Qafqazin strateji TƏDQİqatlari institutu oleq Kuznetsov Mərkəzi Qafqaz: sivilizasiyaların toqquşmasına retrospektiv baxış


Gülüstan müqaviləsi: 200 ildən sonra



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə24/35
tarix04.08.2018
ölçüsü0,78 Mb.
#60785
1   ...   20   21   22   23   24   25   26   27   ...   35

75
Gülüstan müqaviləsi: 200 ildən sonra
müharibəsində  cəsur Rusiya qoşunları deyil, şöh rət pərəst və 
bə si rətsiz qacarlar üstün gəlsəydilər, müasir Azər bay ca nın və 
onun xalqının taleyi necə olardı?
Gülüstan sülhünün səhnəarxası 
Gülüstan müqaviləsi Rusiyanın və  İranın qarşılıqlı düş-
mən  çi  liyə son qoyan sərbəst iradəsinin təzahürü deyildi. Bir 
çox cə hətdən bu müqavilə onlara kənardan qəbul etdirilmişdi 
və 1804–1813-cü illərin Rusiya–İran müharibəsinin ha di sə lə-
rin də son dərəcə böyük rol oynamış Britaniya imperiyasının 
xa rici  si ya sət fəaliyyətinin nəticəsi idi. Məlum olduğu kimi, 
Gü lüstan sülh mü qaviləsi Böyük Britaniyanın İran sarayı ya-
nın dakı  sə fi  ri  və  sə lahiyyətli naziri ser Qor Ouslinin (Uiz li-
nin) vasitəçiliyi ilə bağ lan mışdı. 1812-ci ilin iyun ayında o, 
Təb rizdə Abbas Mir zə ilə görüşərək,  İran vəliəhdini Rusiya 
ilə növbəti sülh da nı şıq la rına başlamağa məcbur etdi. Bu mə-
qamda  Qafqazda  mü ha ri bə nin  davam  etdirilməsi Böyük Bri-
taniya üçün sərfəli deyildi, çün ki Avropada Rusiya ilə sülh 
bağ lanılmasına dair intensiv da nı şıq lar  aparılırdı və az sonra, 
1812-ci il iyulun 18-də Erebru və ya Orebro şəhərində (İsveç) 
Bö yük Britaniya və Rusiya sülh mü qaviləsi imzalamışdılar. 
Bri taniya  səfi rinin təzyiqi ilə  Ab bas  Mir zə danışıqlara baş la-
dı, amma Napoleonun Rusiyaya so xul ma sı və Moskvanı tut-
ması onun öz sülh təşəbbüslərini geri gö tür məsinə  əsas ver-
di. Abbas Mirzənin sülh danışıqlarından  im ti na  etməsi  Ru si ya 
qoşunlarının döyüş əməliyyatlarına dər hal  yenidən baş la ması 
demək idi. Bu əməliyyatlar 1812-ci il ok tyab rın 19–20-də 
Aslandüz məntəqəsində iki günlük vu ruş mada  İran  or du su-
nun tamamilə darmadağın edilməsinə  gətirib çı xar dı. Bun -
dan sonra sülh danışıqları yenidən başlandı.  İran lı la rı mü-


76
Oleq Kuznetsov
ha ri bə ni  başa çatdırmağa «tələsdirmək» üçün de kabr ayı nın 
son la rın 
da general-mayor P.S.Kotlyarevskinin dəs tə si  Mu-
ğan  dü zün dən Talış xanlığının üzərinə göndərildi. 1813-cü 
il yan varın 1-nə keçən gecə  dəstə hücum edərək, Lən kə ra-
nı  ələ  ke çir di  və sayca özündən üç dəfə  çox  olan  qar ni zo nu 
məhv etdi. Fətəli şahın və Ab bas Mirzənin sülhə məcbur edil-
məsi işində son nöqtəni isə Tifl is piyada polkunun pol kov ni-
ki A.V.Pestel qoydu. 1813-cü il martın 30-da öz əs gər lə ri  ilə 
birlikdə o, Naxçıvanla  İrəvanın sər hə din də yerləşən Qa ra-
bürk kəndi yaxınlığında  İrəvan sərdarı Hü seyn xanın dəs tə-
sini – Qafqazdakı İran ordusunun sonuncu dö yüş  qa bi liy yətli 
birləşməsini darmadağın etdi. Yalnız bundan son ra Abbas 
Mir zə məcbur qalıb Britaniyanın Tehrandakı sə fi  ri ser Q.Ous-
li nin  nəzarəti altında öz nümayəndələrini  sülh  mü qa  vi  lə  si nin 
im za lanmasına dair ilkin danışıqlar aparmağa gön dər di. 
Britaniya diplomatı ser Q.Ousli bu beynəlxalq hüquq sə-
nə dinin  məzmunun müəyyən edilməsində müstəsna rol oy-
na mış dı. Yəqin ki, o, Britaniya diplomatik korpusunda İran 
üzrə  ən yaxşı mü təxəssis idi, bir neçə il İranın Londondakı 
səfi ri Mir zə Əbül hə sə nin  yanında tərcüməçilik etmişdi. 1810-
cu il martın 10-da İn gil tə rənin İran sarayı yanında fövqəladə 
səfi ri  və  səlahiyyətli  na zi ri  təyin edildikdən üç ay sonra
iyunun 18-də o, arvadı, qar da şı Vilyam, ingilis missiyası  və 
Mirzə  Əbülhəsənlə birlikdə  İn gil tə rəni tərk etdi və 1811-ci 
ilin aprel ayında Şiraza çatdı. 1811-ci ilin noyabr ayında ser 
Qor Ousli Tehrana gəldi və Fətəli şa ha  təqdim edildi. 1812-ci 
il martın 14-də  Fətəli  şahla  uzun  dis kus si ya dan  sonra  İranla 
müqaviləni imzalaya bildi və buna gö rə  şah onu almazlı 
Şir və Günəş ordeni ilə  təltif etdi
15
. 1812-ci ilin av qust və 
15
  Price W. Journal of the British Embassy to Persia, embellished 
with numerous views taken in India and Persia, also, a Dissertation upon 


77
Gülüstan müqaviləsi: 200 ildən sonra
sentyabr aylarında Qafqaz baş valisi N.F.Rtişşev Ab 
bas 
Mirzənin yanına iki dəfə nümayəndələr göndərdi.  Əvvəlcə 
ma yor Popov və saray müşaviri V.İ.Freyqanq, sonra isə 19-cu 
pi ya da  diviziyasının komandiri general-mayor F.İ.Axverdov 
Abbas Mir zə yə yenidən sülh danışıqlarına başlamağı  təklif 
etdilər. La kin hər iki dəfə  İngiltərə  və  İran nümayəndələri – 
Mir zə Əb dül qa sım, ser Qor Ousli və Robert Qordon bu tək-
lifl  ə ri  rədd edərək,  Ru si yanın Zaqafqaziyadan qeyd-şərtsiz 
çıx masını  tələb etdilər
16
. Elə bu vaxt Təbrizə  xəbər gəldi ki, 
Ru siya  ilə Böyük Britaniya ara sında Erebru sülh müqaviləsi 
im zalanmışdır. Ser Qor Ous li nin mövqeyi tamamilə  əks is-
ti qamətdə  dəyişdi. Bu dəfə rus pə rəst mövqe tutan ser Ous li 
səciyyəvi Britaniya inadkarlığı  və  tərs li yi  ilə Abbas Mir zə-
dən sülh tələb etməyə başladı, necə ki, bun dan əvvəl on dan 
mü haribəni tələb edirdi. Ser Ousli döyüş mey da nın da  Ru si-
ya ya  məğlubiyyəti nə qədər çox arzulayırdısa, in di da nı şıq lar-
da  İrana məğlubiyyəti ondan da çox arzulayırdı. Bun dan öt-
rü şəxsən Tifl isə gedərək, N.F.Rtişşev ilə görüşdü və İran şah 
sarayına qəbul etdiriləcək sülh şərtlərini  onunla  mü za ki rə et-
di. Britaniya diplomatiyasının bu cür taktikasını 150 il son ra 
baş nazir ser Uinston Spenser Çerçill özünün məşhur «Ful-
ton» nitqində belə  səciyyələndirmişdi: «İngiltərənin daimi 
düş  mən  lə ri  və daimi müttəfi qləri yoxdur, İngiltərənin daimi 
ma  raq  la rı var dır».
Məhz ser Qor Ousli Gülüstan sülhünün əsas prinsiplərini 
müəy yən etdi. Bunların arasında təməl prinsip status quo ad 
prae sentem – sərhədlərin işğal xətti boyunca müəy yən ləş-
di ril məsi prinsipi oldu. Nəticədə  İran Dağıstanın, Kartlinin, 
the Antiquates of Persepolls, by William Price. London, 1825. Р. 84-86.
16
  Утверждение  русского  владычества  на  Кавказе: 1801-1901. 
т. 2, С. 426, 428.


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə