[102]
Həmçinin Məsumların (ə) özlərindən gələn hədislərdə də mənan rəvayətə icazə
verilməsi açıq-aşkar görünməkdədir. Belə ki, Peyğəmbər (s) buyurur: “Haramı
halal,halalı haram edəcək dərəcədə mənanı pozmadığınız halda hədisi dəyişik
ləfzlərlə (mənan) rəvayətetməniz caizdir.”
440
Həmçinin Məhəmməd bin
Müslimrəvayətedir: İmam Sadiqə (ə) dedim: “Səndən hədis eşidirəm, sonra da buna
bəzi sözləri artırır, bəzilərini də azaldıram”. O, buyurdu: “Əgər anlamı qəsd
edirsənsə, bunun eybi yoxdur.”
441
Hədis məna baxımından rəvayətedilməsi doğru olsa da, buna Malik bin Ənəs
kimi alimlər etiraz etmişlər.
442
Hədisin məna ilə rəvayətedilməsini caiz bilən alimlər bəzi şərtlər irəli sürmüşlər.
Bu şərtlərlə tanış olmaq əlbəttə ki, faydalı olardı. Həmin şərtlər aşağıdakılardır:
1) Hədisi mənən rəvayət edən şəxs, kəlmələrin anlamlarını yaxşı bilməlidir.
2) Dəyişdirdiyi kəlmələrin sinonimləri olmalıdır. “Qüud” yerinə “cülus” kimi…
3) Hədis sifat hədisləri kimi mütəşabeh olmamalıdır.
4) Hədisin əsli əzbərindədirsə, mənan rəvayət caiz deyil.
443
IX FƏSİL
HƏDİSLƏRİN YAZILIB KİTAB HALINA SALINMASI VƏ MÖVZUSUNA
GÖRƏ TƏSNİFİ
440
İ. Çakan, Hədis, səh. 66
441
Küleyni, Üsuli-kafi, c. I, səh. 64
442
Sübhü əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 64
443
geniş məlumat üçün bax: İ. Çakan, adı çəkilən əsəri, səh. 67, Şövkani, İrşadül-fuhul, səh. 54-55
[103]
9.1.HƏDİSLƏRİN TƏDVİNİ
Qeyd olunduğu kimi hədis İslam dinində dini təfəkkürün və hökmlərin Qurani-
kərimdən sonra ikinci əsas mənbəsidir. Elə bu səbəbdəndir ki, hələ səhabələr
dönəmində hədisə böyük önəm verilmiş və onların yazılıb qorunmasına, gələcək
nəsillərə ötürülməsinə böyük zəhmət sərf edilmişdir.
Təəssüflər olsun ki, hədislər ilk dövrlərdə rəsmi şəkildə yazılıb bir araya
gətirilməmişdir. Əlbəttə ki, qeyri-rəsmi şəkildə olsa da hədislər yazılmış və
qorunaraq sonrakı dövrlərə intiqal edilmişdir. Bunun bariz misalı bəzi səhabələrin
Peyğəmbərdən (s) eşidib yazdıqları və hədis ədəbiyyatı tarixində “Səhifə” deyə
adlanan yazılardır.
Şükrlər olsun ki, sonrakı dövrlərdə hədislərin rəsmi yazılması və bir araya
toplanması işi gerçəkləşmişdir. Məlum olduğu kimi xülafai-raşidin dövründə (632-
661) hədislərin yazılması işinə rəsmi şəkildə başlanmamışdır. Hətta bu işə nəinki
rəsmi şəkildə başlamaq, hədislərin özünü belə yazmaq və ya nəql etmək əvvəlki iki
xəlifənin dövründə qadağan edilmişdir. İslamın ilk xəlifəsi Əbu Bəkr (632-634) öncə
bəzi hədisləri toplamış sonra da onları yandırmışdı.
444
Həmçinin ikinci xəlifə Ömər
bin Xəttab (634-644) hədislərin rəsmi yazılıb bir araya gətirilməsinə qərar vermiş,
lakin sonradan bu qərarından daşınaraq hədislərin rəvayətedilməsini belə qadağan
etmişdir. Ürvə bin Zübeyr rəvayət edir: “Ömər bin Xəttab hədislərin yazılmasını arzu
edərək bu mövzuda səhabələrin fikrini öyrəndi. Onlar bu görüşə qatıldılar. Ömər
tərəddüd içərisində olduğu üçün bir ayçəkən bir məşvərət etdi. Nəhayət o, bir gün gəti
qərarını verərək dedi: “Bildiyiniz kimi hədislərin yazılmasını sizlərə ərz etmişdim,
sonra düşündüm və bu qərara gəldim: Sizdən öncə əhli-kitabdan bəziləri Allahın
kitabından başqa şeylər yazmışlar və onlara əhəmmiyyət verərək Allahın kitabını bir
tərəfə buraxmışlar. Allaha and içirəm ki, mən onun kitabını bir şey ilə əsla
qarışdırmaram.”
445
Əllamə Təbatəbai yazır: “Dövri xəlifələr hədislərin yazılmasını qadağan edir,
əllərinə düşən hədisləri yandırır və hədis nəql olunmasını qadağan edirdilər. Buna
görə də hədislərin əksəriyyəti təhrif olundu, unuduldu və nəticədə hal-hazırda
mövcud olan arzuolunmaz vəziyyət yarandı.”
446
Lakin bütün bu deyilənlərə baxmayaraq bir çox səhabələr qeyri-rəsmi şəkildə də
olsa, hədislər yazmışlar. Xəlifələrin hədislərin yazılmasını qadağan etmələri isə
onların öz dövrlərini lazımı səviyyədə qiymətləndirmələrinin nəticəsidir. Ola bilsin
ki, onların dövründə hədislərin kütləvi şəkildə yazılıb nəql olunması müsəlmanlar
içində bir çox problemlərə səbəb ola bilərdi. Hər halda bu böyük səhabələr atdıqları
addımlarında hansı məsuliyyəti daşıdıqlarını daha yaxşı bilirdilər. Buna görə də
onların gördükləri işlərə görə tarix qarşısına çıxarılıb dəyərləndirilməsi və bir az da
irəli gedib tənqid edilməsi yolverilməzdir.
444
Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 30, Zəhəbi, Təzkirətül-hüffaz, c. I, səh. 5
445
Sübhi əs-Saleh, adı çəkilən əsəri, səh. 30, həmçinin bax: X. Bağdadi, Təqyidül-elm, səh. 50, Cameu bəyanil-elm, c. I,
səh. 64, İbn Səd, Ət-Təbəqat, c. I, səh. 206, Əllamə əl-Hindi, Kənzül-ümmal, c. V, səh. 239
446
Əllamə Təbatəbai, İslamda şiəlik, səh. 116