bir  qismini  daha 

ayırmış və nəticədə hamısını beş yüzə endirmişdir.

472


 

Əbu Bəkr əl-Əbhərinin rəvayətinə görə “Muvatta”da yer alan hədislərin hamısı 

1720-dir, bunlardan 600 qədəri müsnəd, 300-ə qədəri mürsəl olub, digərləri səhabə və 

tabeun  sözlərindən  və  fətvalarından  ibarətdir.  Bunlar  arasında  70-ə  qədər  zəif  hədis 

vardır ki, Malik bu hədisləri tərk etmişdir.

473


 

“Muvatta” əsərinin səhhətinə gəldikdə əhli-sünnə məzhəbi, xüsusilə də malikilik 

məzhəbinin  ardıcıllarının  fikrincə  orada  yer  alan  hədislər  səhihdir.  Bu  haqda  Şah 

Vəliyullah əd-Dehləvi yazır: 

“Muvatta  kitabların  ən  səhihi,  ən  məşhurudur.  Səhhət  və  qiymətdə  ən  öndə 

gələni  və  ən  cami  olanıdır.  Alimlərin  böyük  əksəriyyəti  onunla  əməl  etmədə, 

rəvayətvə  dirayələrində  ittifaq  etmişlər…  Muvatta,  həm  maliki  məzhəbinin  əsası  və 

dayandığı, həm Şafei və Hənbəli məzhəblərinin başı və təməli, həm də Əbu Hənifə və 

iki dostu Əbu Yusif və Məhəmmədin məzhəblərinin qəndil və lampasıdır.”

474


 

“Muvatta”nın kütubüs-sittə sıralarına daxil olmamasının səbəbini bu əsərin hədis 

kitabından  çox  bir  fiqh  kitabı  olaraq  yazılmış  və  içərisində  yer  olan  hədislərin 

mərfusunun az olmasıdır. 

Hədis  ədəbiyyatı  tarixində  özünəməxsus  mövqe  qazanmış  “Muvatta”  əsərində 

yer  alan  hədislərin  böyük  bir  qismi  Buxarinin  və  Müslimin,  həmçinin  kütubüs-

sittənin digər kitablarında yer almışdır. 

Malikin  bu  məşhur  əsəri  hələ  onun  sağlığında  böyük  şöhrət  tapmış  və  müəllifə 

şan-şöhrət qazandırmışdır. 

“Muvatta”  əsəri  həmişə  alimlərin  baş  vurduğu  əsərlərdən  olub  və  müxtəlif 

dövrlərdə  şərh  edilmişdir.  Onun  üzərinə  yazılan  şərhlərdən  aşağıdakıları  göstərmək 

olar: 


1.

 

CəlaləddinSüyutinin“Tənvirül-həvalıq”əsəri 



2.

 

Zürqaninin, “Şərhu-muvatta”əsəri 



3.

 

ƏbülvəlidSüleymanbinXələfəl-Malikinin“əl-Müntəqa”əsəri. 



                                                 

471


İ. Çanan, adı çəkilən əsəri, səh. 47, İ. Canan, adı çəkilən əsəri, səh. 1445, Məhəmməd Əbdüləziz,  Miftahüs-sünnə, 

səh. 24 


472

T. Köçyigit, Hədis istilahları, səh. 354 

473

Süyuti, Tənvirül-həvaliq, c. I, səh. 9 



474

İ. Canan, adı çəkilən əsəri, səh. 147 




[114] 

 

Xülasəolaraq“Muvatta”haqqındabunudeməkkifayətdirki, 



buəsərbəziİslamalimləritərəfindəntənqidedilməsinəbaxmayaraqsünniməzhəbindəsəhi

hbirəsərkimiqiymətləndirilmişdir. 

Həttabuməzhəbinbəzialimlərionukütubu-

sittəsıralarınadaxiletmişvəkütubus-sittəniyeddikitabolduğunudemişlər. 

“Muvatta”əsərinəyetiriləndiqqətonunİslamdünyasındadəfələrlənəşredilibyayılma

sınavəelmocaqlarındatədrisedilməsinəsəbəbolmuşdur. 

İslamdünyasınınorjinaləsərlərindənsayılanvəmüstəsnaəsərlərdənhesabedilənbuəsərhə

diskitabıolmaqlayanaşıhəmdəfiqhkitabıkimidəyərləndirilmişdir. 

MalikbinƏnəsinbuməşhurəsəriMuxtarBöyükçinarınrəhbərliyialtındabirqrupaliml

ərtərəfindəntürkdilinətərcüməedilmişdir. 

İslamfiqhininvəPeyğəmbər 

(s) 


sözlərinindərinbilicisiolanMalikbinƏnəsin“Muvatta”əsəriayrıbiradaltındameydanagət

irilsədə, 

müsənnəfəsərlərqrupunaməxsusdur. 

ƏsərinbuadıalmasınınsəbəbiisəonunbirqrupMədinəfəqihlərinəgöstərilməsivəonlarınb

unamüsbətrəyvermələrinəgörədir. 

Əsərinərəbcədənadı“Hamıüçünanlaşılan”mənasındadır. 

 

2) Məhəmməd bin İdris əş-Şafei və əsərləri 

Hicri ikinci əsrin nəhəng elm sahiblərindən biri də heç şübhəsiz ki, Məhəmməd 

bin  İdris  əş-Şafeidir.  Onun  nəsəbi  Məhəmməd  bin  İdris  bin  Abbas  Osman 

binŞafeidir.  Göründüyü  kimi  o,  sonuncu  babasına  nisbət  edilərək  əş-Şafei  deyə 

tanınmışdır. Onun künyəsi Əbu Abdullahdır. 

Şafei hicrətin 150-ci (miladi 766) ilində Qəzzədə doğulmuş, süddən kəsildikdən 

sonra isə Məkkəyə aparılmışdır.

475


 

Digər bir mənbəyə görə isə o, Məkkədə doğulmuşdur.

476

 

Məhəmməd  bin  İdris  əş-Şafei  gənclik  yaşlarında  məşhur  bir  atıcı  kimi 



tanınmışdır. O, ilk dövrlərdə şeir, ərəb dili və əyyamül-ərəb mövzularında güclü elmə 

malik  olmuşdur.  Sonralar  fiqh  və  hədis  elmlərini  öyrənmiş  və  tez  bir  zamanda 

dövrünün məşhur fəqih və hədisşünaslarından birinə çevrilmişdir. 

O,  hədis  elmini  dövrünün  məşhur  hədisşünaslarından  olan  Malik  bin  Ənəsdən 

öyrənmişdir.  Mənbələrin  verdikləri  məlumatlara  görə  Şafei  on  üç  yaşında  bir  neçə 

gün  ərzində  Malikin  “Muvatta”  əsərini  əzbərləmiş  və  ustadının  önündə  onu 

oxumuşdur.

477


 

Əhməd bin Hənbəl onun haqqında yazır: 

“Səhər  vaxtı  altı  kişi  üçün  dua  edərdim.  Onlardan  biri  Şafeidir.  İnsanlar  üçün 

Şafei aləm üçün günəş, xalq üçün afiyət kimidir.” 

Digər bir alim Beyhəqi Davud bin Əli əl- İsfəhanidən nəqlən belə yazır: 

“Başqaları  üçün  müyəssər  olmayan  üstünlük  vəsilələri  İmam  Şafei  üçün 

toplanmışdır.  Məsələn,  nəsəb  və  mövqeyinin  şərəfli,  Peyğəmbərin  (s)  əşirətindən 

olması, dininin  sağlam, etiqadının pis arzu və bidətlərdən salim olması, özündəki ruh 

                                                 

475


Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 323 

476


Ali  Özək, Hədis Ricalı, səh. 88 

477


Sübhi əs-Saleh, adı çəkilən əsəri, səh. 323 


Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə