[119]
kütub-sittədə də rast gəlmək mümkündür. Zamanının güvvəli hədisşünaslarından biri
olan Abdullah bin Vəhb hicri 107-ci (miladi 813) ildə vəfat etmişdir.
Onun tərtib etdiyi “Cami” əsərinə gəldikdə demək lazımdır ki, bu əsər hədis
ədəbiyyatı tarixində özünəməxsus mövqeyi vardır. Zəhəbi və digər alimlərə görə
Abdullah bin Vəhbin “Cami” əsərində 120.000 civarındahədis vardır.
497
Lakin digər
bir alim İbn Həcər isə bu əsərdə 100 000 hədisin olduğunu demişdir.
498
Yuxarıda adı
çəkilən müəlliflər bu əsərdə münkər və mövzu hədislərin olmasını istisna etməmişlər.
İkinci əsrin böyük məhsulu olan bu əsərin böyük bir qismi müəllifin vəfatına
yaxın bir dövrdə (hicri II əsr) papiruslar üzərində yazılmış halda tapılmışdır. Bu əsər
1942-ci ildə David Veil tərəfindən nəşr edilmişdir.
499
Şübhəsiz ki, hicri ikinci əsrin hədis ədəbiyyatı tarixində çox böyük və önəmli
yeri vardır. Bu dövrdə hədisləri tədvin və təsnif dövrü başlamış, çoxlu sayda əsərlər
meydana gətirilmişdir. Təəssüflər olsun ki, bu dövrdə meydana gətirilən əsərlərin bir
qismi günümüzədək gəlib çıxmamışdır. Əlbəttə ki, dövrdə yazılan əsərlərin bir qismi
itib-batsa da, hədis ədəbiyyatı tarixində adları qamış və onların haqqında az da olsa
müəyyən məlumatlar verilməkdədir.
Ümumiyyətlə hicri ikinci (miladi VIII) əsrdə yaşayan hədisşünaslar və fəqihlər
ətbau-tabeundan olmuş və onların böyük əksəriyyətinin bioqrafiyası haqqında
məlumatlar verilmişdir. Ravilər təbəqəsinin üçüncü pilləsini təşkil edən bu dövrün
müəllifləri hədislərin yazılıb gələcək nəsillərə ötürülməsində böyük əmək sərf
etmişlər. Bu təbəqədən olub, hədis əsəri yazan kimsələrdən bir qismini sadalamağın
əlbəttə ki, faydaları vardır.
1.
Abdullah bin Əbdüləziz binCüreyc
2.
Süfyanəs-Səvri
3.
MəhəmmədbinİshaqbinYasər
4.
əl-İmaməl-Leys
5.
AbdullahbinLeyhia
6.
HəmzəbinAbdullah
7.
HəmzəbinMəhəmmədbinHəmzə
8.
MəhəmmədbinSəibəl-Kəlbi
9.
LeysbinSəd
10.
HəmzəbinƏbiHəmzəəl- Cəzərivəbaşqaları.
7.
İmam Əli bin Hüseyn (ə) və “Səhifətüs-Səccadiyyə” əsəri
İmam Hüseynin (ə) oğlu İmam Əli (ə)şiələrin dördüncü imamıdır. O, daha çox
əs-Səccad (çox səcdə edən) və Zeynülabidin (ibadət edənlərin zinəti) ləqəbləri ilə
tanınır. Bunlardan başqa onun Zus-səfanat (qabarlar sahibi),
500
Zeynüssalehin
(salehlərin zinəti) və Mənarül-qanitin (dua edənlərin işığı) adlı ləqəbləri də vardır.
497
Zəhəbi, Mizanül-etidal, c. I, səh. 522
498
Təhzib, c. V, səh. 71-74
499
A. Yardım, adı çəkilən əsəri, səh. 59
500
Şeyx Səduq, İləlüş-şərae, səh. 88
[120]
Sibt bin Cövziyə görə ona Zeynülabidin ləqəbini Peyğəmbər (s) qabaqcadan
vermişdir.
501
İmam Zeynülabidin (ə) hicri 38-cı (miladi 659) ildə Mədinə şəhərində
doğulmuşdur. O, Hüseyn bin Əlinin (ə) oğlu, Əli bin Əbi Talibin (ə) isə nəvəsidir.
Buna görə də onun nəsil şəcərəsi Peyğəmbərin (s) nəsil şəcərəsi ilə eynidir.Əksər
mənbələrə görə İmam Zeynülabidinin (ə) anası sonuncu Sasani padşahı Yezdəgirdin
qızı Şəhribanudur.
502
Onun Məhəmməd Baqir (ə), Hüseyn, Hüseyn əl-Əsğər, Əli, Abdullah, Zeyd,
Əbdürrəhman, Məhəmməd əl-Əsğər, Həsən, Ömər, Süleyman, Xədicə, Ümmigülsüm,
Fatimə və Əliyyə adlı on beş övladı olmuşdur.
İmam Zeynülabidin (ə) Kərbəla faciəsində iştirak etmiş, lakin həmin anda İlahi
təqdir əsasında xəstə olduğundan öldürülməyib Kufəyə oradan da Şama əsir
aparılmışdır. Onun Kufədə İbn Ziyadın və Şamda Yezidin məclislərində söylədiyi
cəsarətli xütbələri Əməvi xilafətinin iç üzünü tanımaqda ən mühüm mənbədir. İmam
Zeynülabidin (ə) İslam elmlərinin, xüsusilə də hədis və fiqh elmlərinin inkişafında
müstəsna xidmətlər göstərmiş şəxsiyyətdir. Görkəmli rical alimi Zəhəbinin verdiyi
məlumata görə onadan aşağıdakı şəxslər hədis rəvayət etmişlər.
Məhəmməd Baqir (ə), Ömər, Zeyd, Abdullah, Zühri, Ömər bin Dinar, Hakim
bin Üteybə, Zeyd bin Əsləm, Yəhya bin Səid, Əbu Zənad, Əli bin Cədan, Müslim əl-
Bətin, Həbib bin Əbi Sabit, Asim bin Abdullah, Asim bin Amr bin Qətadə bin
Neman, Amr bin Qətadə, Qəqə bin əl-Həkim, Əbüləsvəd Yetim Ürvə, Hişam bin
Ürvə bin Zübeyr, Əbu Zübeyr əl-Məkki, Əbu Hazim əl-Ərəc, Abdullah bin Müslim
bin Hörmüz, Məhəmməd bin Furat ət-Təmimi, Mənhal bin Ömər və başqaları.
Bundan başqa şiə hədis elmində xüsusi məqama malik olan Əban bin Təğlib və Əbu
Həmzə əs-Somali İmamın (ə) ən yaxın tələbələri olmuşlar. Adı çəkilən bu və ya digər
tələbələr ondan hədis, fiqh, təfsir və digər elmləri əldə etmişlər.
İmam Zeynülabidinin (ə) müasiri olduğu Əməvi xəlifələri:
1.Müaviyə bin Əbi Süfyan (661-680),
2.Yezid bin Müaviyə (680-683),
3.Müaviyə bin Yezid (683-684),
4.Mərvan bin Həkəm (684-685),
5.Əbdülməlik bin Mərvan (685-705),
6.Vəlid bin Əbdülməlik (705-715).
İmam Zeynülabidin (ə) hicri 95-ci (miladi 713) ildə Vəlid bin Əbdülməlikin
göstərişilə zəhərləndirilmiş və nəticədə şəhid olmuşdur. Onun mübarək nəşi
Mədinədə Bəqi qəbristanlığında torpağa tapşırılmışdır.
Haqqında deyilmiş təriflər
Onun haqqında istər müasiri olmuş alimlər, istərsə də ondan sonar gələnlər
həmişə yaxşı sözlər demiş və onu elm və təqvada hamıdan öndə olduğu
501
İbn Cövzi, Təzkirətül-xəvvas, səh. 291
502
Carullah Zəməxşəri, Rəbiül-əbrar, c. II, səh. 44