Qafqazin strateji TƏDQİqatlari institutu oleq Kuznetsov Mərkəzi Qafqaz: sivilizasiyaların toqquşmasına retrospektiv baxış



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə28/35
tarix04.08.2018
ölçüsü0,78 Mb.
#60785
1   ...   24   25   26   27   28   29   30   31   ...   35

88
Oleq Kuznetsov
Dağlıq Qarabağ: «parçalanma xəttində 
müharibə» 
Elə bilirəm, heç kəs belə bir faktı  şübhə altına almır ki, 
Dağlıq Qarabağ münaqişəsi bir-birinə antaqonist olan iki si-
vi li zasiyanın (müvafi q olaraq erməni və Azərbaycan si 
vi-
li za si ya la rı nın) münaqişəsidir, hərçənd bu gün millətçi  əh-
val-ruhiyyəli er məni ziyalılarının radikal nümayəndələri bu 
nöq teyi-nəzəri fəal surətdə təkzib edərək, özgün sosial or qa-
nizm kimi Azərbaycan et nosunun milli eyniyyətini tə yin  et-
mək hüququnu inkar edir və onu «Qafqaz türkləri»  ad lan dı-
rır lar. Bu nöqteyi-nəzər  prin sip cə yeni deyildir və XIX–XX 
əsr lərin hüdudlarında azər bay can lı la rı müstəqil etnos say-
maq dan inadla boyun qaçıran və  «Za qafqaziya  ta tar la rı» ad-
lan dır 
maqda davam edən  Ru si ya  im pe ri yasının rəsmi ha-
ki miyyət orqanlarının yüz il əv vəl ki  möv qe yi  ilə bir çox 
cə hət dən səsləşir.  Əslinə baxılarsa, er mə ni lə rin bir qis minin 
Azər baycan etnosunun müstəqil mövcudluq hüququnu in kar 
et məsi hər şeydən yaxşı sübut edir ki, bu iki xalqın qar şı dur-
ma sı sosial-iqtisadi və siyasi-dövlət deyil, parlaq ifadə olun-
muş si vi lizasiya xarakteri və ya mədəni-kulturoloji xarakter 
da şı yır.
S.F.Hantinqtonun terminologiyasında Dağlıq Qarabağ 
mü  na qi şəsi «parçalanma xətti boyunca müharibə»dir. Onun 
«Si vi li za si ya ların toqquşması və dünya nizamının dəyişməsi» 
ad lı  trak ta tının 10-cu və 11-ci fəsilləri həmin müharibənin 
xa  rak te ris ti ka sına həsr edilmişdir. Özümüzdən  əlavə edək 
ki, öz sə bəb lərinin və  çıxış nöqtələrinin sayına görə bu mü-
na  qi şə müa sir dövrün bütün digər lokal münaqişələrini və re-
gio  nal  per ma nent  ləng gedişli müharibələrini (məsələn, Su-
da  nın cə nu bun da  ya şa yan xristianlar ilə  şimalında yaşayan 


89
Dağlıq Qarabağ münaqişəsi: «sivilizasiyaların toqquşması?»
mü səl man lar  ara sın da  çox il lik  qarşıdurmanı  və ya Yaxın 
Şərqdə elə bu qə dər sü 
rəkli  Ərəb–İsrail qarşıdurmasını) 
üstələyir. Dağlıq  Qa ra bağ da  mü na qi şə nin  tərəfl əri arasında 
«parçalanma xətti»nin dərinliyi 1979–1989-cu illərdə SSRİ-
nin  Əfqanıstanda apardığı müharibə, 1982-ci ilin İngiltərə–
Argentina (Folklend) müharibəsi və ya hət ta 1991-ci ildə 
İran körfəzində çoxmillətli koalisiya qüv və lə ri nin  İraqa qarşı 
«Səhrada tufan» əməliyyatı kimi stereotip döv lət lə ra ra sı  və 
ya millətlərarası münaqişəyə xas olan də rin lik lə mü qayisəyə 
gəlmir. «Parçalanma xətti» ilk baxışda  gö rün dü yün dən çox-
çox dərindir, bir deyil, iki deyil, çox sayda amillər ilə müəy-
yən edilir. Aşağıda bu amillər barəsində söhbət gedəcəkdir. 
Samyuel Hantinqton «sivilizasiyaların toqquşması» nə-
zə riy yə si nin  təməlinə belə bir tezisi qoymuşdur ki, yaxın 
onil lik lər  ərzində sivilizasiyalararası münaqişələrin  əsas hə-
rə kət ve ri ci  qüv vəsi din amili olacaqdır. Bu mülahizəsində o, 
qis mən haq lı dır, amma yalnız o vaxtadək ki, indiki «dinlər 
toq quş ma sı» nı XX əsrin ikinci–dördüncü rüblərinə  təsadüf 
etmiş «ideologiyalar toq quşması» dövrü ilə müqayisə edir. 
Bəşəriyyətin tarixində qlo bal dini müharibələr həmişə olmuş 
və çox vaxt xristian alə mi  ilə islam aləmi arasında qarşıdurma 
xətti boyunca cərəyan et 
mişdir (XI–XV əsrlərin səlib 
yürüşləri də, VIII–XV əsrlərdə Re konkista da, XIV–XVII 
əsrlərdə osmanlıların Cənubi və Şərqi Av ropada müharibələri 
də buraya aiddir). Lakin bu o demək de yil dir ki, xristian və 
ya islam sivilizasiyasının daxilində baş ve rən dövlətlərarası 
müharibələrdə din amili heç olmamışdır; mə sə lən, XIII 
əsrdə Baltikyanı xalqlara xristianlığın qəbul  et di ril məsi səlib 
yürüşü xarakteri daşımışdır, 1240–1242-ci il lər də şimal-şərqi 
Rus dövlətinə qarşı katolik Avropasının V sə lib  yürüşünü 
heç demirik, Avropada Reformasiya dövründə  ka to lik lər ilə 


90
Oleq Kuznetsov
protestantlar arasında müharibələr fasilələr ilə bir əsrdən çox 
sürmüşdür, iranlılar ilə osmanlılar arasında xəlifəlik hüququ 
uğ run da  müharibə bir neçə onillik davam etmişdir. Ona görə 
də biz erməni–azərbaycanlı qarşıdurmasının «Daşnaksütun» 
er mə 
ni inqilabi federasiyasının fəalları  sırasından olan 
ideoloqları ki mi Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini 
yalnız xristian er mənilərin  əzəli düşmənlərinə – müsəlman 
türklərə qarşı dini mü 
haribəsi kimi səciyyələndirərək və 
bütün azərbaycanlıları da türk lərə aid edərək, münaqişənin 
anlayışını bəsitləşdirməli  de yi lik  və bəsitləşdirməməliyik. 
Dağlıq Qarabağ münaqişəsinin sırf xristian–müsəlman 
dini qarşıdurması sayılmasına iki səbəb əhəmiyyətli dərəcədə 
mane olur. Bu səbəblərin üzə  çıxarılması  və  dərk edilməsi 
erməni–azər bay canlı sivilizasiya qarşıdurmasının dərin 
köklərini müəy yən ləş dir mə yə  və  səciyyələndirməyə kömək 
göstərir. 
Əvvəla, 1918-ci ildə elan olunduğu vaxtdan Azərbaycan 
Res publikası özünü həmişə dünyəvi dövlət kimi göstərmiş 
və bu məsələdə  təkcə Türkiyə Respublikasını deyil, həm də 
müsəlman oykumenasının digər dövlətlərini qabaqlamışdır. 
Bütün XX əsr ərzində Azərbaycanın və azərbaycanlıların hə-
yatında din ami li hansısa rol oynamışsa da, bu rol siyasi de-
yil, daha çox kul tu ro loji xarakter daşımışdır, ona görə də et-
nosun dövlətçilik hə ya tı na  təsir göstərə bilməmiş  və  təsir 
gös tər məmişdir. Nə ti cə də dün 
yə 
vi «qeyri-siyasi» islamın 
müa sir  Azərbaycan  va rian tı  lo yal lı ğı, tolerantlığı, digər din lər 
və  mə dəniyyətlər ilə  mü na qi şə dən büsbütün uzaq ol ması ilə 
sə  ciyyələnir ki, bu da onu son onil lik lər ərzində Ya xın Şərq-
də, Şimali Afrikada, son illərdə isə Qər bi  Avropa  öl kə lərində 
mü  haribələrin, zorakılığın və nifrətin mən bəyi olan digər 
«ərəb-məğrib» siyasi islamından keyfi yyətcə fərq lən dirir. 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə