[109]
HİCRİ İKİNCİ (MİLADİ VIII) ƏSRDƏ YAZILAN MƏŞHUR HƏDİS
ƏSƏRLƏRİ
10.1.HİCRİ İKİNCİ ƏSRDƏ YAZILAN ƏSƏRLƏRİN ADLARI
Hədis ədəbiyyatı tarixində hicri ikiknci (miladi VIII) əsrin özünəməxsus önəmi
vardır. Çünki bu əsrdə iki önəmli məsələ - tədvin və təsnif məsələsi öz həllini
tapmışdır. Belə ki, əvvəlcədən səhifələr üzərində olan hədislər toplanıb bir araya
gətirilmiş və bunun ardınca da bir yerə toplanıb yığılan hədislər təsnif edilmişdir.
Hicri ikinci əsrdə çoxlu sayda əsərlər meydana gətirilmişdir. Hədis tarixçiləri bu
əsrdəyazılan hədis əsərlərini beş qrupa bölmüşlər:
1) Siyər və Məğazi
Peyğəmbərin (s) əxlaqına, şəmailinə, yaşayış tərzinə, qəzvələrinə və s. aid
hədisləri ehtiva edən əsərə siyər və ya məğazi adı verilmişdir. Bu ad altında yazılan
kitablarda Peyğəmbərin(s) Məkkə və Mədinə şəhərlərindəki həyat tərzi, yaşayışı,
hərəkət və davranışları, peyğəmbərlikdən öncəki və sonrakı bütün həyatını ehtiva
edən xəbərlər mövcuddur.
Bu ad altında ilk əsərlər birinci əsrin sonları, ikinci əsrin isə əvvəllərinə təsadüf
etməkdədir. Siyər və məğazı adını daşıyan ilk əsərləri İbn əl-Avvam (öl.94 h/q),
Ürvə bin Zübeyr və başqaları yazmışlar.
460
2) Sünən
Əvvəldə qeyd etdiyimiz kimi bu ad altında yazılan əsərlər fiqhi və ya əhkami
hədisləri ehtiva etməkdədir. Bu əsərlərdə yer alan hədislər Peyğəmbərin (s) söz,
hərəkət və təqrirlərindən ibarət olan mərfu hədisləri ehtiva etmişdir. Sünən adını
daşıyan əsərlərdə hədislər əsasən təharət, namaz, oruc, həcc, cihad, cənazə, nigah,
talaq, içkilər, tibb, libas və s. bablar altında bir araya toplanır.
İlk sünən əsərləri hicri ikinci əsrdə tədvin və təsnif fəaliyyətinin başlanması ilə
meydana gəlmişdir. Bu əsrdə ilk sünən əsəri yazanlar Məqhul bin Əbi Müslim əş-
Şami (öl.112 h/q), Əbdüləziz bin Cüreyc (öl.150 h/q) və başqaları olmuşdur.
3) Cami
Hicrətin ikinci əsrində meydana gətirilən bəzi kitablara da cami adı verilmişdir.
Cami adını daşıyan əsər sünən kimi məlum babları ehtiva edən hədis əsərinə deyilir.
Deməli, səkkiz babı ehtiva edən cami adlı əsər həm də digər dəyişik mövzuları, o
cümlədən Quranın fəziləti, təfsiri, Peyğəmbərin (s) siyər və məğazisini və s.
mövzuları ehtiva etməkdədir.
Bu dövrdə cami adı altında ilk əsəri Mömər binRaşid (öl.153 h/q) yazmışdı.
461
Bu əsərin iki əlyazma nüsxəsi dövrümüzə qədər gəlib çıxmışdı. “əl-Camiül-kəbir” və
“əl-Camiüs-səğir” əsərlərində ilk olaraq Əbu Abdullah Süfyan bin Məsruq əs-Səvri
(öl. 161 h/q) olmuşdur.
460
T. Köçyiğit, Hədis tarixi
461
həmin mənbə
[110]
4) Müsənnəf
Hicri ikinci əsrin məhsullarından biri də müsənnəf adını daşıyan kitablardır.
Müsənnəf adı altında yazılan əsərlər sünənlərdən fərqlənmirlər. Bu əsərlərdə də
hədislər fiqh əhkamına görə yerləşdirilmişdir. Müsənnəf adlı əsərlər camilər kimi hər
mövzunu ehtiva etməsələr də, sünənlərdən fərqli olaraq camilərdə yer alan
mövzuların bəzilərini özündə əks etdirmişdi.
Hicri ikinci əsrdə yazılan müsənnəf adlı əsərlərin müəlliflərindən Həmmad bin
Sələmə (öl.167 h/q), Vəki bin Cərrah və digərlərini qeyd etmək olar.
Məşhur alim İbn Nədim “Fihrist” adlı əsərində müsənnəflə sünəni eyni
bilmişdir.
5) Kitab
Hicri ikinci əsrdə yazılan bir qrup hədis əsərlərinə də kitab adı verilmişdir. Bu
ad altında yazılan əsərlər müxtəlif mövzuları ehtiva etməkdədir. Bu dövrdə kitab adı
altında yazılan əsərlərdən İbn Səid əs-Səvrinin (öl.161 h/q) “Kitabül-fəraiz” və
“Kitabüt-təfsir”, İbrahim bin Təhmanın (öl.163 h/q) “Kitabül-mənaqib” əsərlərini
qeyd etmək olar.
Şübhəsiz ki, hicri ikinci əsrdə yazılan, sünən və camilərdən fərqli olub,
müsənnəf hədis əsərlərindən sayılan dəyişik bir adla yad edilən kitablardan biri də
“Muvatta” əsəridir. Bu əsəri məşhur hədisşünas Malik bin Ənəs (öl.179 h/q) meydana
gətirmişdir.
Ümumiyyətlə hicri iknci əsrdə yazılan əsərlərin böyük əksəriyyəti günümüzədək
gəlib çıxmamış və tarixin qaranlıq səhifələrində itib-batmışdır. Lakin buna
baxmayaraq o dövrdə yazılan əsərlərin adları müəllifləri ilə birlikdə bu gün də hədis
ədəbiyyatı tarixində qeyd edilməkdədir.
Hicri ikinci əsrdə sünən yazan ən məşhur şəxslərdən aşağıdakıları qeyd etmək
olar:
Məqhul əş-Şami (öl.112 h/q), İbn Cüreyc (öl.150 h/q), Səd bin Əbi Ərubə
(öl.156 h/q), İbn Əbi Zib (öl.159 h/q), İbrahim bin Təhman (öl.163 h/q), Həmmad bin
Sələmə (öl. 167 h/q), Abdullah bin Mübarək (öl.181 h/q), İbn Əbi Zaidə (öl.183 h/q),
Hüseym bin Bəşir (öl.183 h/q), əl-Vəlid bin Müslim (öl.195 h/q), Məhəmməd bin
Füzeyl (öl.195 h/q) və s.
Bu dövrdə yazılan camilərdən və onların müəlliflərindən ən məşhurlarından
aşağıdakıları qeyd etmək olar:
Mömər bin Raşid (öl.152/769), Əbdürrəzzaq bin Həmmam əs-Sinani
(öl.211/826) və b. qeyd etmək olar.
10.2.HİCRİ İKİNCİ (MİLADİ VIII) ƏSRDƏ YAZILMIŞ VƏ
GÜNÜMÜZƏDƏK GƏLİB ÇIXMIŞ BƏZİ MƏŞHUR HƏDİS ƏSƏRLƏRİ