Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə48/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   44   45   46   47   48   49   50   51   ...   199

[106] 

 

Hədis  ədəbiyyatı  tarixindən  bizə  məlumdur  ki,  hədislər  Peyğəmbərin  (s) 



dönəmində  və  ya  onun  vəfatından  bir  az  sonra  səhabələr  tərəfindən  yazılmış 

(kitabətül-hədis), daha sonra isə xəlifə Ömər bin Əbdüləziz tərəfindən rəsmi fərmanla 

Zühri tərəfindən toplanıb kitab halına (tədvinül-hədis) salınmışdır. 

Hədislər  tədvin  edildikdən  dərhal  sonra  təsnif  dövrü  başlamışdır.  Çünki  tədvin 

edilən hədis kitablarında hər hansı bir hədis axtarıb tapmaq çətin olduğundan təsnifə 

böyük ehtiyac duyulmuşdur. Buna görə də hədis alimləri hədislərin toplanıb yazıldığı 

kitablarda yer alan hədisləri fiqhi bablara görə təsnif etmişlər. 

Fiqh  bablarına  görə  təsnif  edilən  hədis  əsərlərinin  bir  qisminə  sünənlər,  bir 

qisminə  camilər,  digər  bir  qisminə  isə  müsənnəf  adı  verilmişdir.  Bunlarla  yanaşı 

müsnəd  deyilən  hədis  əsərləri  də  vardır  ki,  bu  qrup  əsərlərdə  yer  alan  hədislər  fiqhi 

bablara  görə  deyil,  onları  rəvayət  edənsəhabə  adlarına  və  ya  məşhur  bir  şeyxin 

rəvayətləri olaraq təsnif edilmişdir. 

Sünən  adı  altında  təsnif  edilən  hədis  əsərlərində  fiqhin  müamilat,  ibadət  və  s. 

mövzuları haqqında hədislər yer tutur. 

 Camilər  də  sünən  kitabları  kimi  fiqhi  mövzuları  ehtiva  etməkdədir.  Amma 

camilər  sünənlərdən  fərqli  olaraq  fiqhdən  kənar  şeyləri  də,  o  cümlədən  Quranın 

fəzilətləri,  Quranın  təfsiri,  Peyğəmbərin  (s)  yaradılışı,  keçmiş  peyğəmbərlərin 

əhvalatlarını ehtiva edən hədisləri də içinə almaqdadır. 

Müsənnəflər  isə  sünənlərə  çox  oxşar  hədis  əsərləridir.  Lakin  onları  sünən  və 

camilərdən  fərqləndirən  xüsusiyyət  ehtiva  etdikləri  mövzuların  sünənlərdən  çox, 

camilərdən  az  olmasıdır.  Yəni,  müsənnəf  adını  daşıyan  əsərlər  sünən  adlı  əsərlərə 

nisbətən  daha  artıq  mövzuları,  cami  adlı  əsərlərə  nisbətən  isə  daha  az  mövzuları 

ehtiva etməkdədir. 

Hədis  tarixində  hədisləri  ilk  təsnif  edən  şəxslər  haqqında  məlumatlar  vardır. 

Dirayə  elminə  aid  ilk  əsəriyazan  alimlərdən  olan  Rəmahürmüzü  (öl.360  h/q)  təsnif 

haqqında aşağıdakı məlumatı verir: 

“Bildiyimə görə hədisləri ilk dəfə təsnif edib bablara ayıran kimsə, Bəsrədə ər-

Rabi  ibn  Şübeyl  (öl.  160  h/q),  Səd  bin  Əbi  Arubə  (öl.156  h/q),  Yəməndə  Əhd  deyə 

adlandırılan Xalid bin Cəmil və Mömər bir Raşid (öl.153 h/q), Məkkədə İbn Cüreyc 

(öl.150  h/q),  Kufədə  Süfyan  əs-Səvri  (öl.161  h/q),  SüfyanbinÜyeynə  (öl.198  h/q), 

Samda  əl-Vəlid  binMüslim  (öl.195  h/q),  Xorasan  və  Mərvdə  Abdullah  binMübarək 

(öl.181 h/q)… olmuşdur.”

456

 

Məşhur  hədis  alimlərindən  olan  Tirmizi  hədislərin  ilk  təsnifini  hicri  ikinci 



(miladi VIII) əsrdə olduğunu bildirdikdən sonra yazır: “Hədislərin təsnifinə çalışıb bu 

xüsusda rəhbərlik edən bir çox hədisşünas tanıyırıq: Hişam bin Hassan (öl. 147/764), 

Əbdülməlik  bin  Əbdüləziz  bin  Cüreyc  (öl.  150/767),  Malik  bin  Ənəs  (öl.179/795), 

Həmməd bin Sələmə (öl. 167/783), Abdullah bin Mübarək (öl.181/797)… və daha bir 

çox  elm  adamları  müsənnəf  əsərlər  meydana  gətirdilər.  Beləcə,  bunlar  hədislərin 

təsnifində öndərlik etdilər.”

457

 

                                                 



456

Talat Köçyigit, adı çəkilən əsəri, səh. 430 

457

Sünən, XIII, 304-305 




[107] 

 

Əbu Talib əl-Məkki (öl.386/986) təsnif ədəbiyyatının başlanğıcını belə müəyyən 



edir:  “Bu  müsənnəf  kitablar  hicri  120  və  ya  130-cu  illərdən  (miladı  738-748)  sonra 

ortaya  çıxmışdır.  İslamda  ilk  müsənnəf  əsərlərin  İbn  Cüreycin  hədislərə  dair  kitabı 

ilə,  Mücahid,  Əta  və  İbn  Abbasın  müasirləri  tərəfindən  Məkkədə  meydana  gətirilən 

bəzi  təfsir  kitabları  olduğu  söylənilir.  Sonra  Mömər  bin  Raşid  gözəl  şəkildə  və 

müəyyən bablar halında sünən topladı. Malik bin Ənəs “Muvatta”nı Mədinədə ortaya 

qoydu…”


458

 

Xülasə  olaraq  bunu  demək  kifayətdir  ki,  hicri  ikinci  əsrdə  hədis  alimləri 



müxtəlif  adlar  altında  əsərlər  meydana  gətirmişlər.  Ortalığa  çıxan  əsərlər  əsasən  iki 

ana  sistem  altında  olmuşdur.  Bunlardan  biri,  hədislərirəvayət  edənsəhabə  ravilərin 

adlarına görə (alər-Rical), digəri isə mövzularına görə (aləl-Əbvab) təsnif edilmişdir. 

 

Kitabət, tədvin və təsnif arasındakı fərq 

Hədis alimləri kitabət, tədvin və təsnif arasında olan fərqi müəyyənləşdirmişlər. 

Yuxarıda adı çəkilən kəlmələrin ortaq mənası  “toplamaq” olsa da, bunların arasında 

sistem, zaman və anlam baxımından müəyyən fərqlər vardır. 

Kitabət  dedikdə  hər  hansı  bir  səhabənin  Peyğəmbərdən  (s)  eşidib  dinlədiyi 

hədisləri  özü  üçün  yazıb  bir  araya  gətirməsi  nəzərdə  tutulur.  Deməli,  hədislərin 

kitabəti zaman baxımından Peyğəmbər (s) və səhabə dövrünə aiddir. 

Tədvin dedikdə isə müxtəlif səhabələr tərəfindən rəvayətedilmiş hədisləri yazıb 

bir  araya  toplamaqla  yanaşı  başqa-başqa  səhabələr  tərəfindən  yazılmış  səhifələri 

toplayıb  bir  araya  gətirmək  nəzərdə  tutulur.  Hədislərin  tədvini  zaman  baxımından 

hicri I əsrin lap sonları, II əsrin isə əvvəllərinə aiddir. 



Təsnif dedikdə isə tədvin edilmiş hədislərin ya səhabə ravisinə, yaxud da ehtiva 

etdiyi  mövzuya  görə  məlum  bölüm  və  bablarda  toplanması  nəzərdə  tutulur. 

Hədislərin təsnifi zaman baxımından tədvindən dərhal sonra meydana gəlmişdir.

459


 

Yuxarıda adı keçən terminlərdən və onlara verilən təriflərdən məlum oldu ki, hər 

bir  terminin  özünəməxsus  tərifi  və  zamanı  vardır.  Hədislərin  kitabəti  (yazılması) 

səhabələrin  yalnız  Peyğəmbərdən  (s)  eşidib  yazdıqları  hədislərdir.  Onlar  hətta  bir-

birlərindən  eşitdikləri  hədisləri  də  yazmayıb  yalnız  Peyğəmbərdən  (s)  dinlədiklərini 

qələmə almışlar. 

Hədislərin  tədvini  isə  kitabətdən  sonra  meydana  gələrək  tabeunların 

səhabələrdən  eşitdikləri  hədisləri  və  həmçinin  onların  Peyğəmbərdən  (s)  eşidib 

yazdıqları səhifələri bir araya toplayaraq kitab halına salmalarıdır. 

Hədislərin  təsnifi  də  həmin  tədvin  edilən  kitablarda  yer  alan  hədisləri  mövzuya 

və  ya  səhabə  adına  görə  fəsillərə  (bablara)  bölməkdir  ki,  bu  da  şübhəsiz  ki,  zaman 

baxımından tədvindən dərhal sonra olmuşdur. 

 

 

 



 

                                                 

458

Qutül-Qutub, c. I, səh. 324-325, Ali Yardım, Hədis I-II, səh. 52 



459

geniş məlumat üçün bax: İ. Canan, Hədis ədəbiyyatı, səh. 16-17, Ali Yardım, Hədis I-II, səh. 43-44 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə