[99]
VII. Tədrici bir metodla çalışmaq
Hədis öyrənən şəxslər gərək öyrəndiklərini tədricən, yəni yavaş-yavaş öyrənsin.
Çünki elm öyrənməyin qaydalarından biri planlı və tədrici şəkildə onu əzbərləməkdir.
Həmçinin hər bir işdə tələsmək qəbahət hesab olunaraq pislənmişdir. Bu barədə
Peyğəmbər (s) buyurur: “Tələsmək şeytandandır.”
432
VIII. Dərsə erkən getmək
Hədis öyrənən şəxs gərək oxuduğu elm ocağına səhər tezdən getsin. Çünki səhər
tezdən insanın heç bir yorğunluğu olmur və bunun da nəticəsində onun yaddaşı daha
iti olur. Peyğəmbər (s) səhər erkən oyanmağı və gündəlik işləri erkən vaxtı yerinə
yetirmək üçün tövsiyələr etmişdir. Həzrət (s) hədislərinin birində buyurur: “Allahım,
ümmətinin erkənçiliyini bərəkətli et.”
433
IX. Hədis üsuluna önəm vermək
Hədis öyrənən şəxs gərək təkcə hədisləri öyrənməklə kifayətlənməyib onun
əsaslarını, tarixini və digər elmlərlə olan əlaqəsini də öyrənsin. Bu işdə o, öz dilində
və ya ərəb dilində olan mötəbər kitablardan istifadə etsin, qüvvəli ustad yanında bu
elmin bütün təfərrüatlarına vaqif olsun. Çünki hədis elminin əsaslarını bilməyən şəxs
hədisin səhihini zəifindən seçə bilməz və bunun da nəticəsində böyük yanlışıqlara yol
verə bilər.
X. Müəllimi bezdirməmək
Hədis öyrənən şəxs gərək müəllimini artıq və yersiz suallarla bezdirməyə. O,
ustadına yalnız lazımı sorğuları verə və ustadın hər cavabından sonra ona dərin
təşəkkür edə. Rəvvad demişdir: “Malikdən dörd hədis soruşdum, beşincini soruşan
zaman dedi: bu insafdan deyil!”
434
B)
Hədis öyrədənin adabı
Hədis alimləri hədis öyrənən şəxsə məxsus adab qaydaları qeyd etdikləri kimi,
hədis ustadı üçün də müəyyən adab qaydaları olduğunu demişdir. Əlbəttə hədis
ustadının adabı dedikdə, onun elmi dünyagörüşündən başqa tələbə ilə münasibətlərini
də nəzərdə tutmuşlar. Hədis öyrədən şəxsə aid olan bəzi adab qaydalarından
aşağıdakıları qeyd etmək olar:
I. İxlas və gözəl əxlaq
Hədis öyrədən şəxs gərək gördüyü işi Allaha xatir və onun rizasını qazanmaq
üçün yerinə yetirsin. Həmçinin hədis öyrədən gərək yüksək əxlaqi keyfiyyətləri
özündə birləşdirsin və bununla da ictimaiyyətdə bir örnək sayılsın. Çünki əxlaqı yaxşı
olmayan bir ustadın yanında olmaq, onun pis əxlaqi davranışlarını mənimsəmək heç
də yaxşı nəticələr verə bilməz.
432
Sünəni-Tirmizi
433
Müsnədi-Əhməd, c. I, səh. 154
434
Xətib Bağdadi, adı çəkilən əsəri, səh. 66
[100]
İslam alimləri hədisşünaslar haqqında demişlər: “Hədisşünaslar, Peyğəmbərin
(s) yaxınlarıdır. Hər nə qədər o Həzrətlə (s) yoldaşlıq etməsələr də, onun nəfəsi ilə
həmsöhbətdirlər.”
II. Dünəvi işlərdən qəlbini azad etmək
Hədis öyrədən şəxs yaxşı olar ki, dünyaya, şan-şöhrətə can atmaya. Çünki
qəlbini belə şeylərdən təmizləməyən şəxs həmişə tələbələr qarşısında özünü
təkəbbürlü və riyakar kimi göstərəcəkdir ki, bu da İslam əxlaqına zidd olan
əməllərdəndir.
III. Özündən üstün olan bir şəxsin yanında rəvayəti tərk etmək
Hədis ustadı gərək özündən üstün olan şəxslərə və ya ustadlara sayğı göstərsin
və onların yanında danışmaqdan çəkinsin. Yəhya bin Məin deyir: “Özündən daha
üstün birinin yanında hədis rəvayət edən şəxs axmaqdır.”
435
IV. Qarşıdurma ehtimalı olduqda hədis rəvayətini və oxutmasını
dayandırmaq
Hədis ustadı gərək hədislərin sənədində və ya mətnində qarışdırmaq ehtimalını
hiss etsə rəvayətini saxlasın. Çünki onun etdiyi bu xəta tələbələrin də səhv
öyrənməsinə səbəb ola bilər.
Həmçinin hədis ustadı qocalıq yaşına çatıbsa, kor, şil və bu kimi xəstəliklərə
düçar olubsa yaxşı olar ki, ustadlıqdan əl çəksin.
V. Təharətli və təmiz qiyafəli olmaq
Hədis öyrədən şəxs yaxşı olar ki, dərs zamanı təharətli, dəstəmazlı və həmçinin
xoş qiyafədə olsun. Hədis öyrədən məclisin uca yerində oturub, məclisdə sakitlik
yaratması da onun adablarından biri sayılır.
436
8.2.HƏDİS ÖYRƏTMƏ ÜSULLARI
Hədis alimlərinə görə hədis öyrətməyin üç üsulu vardır.
I. əs-Sərd (Oxuyub keçmə üsulu)
435
Haris Süleyman əd-Dari, Muhadarat fi ülumil-hədis, səh. 140
436
bax: Haris Süleyman əd-Dari, Muhadarat fi ülumil-hədis, səh. 140, İ. Cakan, Hədis üsulu, səh. 51-53, Xətib əl-
Bağdadi, adı çəkilən əsəri, və s. mənbələrə
[101]
Əgər hədis müəllimi tələbəyə hədis öyrədən zaman hədislərə heç bir yöndən,
məsələn fiqh, rical və lüğət yönündən açıqlama və izah verməzsə, buna “sərd” üsulu
deyərlər.
II.Təriqül-həll vəl-bəhs (Açıqlanması lazım olan yerləri açıqlamaq)
Əgər hədis müəllimi öyrətdiyi hər hansı bir hədisdə tələbənin başa düşməyəcəyi
bir məqam varsa, istər bu məqam rical baxımından olsun, istərsə də lüğət, gərək
onları açıqlayıb şərh etsin. Həmçinin hədisdə tələbənin bilmədiyi yerlərə bir aydınlıq
gətirilə.
III. Təriqül-əman (Uzun uzadı açıqlama üsulu)
Bu üsul hədislərin çox geniş şəkildə izahını vermək üsuludur. Belə ki, bu
üsuldan istifadə edən müəllim hədisdə keçən bütün kəlmələrin lüğəti və istilahi
mənalarını, onların sinonimlərini, ravilərin hallarını, qəbilələrini və yaşayışlarını,
hədisdə yer alan şəri hökmləri, bir sözlə hədisin ehtiva etdiyi bütün məqamlarını
açıqlamasıdır.
Bu üç üsul Məkkə və Mədinə alimlərindən nəql edilmişdir.
437
8.3.RƏVAYƏTIN SİFƏTİ
Hədis kitablarında bu başlıq altında rəvayətin ləfzən və mənən edilməsi
öyrənilir. Ümumiyyətlə hədis alimlərinə görə hədislər hədis kitablarına keçincəyə
qədər iki şəkildə rəvayətedilmişdir:
I. Ləfzən (Kəlmə be kəlmə)
Hədislərin ləfzən rəvayətedilməsi dedikdə, hədisin Məsumun (ə) dilindən
çıxdığı kimi, yəni kəlmələrində heç bir dəyişikliyə yol vermədən rəvayətedilməsidir.
Peyğəmbər (s) buyurur: “Bizdən bir hədis öyrənib və onu öyrəndiyi kimi başqalarına
çatdıranın Allah üzünü ağartsın.”
438
Bu hədisdən belə məlum olur ki, Peyğəmbər (s)
hədislərin ləfzənrəvayətedilməsinin tərəfdarı olmuş və raviləri də buna təşviq
etmişdir. Hətta mənbələrin verdikləri məlumata görə Peyğəmbər (s) öyrətdiyi bir
duadakı nəbi kəlməsi yerinə rəsul kəlməsini işlədən əl-Bərra bin Azibi tənqid etmiş
və nəbi kəlməsini deməsini buyurmuşdur.
439
II. Mənan (Mənaya görə rəvayət)
Hədislərin mənən rəvayəti dedikdə, hədisin Məsumun (ə) dilindən çıxdığı
kəlmələrlə deyil, onun mənasını ifadə edən digər kəlmələr əsasında rəvayətedilməsi
nəzərdə tutulur. Hədis alimləri məna ilə rəvayətetməyə etiraz etsələr də, bu günkü
kitablarda olan hədislərin böyük əksəriyyətinin mənan rəvayətolması bir həqiqətdir.
437
İ. Çakan, Hədis, səh. 187-188
438
Sünəni-Tirmizi, elm-7
439
Müsnədi-Əhməd, c. IV, səh. 285, İbn Macə, Sünən, dua-15
Dostları ilə paylaş: |