Qafqazin strateji TƏDQİqatlari institutu oleq Kuznetsov Mərkəzi Qafqaz: sivilizasiyaların toqquşmasına retrospektiv baxış


Gülüstan müqaviləsi: 200 ildən sonra



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə26/35
tarix04.08.2018
ölçüsü0,78 Mb.
#60785
1   ...   22   23   24   25   26   27   28   29   ...   35

81
Gülüstan müqaviləsi: 200 ildən sonra
maraqlarının qızğın müdafi əçisi,  Na po leon  əleyhinə bütün 
müharibələrin döyüş meydanlarında  şöh rət qa 
zanmış bir 
generalla qarşılaşmışdılar. Yalnız bunun sa yə sin də  Ru si yanın 
işğal zonasının sərhədi  şimala doğru bir metr də  ol sa  ye rini 
dəyişmədi. Ona görə də Gülüstan sülhünün ən mən fi  nə ti cə-
lə ri  keçmiş Talış xanlığına toxundu. Bu xanlıq İran  la  Ru si ya 
ara sında ikiyə bölünmüş  vəziyyətə düşdü. Onun Lən kə ran la 
bir lik də  şimal hissəsi Rusiyanın tərkibinə da xil oldu, Astara 
ilə  bir lik də cənub hissəsi isə İranda qaldı
18
.
Rusiya ilə  İran arasında qarşılıqlı  ərazi iddiaları  və  sər-
həd  mü ba hisələri Böyük Britaniya üçün sərfəli idi. O, für-
sət  dən istifadə edərək qacarlara təsirini genişləndirməkdə və 
güc  lən  dir mək də davam edirdi. Bu prosesin əyani təzahürü və 
nə ti cəsi 1814-cü il noyabrın 25-də Tehranda növbəti İn gil tə-
rə–İran  mü qa vi lə si nin  bağ lanması oldu. Bu dəfə «əbədi sülh 
haqqında»  olan  mü qa vi lə nin  əsasını 1809-cu il 12 mart ta rix-
li  «ilkin»  mü qa vi lə  təşkil edirdi. Müqavilənin  şərtlərinə uy-
ğun olaraq, Fətəli  şah və Abbas Mir zə qacarlar Britaniyaya 
düş  mən olan bütün Avropa dövlətləri ilə müqavilələri və it-
ti faq la rı  ləğv etməyi; Avropa dövlətlərinin qo şun larını  İran 
əra  zi sin dən Hindistana buraxmamağı; Xarəzm, Buxara və 
Sə mərqənd hakimlərini Avropa dövlətlərinin qo 
şun la rı-
nı öz ərazilərindən Hindistana buraxmamağa məcbur et-
mə  yi;  Əf qanıstan ilə Britaniya Hindistanı arasında mü-
ha  ri bə tö 
rə nə cə yi  təqdirdə  İran qoşunlarını ingilislərin 
kö  mə yi nə göndərməyi; öz ordusu üçün hərbi təlimatçıları yal-
nız  İngiltərədən və ya ona dost ölkələrdən dəvət etməyi öh-
də  lə ri nə götürürdülər.  Bri ta ni ya  isə  hər hansı Avropa döv lə-
18
  Обозрение  российских  владений  за  Кавказом  в  статисти чес-
ком, этнографическом, топографическом и финансовом отношениях: 
В 3-х тт. СПб.: Тип. Департамента уделов, 1836. Т. 3. Səh. 175-176.


82
Oleq Kuznetsov
ti nin  İrana hücum edəcəyi təq dir də (bu ölkə özünün coğrafi  
və ziy yətinə görə yalnız  Ru si ya  im periyası ola bilərdi)  İrana 
Hin di standan  qoşunlar gön dər mək lə  və ya 200 min tümən 
məb lə ğin də illik subsidiya ödə mək lə kömək göstərməyi; Gü-
lü stan  müqaviləsi ilə müəyyən edil miş Rusiya–İran sər hə di-
nə yenidən baxılmasına nail olmağı; İra nın daxili iş lə ri nə qa-
rış ma mağı və onun ərazisinin hər hansı his sə si ni  tutmamağı; 
İran ilə  Əfqanıstan arasında müharibə tö rə nə cə yi  halda  bu 
mü haribəyə qarışmamağı öhdəsinə götürürdü. İlk baxışdan 
da görünür ki, «əbədi sülh haqqında» 1814-cü il tarixli İn-
gil tərə–İran müqaviləsi aşkar ifadə olunmuş  an ti ru si ya  yö nü-
mü nə malik idi və Britaniyanın xarici işlər naziri Stüart Lon-
don der rinin  Rusiyanı Britaniya Hindistanının sər həd lə rin dən 
mümkün qədər uzaqda saxlamaq niyyətindən irəli gəlirdi. Əs-
lin də, XIX əsrin birinci rübündə Britaniya isteblişmentini Ru-
siya–İran ixtilafl arı və ya Şimali Azərbaycan xanlıqlarının ta-
ri xi  müqəddəratı az maraqlandırırdı, o, Britaniya taxt-tacının 
dün ya ya  ağalığı naminə istismar edilməli olan Hindistan ko-
lo ni ya larının sərvətlərinin təhlükəsizliyi üçün narahatlıq ke-
çi rirdi.  Gü lü stan  sülhünün  bütün  səhnəarxasının mahiyyəti 
məhz bu idi.
Gülüstan müqaviləsinin bağlanmasının 200 illiyi bu sə-
nə din  və onun imzalanmasından əvvəl baş vermiş hadisələrin 
müa sir  Azərbaycan xalqının tarixi taleyində yerini yenidən 
dərk etmək üçün yaxşı əsas yaradır. Yuxarıda göstərilən fakt -
la rı və də lil ləri yekunlaşdırarkən biz qacarların kimliyi ba rə-
sin də  mü la hi zə lər sürərək, onların azərbaycanlı, yoxsa yerli 
İran  ha kim lə ri  olduqları barədə  fi kirlər yürüdərək mövzunu 
bə  sit  ləş dir mək səviyyəsinə enməyəcəyik. Hadisələrin üs tün-
dən 200 il keçdikdən sonra retroproqnostika ilə  məşğul ol-


83
Gülüstan müqaviləsi: 200 ildən sonra
maq və 1812-ci ildə Böyük Britaniyanın köməyi ilə  İranın 
Ru si yaya  qa lib  gəldiyi və Böyük Qafqaz hüdudlarına çıxdığı 
halda nələrin baş verə biləcəyini fərz edərək, dünya tarixinin 
və ya regional ta ri xin al ter nativ inkişaf modellərini yaratmaq 
mənasız məş ğu liy yət dir.  Məlum olduğu kimi, tarix felin şərt 
formasını ta nı mır. Odur ki, bu gün Rusiya və Azərbaycan 
ta rix çi ləri  in gi lis,  iranlı  və fransız həmkarlarını köməyə ça-
ğı ra raq,  öz  səy lə ri ni  bir ləş dir mə li  və 1804–1813-cü illərin 
Ru siya–İran  mü ha ri bə si nin  ta ri xi ni  kiminsə istəyinə uyğun 
ola raq  deyil,  reallıqda ol du ğu şə kil də yaz ma lıdırlar. Belə bir 
iş baş lanılarsa, bizcə aşa ğı da kı lar  da nıl maz  fakt lar  kimi  qəbul 
edil məlidir.
Bu gün biz tam obyektiv olaraq deyə bilərik ki, 1804–
1813-cü illərin Rusiya–İran müharibəsi XIX əsrin  əv vəl-
lərində Av 
ropa geosiyasi proseslərinin və meyllərinin qa-
nu na uy ğun  da va mı  və  nəticəsi olmuş, özü də onun üçün 
qi da lan dırıcı  mü hi ti  Böyük  Britaniyanın Hindistan yarı ma da-
sın da  və onunla həm sər həd olan Mərkəzi Asiya dövlətləri ba-
rə sində həyata  ke çir diyi  müstəmləkəçilik siyasəti yaratmışdır. 
Fak tiki  ola raq,  İran Ru siyaya qarşı 10 illik müharibədə özü-
nün  Qaf qaz da kı Azər baycan  torpaqlarını müdafi ə etməmiş, 
Bri taniyanın  Hin dis tan da kı maraqlarını cidd-cəhdlə mühafi zə 
etmişdir. Hindistanın sər vətlərinə sahiblik üzərində inhisarın 
ləğv edilməsi, yaxud qo ru nub saxlanılması  uğrunda bir-bi ri 
ilə  rəqabət aparan Rusiya və Bri taniya imperiyalarını azər-
bay can lılar az maraqlandırırdı. On lar üçün İran Avropadan 
Hin dis tana  gedən ən qısa quru ticarət yo lu nu açan və ya bağ-
la yan  bir  qapı idi. Britaniya bu qapını  bərk-bərk bağlı sax-
la maq  istəyir, Rusiya isə onu var gücü ilə aç ma ğa çalışırdı, 
həm də kilidaçan alət kimi müasir Azərbaycan  tor paq la rın da 
və liəhd Abbas Mirzənin həyata keçirdiyi siya sət dən Azər bay-


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə