Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə53/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   49   50   51   52   53   54   55   56   ...   199

[117] 

 

Şiəlikdə ittiham edilən Əbdürrəzzaq bin Həmmam hicri 200-cü (miladi 815) ildə 



gözlərini  itirmişdir.  O,  İmam  Əliyə  (ə)  böyük  sevgi  göstərmiş  və  onun  qatillərinə 

qarşı çox sərt olmuşdur. 

Yəhya bin Main deyir: “Əgər Əbdürrəzzaq irtidad etmiş olsaydı, biz yenə onun 

hədislərini tərketməzdik.

484

 

Əbdürrəzzaqın  əsərinə  gəldikdə,  onun  günümüzədək  gəlib  çatan  və  on  bir  cild 



halında nəşr edilən ən məşhur əsəri “Müsənnəf”dir. Bu əsər İslam alimləri tərəfindən 

yüksək  səviyyədə  qiymətləndirilmişdir.  Zəhəbi  onun  bu  əsərini  “Elm  xəzinəsi” 

adlandırmışdır.

485


 Onun bu əsəri yaxın zamanlara qədər nüsxə halında olmuş, bir neçə 

il  bundan  əvvəl  nəşr  edilmişdir.  Hədisşünaslıq  elminin  gözəl  əsərlərindən  olan  bu 

“Müsənnəf” əsəri 1970-ci ildə Beyrutda nəşr edilmişdir.

486


 

Əsərdə  yer  alan  hədislərin  sayına  gəldikdə  bunun  21.033  ədəd  olduğunu 

demişlər.  Bu  əsərdə  yer  alan  hədislərin  bir  qismi  daha  doğrusu  X  cildinin  379-cu 

səhifəsindən  XI  cildin  sonuna  qədər  Mömər  bin  Raşidin  “Cami”  əsərinin 

hədisləridir.

487


 Əsərin cami olan hissəsindəki hədislər çıxarılarsa, orada 19.418 hədis 

olacaqdır.

488

 

Müsənnəfin  tərtib  xüsusiyyətlərinə  gəldikdə  isə  demək  lazımdır  ki,  bu  əsər 



kitabüt-təharət ilə başlayır,  kitabül-heyz, kitabüs-salat, kitabül-cümə, kitabu fədailil-

Quran,  kitabül-cənaiz  kimi  ibadətə  aid  bölümlərdən  sonra…  kitabül-fəraiz,  kitabu-

əhli-kitabeyn    deyə  müamilat  bəhslərlə  davam  edərək  Mömər  bin  Raşidin  “Cami” 

əsərinə yetişir. 

Müəllif  bu  əsərində  Peyğəmbərdən  (s)  gələn  hədisləri,  səhabə  sözlərini  və 

tabeun  fətvalarını  sıralamışdır.  Əsərin  şərhinin  olub-olmaması  hələ  elm  aləminə 

məlum deyildir. 

Son olaraq bunu demək kifayətdir ki, bu əsər İslam mədəniyyətinin xüsusilə də 

hədis  ədəbiyyatı  tarixinin  ən  yaxşı  əsərlərindən  sayılmış  və  müsəlman  alimləri 

tərəfindən  yüksək  səviyyədə  dəyərləndirilmişdir.  Şükürlər  olsun  ki,  uzun  illər  elm 

aləminə bəlli olmayan bu əsər son illərdə elmə bəlli olmuş və Əbdürəhman əl-Əzəmi 

tərəfindən nəşrə hazırlanmışdır. 

 

4)Süfyan bin Üyeynə və “Müsənnəf” əsəri 

Hicri  ikinci  ilin  məşhur  hədisşünaslarından  biri  də  Süfyan  bin  Üyeynə  bin 

Meymun  əl-Hilalidir.  O,  hicri  107-ci  (m.722)  ildə  dünyaya  gəlmiş  vəMəkkədə 

yaşamışdır.  Onun  künyəsi  Əbu  Məhəmmədir.  Süfyan  87  tabeun  ilə  görüşmüş  və 

onların yetmişindən hədis rəvayət etmişdir.

489


 

Mənbələrin  verdiyi  məlumatlara  görə  o,  İmam  Cəfər  əs-Sadiq  (ə)  ilə 

görüşmüşdür.

490


 

                                                 

484

Zəhəbi, Mizanül-etidal, c. II, səh. 612 



485

İ. Canan, adı keçən əsəri, səh. 240 

486

İ.Canan, adı keçən əsəri, səh. 50 



487

həmin mənbə, səh. 50 

488

həmin bənbə, səh. 51 



489

Sübhi əs-Saleh, adı çəkilən əsəri, səh. 325 

490

Ali Özək, adı çəkilən əsəri, səh. 84-85 




[118] 

 

Məhəmməd  bin  İdris  əs-Şafei  onun  haqqında:  “Malik  və  Süfyan  olmasaydı, 



Hicazın  elmi  zay  olmuşdu”  sözünü  demişdir.  Həmçinin  Şafei  onun  haqında:  “İbn 

Üyeynədəki  qüvvəli  və  sağlam  elmi  heç  bir  kimsədə  görmədim.  Fətva  vermək 

xüsusunda ondan daha əhliyyətli bir kimsə də bilmirəm” sözünü demişdir.

491


 

Süfyan  bin  Üyeynə  hicri  163-cü  ildə  Kufədən  Məkkəyə  getmiş,  ömrünün 

sonlarına  yaxın  orada  hədis  rəvayət  etmişdir.  İbn  Həcər  əl-Əsqəlani  yazır:  “Siqə, 

hafiz, imam və höccətdir…” 

Süfyan  bin  Üyeynə  yeddi  minə  qədər  hədis  rəvayət  etimşdir.

492


 O,  hicri  198-ci 

(m. 813)  ildə 91 yaşında Məkkədə vəfat etmişdir.

493

 

Dövrünün  böyük  şəxsiyyətindən  olan  Süfyandan  Şafei,  Əhməd  bin  Hənbəl, 



Yəhya bin Main, Əli bin əl-Mədini hədis rəvayətetmişlər. 

Süfyanın “Müsənnəf” əsərinə gəlincə bu əsər də digər müsənnəflərin şərtlərinə 

uyğun olaraq tərtib edilmişdir. 

 

5)Mömər bin Raşid və “Cami” əsəri 

Hicri  ikinci  əsrin  hədisşünaslarından  biri  Mömər  bin  Raşiddir.  O,  əslən 

Bəsrəlidir  və  sonradan  Yəməndə  məskunlaşmışdır.  Mömər  bin  Raşid  hənəfilik 

məzhəbinin  banisi  Nüman  bin  Sabit  əl-Hənəfinin  müasiri  olub  onunla  elm 

məclislərində iştirak etmişdir. 

Mənbələrin  verdiyi  məlumatlara  görə  “Cami”  adlı  ilk  əsəri  hicri  ikinci  əsrdə 

Mömər bin Raşid meydana gətirmişdir.

494


 

Mömər  bin  Raşidin  təlif  etdiyi  bu  əsər  hazırda  iki  nüsxəsi  ilə  ortalığa 

çıxarılmışdır. Bu əsər də uzun müddət itib-batmış hesab edilsə də, son zamanlar elm 

aləminə  bəlli  edilmişdir.  Əsərdə  yer  olan  mövzuların  əksəriyyəti  fiqhi  mövzuları 

əhatə    edir.  Əldə  olan  məlumatlara  görə  Mömər  bin  Raşidin  əsəri  280-a  yaxın  babı 

ehtiva etməkdədir.

495

 

 Mömər  bin  Raşidin  qələmə  aldığı  “Cami”  əsərinin  hədis  ədəbiyyatı  tarixində 



böyük  önəmi  vardır.  Bu  əsəri  meydana  gətirən  bu  böyük  hədisşünas  hicri  152-ci 

(miladi 769) ildə vəfat etmişdir. 

 

6)Abdullah bin Vəhb və “Cami” əsəri 

Hicri iknci əsrin ən məşhur hədisşünaslarından və fəqihlərindən biri də Abdullah 

bin  Vəhb  bin  Müslim  əl-Kürasidir.  O,  gənc  yaşlarında  elm  öyrənməyə  başlamış  və 

Malik bin Ənəsin dərslərində iştirak etmişdir. 

Mənbələrin  məlumatlarına  görə  o,  Malikin  ölümünə  qədər  ondan  davamlı 

surətdə dərs almışdır.

496

 

Abdullah  bin  Vəhbözündən  sonra  gələn  mühəddis  və  fəqihlərə  qüvvətli  təsir 



göstərmişdir.  Onun  rəvayətetdiyi  hədislərə  hicri  üçüncü  (miladi  IX)  əsrdə  yazılmış 

                                                 

491

həmin mənbə, səh. 84-85 



492

Sübhi əs-Saleh, adı çəkilən əsəri, səh. 326 

493

həminmənbə, səh. 327 



494

T. Köçyigit, Hədisistilahları, səh 68 

495

A. Yardım, adı çəkilən əsəri, səh 57 



496

 həmin mənbə, səh. 58 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə