Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə40/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   36   37   38   39   40   41   42   43   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
84 
2) Dövlət xərclərinin başlanğıcda iqtisadi faydanı artırıcı sahələrdə reallaşar-
kən zamanla daha səmərəsiz sahələrə yönəlməsi, xüsusi sektorun daha təsirli ola-
cağı mal və xidmətləri çıxarması, hətta buradakı  fəaliyyətlərini daha da artırması 
iqtisadi böyüməyi gecikdirməkdədir;  
3) Siyasi müddət bazar müddətinə görə daha az dinamik olduğundan, buradakı 
səmərəsizlikləri və səhvləri aradan qaldırmaq, lazımlı məlumat və texnologiyanı çı-
xarmaq çox zaman almaqdadır. Zənginliyin və böyümənin qaynağı olan informa-
siya texnologiyasının davamlı inkişaf etdiyi, amansız rəqabətin hökm sürdüyü gü-
nümüz dünyasında yaşanan bu gecikmələr böyüməyə mənfi təsir etməkdədir. 
Mövcud mənbələrə əlavə tələb meydana gətirən büdcə kəsirləri də bənzər sə-
bəblərlə iqtisadi böyümə üzərində bir öhdəlik meydana gətirməkdədir. Çünki: 
-    Büdcə kəsirləri yüksək faiz nisbətlərinə və inflyasiyaya səbəb olmaqdadır;  
-    Kəsirlər səbəbi ilə artan milli borc yükü gələcək nəsillərin öhdəliyini artır-
maqda, borcların maliyyəsi ölkələri iflasa aparmaqdadır; 
-  
Zamanla kəsirlər səbəbi ilə yüksək miqdarlara çatan dövlət xərclərindəki sə-
mərəsizlik iqtisadiyyatda asılılığı artırmaqda, məhsuldar olan özəl sektoru 
sıxışdırmaqdadır; 
-  
Kəsirlər səbəbi ilə artan vergilər insanların daha az işinə, qənaətin azalma-
sına və böyümənin düşməsinə səbəb olmaqdadır. 
Tətbiq nəticələri büdcə  kəsirlərinin doğrudan və ya bilavasitə  səbəblərdən 
mövcud faiz nisbətlərini artırdığını göstərmişdir. Artan faiz nisbətləri investisiya 
nisbətlərinin xərcini artırmaqda, istehsalın cazibəsini azaltmaqdadır; əgər faiz nis-
bətlərindəki artım iqtisadi böyüməni aşsa, uzun dövrdə dövlətin təsir gücünə sahib 
ola bilməsi xərclərini qısıb gəlirlərini kifayət qədər artırmasına bağlıdır; əks halda, 
dövlət daha çox borclanmaqdan xilas ola bilməyəcək, borc bataqlığına girəcək. 
Borcların ödənə bilməyəcəyi yönündə bir tərəddüd olduğunda da borc verənlərin 
əlavə kredit verməyəcəklərindən çöküşlər başlayacaq. Bu vəziyyətdə böyümədən 
bəhs etmək çətinləşəcək. 
Kəsirlər səbəbi ilə artan faiz nisbətləri bir tərəfdən xərcləri artırarkən, digər 
tərəfdən də naməlumluğu və etibarsızlığı artırmaqdadır. Belə bir mühitdə artan 
inflyasiya nisbəti investisiya fondları  ərzini salmaqda, sərmayə bazarlarında ba-
lanssızlıqlara səbəb olmaqdadır. Edilən bir çox işdə olduğu kimi, IMF mənbələrinə 
görə 1965-2009–cü illər arası dövrdə bir çox ölkələrdə inflyasiya nisbəti ilə iqtisadi 
böyümə arasında statistik olaraq mənfi bir əlaqə olduğu görülmüşdür. Xüsusilə 
McKinnon və Shawın qeyd etdiyi kimi inkişaf etməkdə olan ölkələrdəki aşağı qə-
naətlərin və bunları  yığaraq investisiyalara kanalize edən bankların inflyasiyadan 
təsirlənməsi bu ölkələrdə özsərmayə ilə reallaşan investisiyaları və buna söykənən 
böyüməni azaltmaqdadır. 


Dövlät Maliyyäsi 
 
85 
Dövlətin borclanması səbəbi ilə faiz nisbətlərindəki artım xüsusi sektorun isti-
fadə edə biləcəyi mənbələrin dövlətə keçməsinə, xüsusi sektorun istehsaldan xaric-
lənməsinə (crowding-out) səbəb olmaqdadır. Dövlətə görə daha sürətli inkişaf edən, 
iqtisadi faktoru çox olan xüsusi sektorun xariclənməsi iqtisadiyyatdakı dinamizmi 
yavaşlatmaqda, böyüməyə maneə törətməkdədir. 
Boşluqların maliyyəsi üçün vergi nisbətlərinin artırılması, xüsusilə ödəniş gə-
lirləri üzərindəki artım işgücünün iş səyini azaltmaqdadır. İnsanların işləməməsi və 
ya aşağı səmərəliliyi böyüməni azaltmaqdadır.  
Dünya ölkələri ilə  əlaqədar edilən araşdırmalarda iqtisadiyyatda dövlətin pa-
yının artması ilə iqtisadi böyümənin yavaşıdığı görünmüşdür. Məsələn, iqtisadi in-
kişaf baxımından müəyyən səviyyəyə çatmış və ortaq xüsusiyyətlər daşıyan OECD 
ölkələrində 1960-cı ildə dövlətin iqtisadiyyatdakı payı 27% ikən 2010-ci ildə 48%-
ə çıxmışdır. Bu vaxt iqtisadi böyümə 5.5%-dən 1.9%-ə düşmüşdür. Digər tərəfdən 
iqtisadi inkişaf, mədəniyyət, mülkiyyət haqları, və s. yöndən bir-birindən fərqli 60 
ölkənin 1980-2010–ci illər arasındakı inkişafına baxıldığında da dövlətin payının 
artması ilə iqtisadi böyümə arasında mənfi bir əlaqənin var olduğu görülmüşdür. 
Bütün bunlar dövlətin payındakı artım və dövlətdəki mənfi inkişaflar ilə iqti-
sadi böyümə arasında tərs əlaqənin varlığını isbat etməkdədir. Buna görə mümkün 
olan daha sürətli iqtisadi böyümənin təmin edilməsində dövlətin iqtisadiyyatdakı 
payı artırılmamalı, bir çox dövlət idarəçisinin anlamaq istəmədiyi dövlət xərcləri-
nin mənfi təsirinə qarşı lazımi tədbirlər alınmalı, övlətdəki boşluqları meydana gə-
tirən faktorlar təşkil edilməlidir. Əks halda, artan dövlətdəki qanun boşluqları, bun-
ların gətirdiyi mənfiliklər və böyümənin mənfiyə dönməsi iqtisadi sabitliyin po-
zulmasına və sabitlik proqramı tətbiqinə səbəb olacaq. Tətbiq olunan sabitlik proq-
ramları, ümumiyyətlə, daxili tələbi azaltmaq yoluyla xarici tarazlığı möhkəmlətmə 
məqsədində olduqlarından, inkişaf etməkdə olan ölkələrin istehsal və inkişaf səy-
ləri buna mənfi təsir etməkdə, böyümə ikinci planda qalmaqdadır. Ayrıca, daral-
dıcı pul və maliyyə siyasətlərinin yanında faiz nisbətlərinin sərbəst buraxılması iq-
tisadiyyatdakı kiçilməni artırmaqda, inflyasiya təsirlərini artırmaqdadır. 
4.10.2. QİYMƏT SABİTLİYINƏ TƏSİRLƏRİ 
Qiymət sabitliyi: xüsusi olaraq inflyasiya nisbətinin iqtisadi vəziyyətə təsir et-
məyəcək qədər aşağı olduğu vəziyyətdir. Yəni qiymətlərin sabit və ya dəyişməz ol-
duğu vəziyyət deyil, hədəflənən ortalama qiymət səviyyəsində davamlılığın təmin 
edilməsidir. Qiymətlərin ümumi səviyyəsindəki illik ortalama artım sürətinin 
(inflyasiya nisbəti) xüsusi olaraq 1-2% olduğu iqtisadiyyatlarda qiymət sabitliyinin 
olduğunu söyləmək mümkündür. Böyüyən və tam məşğulluqda olan bir iqtisadiy-
yatda bu nisbətdəki artım normaldır. Hətta inkişaf etməkdə olan ölkələr üçün bu 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə