Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə37/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   33   34   35   36   37   38   39   40   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
78 
3) Fərd öz pulunu başqası üçün xərcləyirsə, keyfiyyət əhəmiyyət verməyəcək, 
ancaq qiymət əhəmiyyət verəcək .  
4) Fərd öz pulunu özü üçün xərcləyirsə, həm qiymət, həm də keyfiyyət əhə-
miyyət verəcək.  
Dövlət Sektorunda mənbələrin təsirli istifadəsini təmin etmək üçün istifadə edi-
lən əhəmiyyətli üsul fayda-xərc analizidir. Bu analizdə müəyyən bir proyektin fay-
da və xərcləri hesablanmaqda və faydası ağır olan proyektlər uyğun görünməkdə-
dir. Burada məqsəd, marjinal faydası marjinal xərcindən yüksək olan proyektləri 
uyğun tapmaq, marjinal xərcin marjinal gəlirə  bərabər olduğu nöqtəyə  qədər bu 
proyektləri tətbiq etməkdir. Lakin real həyatda müxtəlif maneələr və  məhdudlaş-
dırmalar səbəbi ilə bu nöqtəyə çatmaq qeyri-mümkünləşir. Buradakı  ən  əhəmiy-
yətli maneə xüsusilə inkişaf etməkdə olan ölkələr üçün mənbənin qeyri-kafiliyidir. 
Mənbələrin qeyri-kafi olması səbəbi ilə marjinal faydası marjinal xərcindən yüksək 
olan proyektlər tətbiqə qoyula bilməməkdədir. Ancaq bəzən də əksi olaraq, marji-
nal xərci marjinal faydasından yüksək olan proyektlər tətbiq olunmağa davam et-
məkdədir. Ayrıca, dövlət sektoru əhatəsindəki bir çox cəhd üçün bir qiymətləş-
dirmə edilə bilmədiyindən, faydanın pul kimi dəyərlərlə  təyin olunması mümkün 
deyil. Bu səbəblə dövlət sektorunun yalnız müəyyən sahələri üçün fayda-xərc ana-
lizindən istifadə edilməkdədir. 
Tətbiqdəki nəticələr fərqli olsa da nəzəri olaraq dövlət rəhbərliyinin məqsədi 
istifadə etmiş olduğu mənbələrin fəaliyyətini inkişaf etdirməkdir. Müəyyən bir is-
tehsal üçün xərclərin aşağı salınması və ya xərclər sabit ikən istehsalın yüksəldil-
məsi şəklində tərif edilə bilən iqtisadi fəaliyyətə çatmanın bəzi şərtləri vardır. Fəa-
liyyətin birinci şərti: istifadə edilən sabit mənbələrlə mümkün olan maksimum miq-
darda istehsalın edilməsidir. Digər bir ifadə ilə məhsul miqdarını salmadan məda-
xil miqdarını  aşağı salmanın mümkün olmadığı  səviyyənin yaxalanmasıdır. Buna 
texniki fəaliyyət də deyilir. İkinci şərt; məcmu xərci artırmadan mədaxillərdən biri 
digərinin yerinə keçə bilməyəcək şəkildə bir araya gətirilərək müəyyən səviyyədəki 
istehsal xərcinin aşağı salınmasıdır. Buna da təsisedici fəaliyyət deyilir. Üçüncü 
şərt, istifadə edilən mənbələrlə əldə edilən mal və xidmət qrupu istehlakçılara mak-
simum faydanı  təmin etməlidir. Yəni istehsalın istehlakçılara təmin etdiyi cəmi 
faydanı salmadan yeni bir mal çıxarmaq mümkün deyil. Buna görə ictimai mal və 
xidmətlərin istehsalında olması lazım olan məqsəd, fəaliyyəti mümkün mərtəbəyə 
yüksəldici rəhbərlik və məlumat sisteminin inkişaf etdirilməsidir. 
Dövlət xərclərinə  nəzarət edilməsi yalnız edilən xərclərin azaldılması demək 
deyil, çünki xərclərin idarəli şəkildə artması da söz mövzusu ola bilər. C. T. Sand-
forda görə kim tərəfindən və hansı  məqsəd üçün ediləcəyi təyin olunmuş olan 
dövlət xərclərindəki idarənin dörd məqsədi vardır. Bunlar:  


Dövlät Maliyyäsi 
 
79 
1 -  Dövlət xərcləri ilə xüsusi xərclər arasında bir tarazlığın (ictimai tarazlıq) 
təmin edilməsi; 
2 -  Sahib olunan mənbələr ilə alternativ istifadə imkanları arasında fəaliyyətin 
təmin edilməsi;  
3 -  İsrafın önlənərək ictimai istehsalın ucuzladılması;  
4 -  Xərclərin səlahiyyətlilər tərəfindən reallaşdırılıb-reallaşdırılmadığının və 
qanunlara uyğun olub-olmadığının araşdırılmasıdır. 
Dövlət xərclərindəki idarə mexanizmlərindən biri də "iqtisadi hədəflərin və bu 
hədəflərə istiqamətli siyasətlərin nəticələrini izləmək üçün lazımi məlumatların 
nizamlı, aydın ola bilən, tutarlı və etibarlı bir şəkildə dövlət tərəfindən təqdim edil-
diyi" maliyyə şəffaflığıdır. Bu sayədə millət, dövlətə əmanət etdiyi mənbələrin ne-
cə istifadə edildiyini izləməkdə, dövlət rəhbərliyinə güvən duyğusu yaratmaqda-
dır. Hal-hazırda IMF, Dünya Bankı və Beynəlxalq Audit Federasiyası (IFAC) kimi 
qurumlar Maliyyə Şəffaflığının təmin edilməsində lazımlı olan hesabatlaşdır-ma ilə 
əlaqədar ümumi qəbul edilmiş qanun və standart üsullar qəbul etmişlər. Bu hesa-
batlaşmalar ilə maliyyə siyasətlərinin səbəbləri və  hədəfləri açıqca təyin olunur, 
tətbiqlər yaxından izlənilir, hədəflər ilə  nəticələrin nə  qədər uyğun olub-olmadığı 
müəyyən olunur.  
Dövlət xərclərinin təşkil edilməsi ilə  əlaqədar cəhdlər, ümumiyyətlə, makro-
iqtisadi balanssızlıqlar ortaya çıxdığında gündəmə gəlməkdədir. Belə vəziyyətlərdə 
gəlirləri artıra bilmə imkanı məhdud olduğundan, xərclərdə qənaətə getmək zəruri 
olmaqdadır. Ümumiyyətlə, səmərəsiz xərclərdə azaldılmaya getməklə birlikdə möv-
cud xərclər içində hansı xərclərin səmərəsiz olduğunu təyin etmək bir az çətin ol-
maqdadır. 
Bununla birlikdə, J.Von Hagen və Hardenin araşdırmalarına görə  bəzi vəziy-
yətlərdə dövlət xərcləri azalma meylindədir. Buna görə;  
1) Bir ölkədə büdcə qanunları  hələ hazırlanma mərhələsində ikən, iqtisadi 
hədəflərin təyin olunmasında baş nazir və maliyyə nazirlərinin fikirləri eti-
barı ilə güclü mövqedə olub lazımlı tədbirlər görsələr;  
2) Parlament görüşmələrində  xərclərlə  əlaqədar istiqamətli məhdudlaşdırma-
lar mənimsənilsə, büdcənin həcminin yüksəlməsi ilə  əlaqədar müzakirə-
lərdə ya hamı, ya heçkəs şəklində lazımlı həmrəylik qəbul edilsə
3) Büdcənin şəffaflıq dərəcəsi yüksək olsa;  
4) Maliyyə nazirinin nazirliklərdə apardığı yoxlamalar ilə büdcə qanununda 
məhdud bir elastiklik gətirilən nazirlik xərclərinə aşağıdan-yuxarıya deyil, 
yuxarıdan aşağıya doğru daha yaxşı əməliyyat prosedura qazandırılsa, döv-
lət xərcləri azaldıla biləcək. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə